SMM nədir? SMM menecer kimdir? SMM xidməti nələrdir?

SMM (Sosial Media Marketinq) rəqəmsal marketinqin bir hissəsi olub, sosial şəbəkələrdə marketinq əməliyyatlarının yerinə yetirilməsi prosesidir. Hansı ki, bu zaman siz markanızı hədəf kütləsinə uyğun sosial şəbəkələrdə tanıdırsınız və müştərilər üçün daha da əlçatan edirsiniz.
SMM-in əsas məqsədi istifadəçilərlə ünsiyyəti yaxınlaşdırmaq, marka bilinirliyini artırmaq və daha çox (potensial) müştəriyə çatmaqdır.
SMM xidmetleri əsasən sosial şəbəkə istifadəçiləri üçün keyfiyyətli məzmun yaratmaqla aparılır. Bu zaman siz istifadəçilərə uyğun və markanızın istəklərini ödəyəcək məzmunlar yaratmalısnız.


SMM menecer isə bu əməliyyatları yerinə yetirən şəxslərə deyilir. Bu şəxs aşağıdakı sosial şəbəkələr üzərindən bu xidmetleri yerinə yetirir.
SMM xidmeti zamanı istifadə edilə bilən əsas sosial şəbəkələr aşağıdakılardır:

  • Facebook
  • İnstagram
  • Twitter
  • LinkedIn
  • YouTube
  • Pinterest

Sosial Media Marketinq vasitəsilə nələr etmək mümkündür?

  • Məhsul və xidmətin tanıtımı (Brendləşməsi)
  • Satışın həyata keçirilməsi
  • Brendə qarşı sadiqlik (loyallıq) yaratmaq
  • Müştərilərlə ünsiyyət, qarşılıqlı əlaqələri yaxşılaşdırılması
  • Müştəri məmnuniyyəti
  • PR-ın təşkil edilməsi
  • Mövcud sayta daxil olanların sayının artırılması

Bəs sosial meda marketinq nə qədər effektivdir?

SMM menecer nələri bilməlidir?

SMM nədir sualına cavab tapdıqdan sonra bu işi görən haqqında da məlumat versək daha yaxşı olar.
SMM menecer yuxarıda göstərilən əməliyyatları yerinə yetirən fiziki şəxsdir. O hər hansı SMM şirkəti ilə əməkdaşlıq edə bilər və ya frilans olaraq işləyə bilər. Bu isə sizin layihə və büdcəniz üçün necə bir seçim etməyinizdən aslıdır. Bu şəxs yeni bir layihəyə başlayarkən əsasən aşağıdakıları bilməli və bu suallara cavab verəcək iş görməlidir.


1. Şirkət nə üçün bu xidməti istəyir?
– Bir şirkət SMM xidmeti istədikdə onların əsas məqsədləri olur. Siz isə bu məqsədləri tam aydınlaşdırmaq, ona uyğun tədbirlər görməlisiniz. Hər bir şirkətin məqsədi fərali olduğundan ciddi araşdırmalarda etməyiniz lazımdır.


2. Hədəf kütləsi kimlərdir?
– Hədəf kütləni müəyyənləşdirmək və buna uyğun strategiya hazırlamaq SMM menecer üçün ən vacib məqamlardan biridir. Siz kim üçün işlədiyinizi bilməlisiniz və ona uyğun tədbirlər görməlisiniz. Bunun isə sizin büdcənizə və əməyinizə çox ciddi təsir edəcəyindən əmin ola bilərsiniz.


3. Paylaşım üçün nələr istəyirlər?
– Bəzən nə qədər təcrübəli olduğunuzu düşünsəniz də, müştəri istədiyini etmək məcburiyyətində qalırsınız. Bunu müştərinin təcrübəsizliyi kimi düşünənlər də mövcuddur, lakin müştəriniz də öz hədəf kütləsinin kim olduğunu bəzən sizdən daha yaxşı bilər və bunun üçün də daha tələbkar olurlar. Əsas məsələ isə sizin bu nəbzi tutmağınız və ona uyğun paylaşımlar hazırlamağınız lazımdır.


4. Hansı sosial media onların məqsədinə uyğundur?
– Facebook, Instagram, Pinterest, LinkedIN kimi sosial mediaların da hər birinin özünə xas kütləsi var və siz müştərilərinizin əsas hansı məcrada olduğunu müəyyənləşdirib ona uyğun işlər görməlisiniz. Bu həm də sizin reklam büdcənizi daha effektiv işlətməyinizə yardımcı olacaq.


5. Hansı saatlarda paylaşımlar olmalıdır?
– SMM xidməti zamanı paylaşımların hazırlanması, cəlbedici olması heç də onların efektiv olacağı mənasına gəlmir. Siz əgər bu paylaşımların orqanik (reklamsız) olaraq daha çox insana çatmasını istəyirsinizsə uyğun zamanlarda paylaşım etməlisniz. Hədəf kütənizin ən çox hansı zamanlarda aktiv olduğunu müəyyənləşdirim ona uyğun vaxtlarda paylaşımlarınızı etməlisiniz.


6. Hansı strategiya ilə hərəkət etmək lazımdır?

– SMM menecer bir layihəni götürərkən buna uyğun ciddi araşdırmalar etməli (rəqiblər, qlobal işlər) və ona uyğun olaraq strategiya yaratmalıdır. Hansı ki bu strategiya üstə qeyd etdiyimiz bütün tələbləri nəzərə alınmaqla hazırlanmalıdır.

SMM xidmeti nələrdir?

SMM xidmeti rəqəmsal marketinqin digər sahələri (SEO, SEM, Dizayn, Kopiratinq və s) kimi çox önəmlidir. Siz bu xidmətlərdən faydalanarkən seçdiyiniz SMM menecer və ya partnyor şirkəti çox diqqətlə araşdırıb seçməlisiniz. İlk öncə portfolio tələb etməyiniz məsləhətdir. Bu xidmətə nələr daxil olduğunu əvvəlki sətirlərdə qeyd etmişdik.

Bəs bir SMM şirkəti və SMM xidmeti ilə məşğul olan şəxs sizə nə təklif edir?

Sosial Media Marketinq üçün hər hansı şirkətə müraciət etsəniz onlar sizə büdcənizə uyğun təkil paketləri önərəcək. Standart təklif paketlərində nələr olur?
1. Aylıq necə postun hazırlanması.
2. Postların hansı formatda hazırlanması (şəkil,Video, GIF)
3. Hansı sosial medialarda paylaşımların olunması
4.Hansı büdcə ilə reklam edilməsi.
5. Hesabatın təqdim edilməsi və s.


Bu qeyd etdiklərimiz agentliklərə və sizin seçdiyiniz paketə uyğun olaraq dəyişir.

➡️ SMM nedir? SMM xidmeti barədə məlumatları daha çox almaq istəyirsinizsə, Aşağıda göstərilən şirkətlərin portfoliosu və yazıları ilə tanış olaraq daha çox məlumat əldə edə bilərsiniz. Bu Şirkətlər SMM xidmetleri göstərən ölkədə ən yaxşı agentliklərdir.

  • BradUP Agency
  • Endorfin
  • ADMedia
  • Media Balans və s.

SMM haqqında ən çox verilən suallar:

Sosial media marketinqi necə öyrənmək olar?

SMM öyrənmək üçün sadəcə online materiallardan istifadə edərək nail ola bilərsiniz. Xüsusiylə böyük marketinq şirkətlərinin (Buffer kimi) araşdırmalarınız daima izləməlisiniz.

SMM kurslari öyrənmək üçün vacibdirmi?

SMM kursları sadəcə sizə təməl bilgilər verir, lazım olan əsas şey isə təcrübədir. Siz təcrübə toplamaq üçün özünüz kiçik bir layihə yaradıb bunun üzərində həm işləyə, həm də öyrənə bilərsiniz.

SMM xidmeti alarkən nəyə fikir verməliyik?

SMM xidmeti göstərən şəxsin və şirkətin bu sahədə nə qədər təcrübəli olduğunu yoxlamalı, portfoliosuna göz gəzdirməlisiniz.

Rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button