SMM nedir? SMM strategiyası necə qurulur?

SMM nedir? Sosial media marketinq ilə biznesimizi necə inkişaf etdirə bilərik? kimi sualları yəqinki hər bir sahibkardan eşitmisiniz. İndi isə SMM-in daha ətraflı nə olduğunu anlamağa çalışaq.

SMM nədir?

SMM sosial media saytlarının marketinq aləti kimi istifadə olunmasıdır. Şirkətlər Facebook, İnstagram, Pinterest kimi platformalar üzərindən öz müştərilərinə və hədəf kütlələrinə uyğun marketinq stategiyalarını həyata keçirirlər. Sosial media marketinqin məqsədi şirkətin marka bilinirliyinin artırılması və potensial müştərisi üçün əlaqə yaratmaqdır. Bunun üçün də, bu saytlar üzərindən daimi paylaşımlar edib, görünür olmağı və aktivliyi qorumaq lazımdır.
Bundan başqa SMM xidməti bir şirkətin müştərisi ilə əlaqə saxlamasını, potensial müştəri əldə etməsini və möhtəşəm imic yaratması üçün çox vacibdir.
Əgər SMM-in daha dərinlərinə ensək bu xidmət özü də Aktiv SMMPassiv SMM olaraq iki hissəyə bölünür.

Aktiv SMM nədir?
Veb saytınızdakı istifadəçiləri sizin məhsulunuz və ya məqalənizi paylaşması üçün təşviq etmə metodudur. Saytınızın məqalə hissəsinə və yaratdığınız mətnlərə “sosial media paylaş” düyməsini yerləşdirirərək daha çox paylaşılmasını təmin edə bilərsiniz.

SMM üçün paylaşım düyməsi
Sosial düymələr

Passiv SMM nedir?
Passiv SMM isə günlük və həftəlik paylaşımların edilməsidir. Kontentin hazırlanması, bloq yazılması, şəkillərin hazırlanması və s. Bunu isə SMM üçün ən vacib məsələlərdəndir. Hansı sosial mediyada hansı paylaşımın daha diqqət çəkici olmasını müəyyənləşdirməlisiniz. Çünki bir sosial mediada yazı stili daha çox maraq cəlb edirsə, digərində video daha effektiv vasitə ola bilər. Bunun üçün də əvvəlcədən hansı media üçün hansı planlamaları edəcəyinizi düşünməlisiniz. Hər bir platforma fərqli bir stategiya ilə işlədiyi üçün hər bir paylaşımın diqqət çəkici və istifadəçilər tərəfindən paylaşıla bilən olmasını təmin edilməlidir.

SMO nədir?

SMO (Sosial media optimizasiyası) və SMM şirkət imicini artırmaq üçün istifadə olunur. SMO ilə əsas hədəf saytınıza trafik çəkməkdir. Amma bunu SEO ilə qarışdırmamalısınız.

Biznes üçün SMM kompaniya necə yaradılmalıdır?

SMM kompaniyası yaratmazdan əvvəl əsas biznes hədəfləri müəyyən olunmalıdır. Ağlınızda uyğun bir strategiya olmadan bu işə başlasanız, xəritəsiz bir meşədə gəzən adam kimi aza bilərsiniz.
Sosial media marketinq hədəflərinizi yaradarkən özünüzə hansı sualları verməlisiniz?

  • SMM ilə nələr əldə etməyi istəyirsiniz?
  • Hədəf kütləniz kimlərdir?
  • Hədəf kütlənizə nələri atdırmaq istəyirsiniz
  • Müştəriləriniz hansı sosial medialardan istifadə edir?

Sosial medialardan istifadə edərkəndə diqqətli olmalısınız, çünki səyahət haqqında bir biznesiniz varsa, daha çox şəkil və video paylaşımlarına üstünlük verməli, ona uyğun medialardan istifadə etməlisiniz.
B2B bir şirkət üçün SMM planı yaradırsınızsa, əsasən LinkedIN və twitter kimi sizin kütləyə uyğun bir platforma seçməlisiniz.

SMM strategiyası necə qurulmalıdır?

SMM stategiyası yaradarkən yuxarıda qeyd etdiklərimizdən əlavə bir neçə ediləcəklər siyahısna da əməl etməlisiniz. Bu zaman daha yaxşı nəticələr və sosial media üzərində etibar qazana bilərsiniz.

  • Diqqət çəkən bir paylaşım yaradın. Bunun nə qədər uğurlu bir nəticə verəcəyini yəqin ki izah etməyə ehtiyac yoxdur. Əgər yaratdığınız məzmun cəlbedici olarsa, daha çox bəyəni, rəy, paylaşım və eyni zamanda daha çox insana çatmasını təmin edir.
  • Tez tez olmasa belə, davamlı paylaşım edilməlidir. Müştərilərinizin və izləyicilərinizin sizi yaddan çıxarmaması, hətta məhsulunuz haqqında daha çox məlumat vermək üçün paylaşımlara diqqət etməlisiniz.
  • Etibarlı bir marka imici yaradın. İstər əyləncəli, istər ciddi yəni özünüzə xas bir paylaşımlar yaratmalısınız. Əgər sizin markanız təhsil hədəflidirsə hədəf kütlənizə uyğun həm öyrədici həm də əylələncəli paylaşımlar etməlisiniz.
  • Rəqib analizi etməyi bacarmalısınız. Bu biraz qəribə səslənə bilər , ancaq sizin rəqiblərinizdən öyrənəcək çox şeyiniz var. Rəqibiniz üçün işləyən hansısa texnikanı özünüzünkiləşdirə bilərsiniz.
  • Sosial mediada varlığınızı hiss etdirin. Ancaq paylaşıb edib aktivliyə baxmaqla deyil, eyni zamanda sorğular və yeni kompaniyalarla müştərilərinizi daha da aktiv saxlayın.

Sosial Medianın düzgün istifadəsi ilə siz gözləntilərinizi doğrulda, hətta daha çoxunu belə əldə edə bilərsiniz. SMM ilə eyni vaxtda digər rəqəmsal marketinq xidmətlərindən faydalanaraq da daha çox uğur qazana bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button