SEM nədir? SEM ilə SEO arasındakı fərqlər və oxşarlıqlar.

SEM ( Search Engine Marketing) – Axtarış sistemləri marketinqi deməkdir. SEM də rəqəmsal marketinq sahəsində ən geniş istifadə olunan terminlərdəndir. Google, Yandex, Bing kimi axtarış sistemlərində pullu reklamların yerləşdirilməsi və saytınıza trafik qazandırdığınız bir marketinq fəaliyyətidir.

Şirkət və fəaliyyətinizə uyğun olan hədəf kütləyə görünmək və əlaqəli açar sözlərdə sizin saytınızın reklamını çıxarılmasıdır bu proses. Əsasən də aşağıdakı şəkildəki kimi saytınızın axtarışlarda görünməsini təmin edə bilərsiniz. Bu isə sizə rəqiblərinizdən irəlidə görünməyi və müştərilərin axtarışına cavab verərək qazanc əldə etməyinizə yardımcı olacaq.

Satdığınız və xidmət göstərdiyiniz sahəyə uyğun açar sözlərdə Google sıralamalarında birinci çıxmaq istəyirsinizsə SEM sizin üçün əsl vasitədir. Dünyada ən çox online reklam büdcəsinin xərcləndiyi sahədə məhz budur.

Sem nədir? Google reklamları
SEM reklam nümunəsi

SEM ximdəti haqqında

SEM xidməti yuxarıda göstərilən əməliyyatları təşkil etmək üçündür. Siz də öz şirkətizin üçün bu işləri peşəkar mütəxəssilər tərəfindən yerinə yetirilməsini təmin etmək istəyirsinizsə, hər hansı rəqəmsal marketinq xidmətləri təklif edən şirkət və ya şəxslərlə işləyə bilərsiniz. Bunun üstünlükləri və xidmətə daxil olanlar isə aşağıdakılardır.

  • Biznesiniz üçün ən uyğun açar sözlərin seçilməsi
  • Reklamların və ona uyğun effektiv kontentin seçilməsi
  • Rəqiblərin analizi
  • Saytınızın buna uyğun və alışa təsir edəcək optimizasiyaların yerinə yetirilməsi
  • A/B test üsulu ilə ən yaxşı reklam nəticələrini əldə etmək
  • Remarketinq (yenidən hədəfləmə)
  • Analiz, təhlil və hesabat təqdim edilməsi və s.

Yuxarıda göstərilənlərin hər biri bu sahədə daha effektib nəticələr almaq üçündür.

SEM vs SEO

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button