SMM menecer kimdir, nələri bacarmalıdır?

SMM menecer son illərin ən çox tələb olunan işcidir. Xüsusiylə bizim ölkədə. Hətta ən tez tapılan işcilərdir də deyə bilərik. Çünki bir müddət sosial media ilə məşğul olmusansa, “SMM menecer adını ala bilərsən” kimi düşünənlər var. 🙂 Nə isə keçək əsas məsələyə.

SMM menecer kimdir?

Sosial media kanallarında uyğun hədəf kütləyə şirkətin məhsulunu, markasını tanıtmaq kimi bir çox prosesi yerinə yetirən şəxsdir. 7 gün, 24 saat dayanmadan işləyən bu adamların əsas məqsədi müştərini məmnun etməkdir. Müştərini məmnun etmək dedikdə, onun istəklərinə uyğun və düzgün strategiya ilə markasını media üzərindən idarə etmək lazımdır.
Onun işi Facebook, İnstagram, twitter kimi media kanallarında markaların hesablarını idarə edilməsidir. Bunun üçün də hər bir sosial media kanallarını tanımalı və onun işləmə prinsiplərinə hakim olmalıdır.

SMM meneceri həyatı.
SMM mencerin günlük həyatını buradan görə bilərsiniz.

SMM menecer hansı bacarıqlara sahib olmalıdır?

SMM menecer bir sənətçi kimi yaradıcı, siyasətçi kimi əlaqə qura bilən və analiz bacarığı güclü biri olmalıdır. Eyni zamanda rəqəmsal marketinq biliklərə sahib olmalıdır ki, bir layihə üçün düzgün analiz və strategiya qurmaq bacarığı formalaşsın .Bundan başqa SMM günlük trendləri izləməli, böhran dövrlərində idarəçiliyi düzgün ələ almağı bacarmalıdır. Bu sahədə daha peşəkar olmaq üçün psixolgiyadan, sosialogiyadan qısası kütlə davranışları haqqında bilikləri öyrənməlisiniz. Bu isə sizə üz üzə gəlmədiyiniz, heç vaxt tanımadığınız müştəri kütlənizə xitab etmək üçün çox vacibdir. Bir markanın sosial media hesablarını idarə edərkən yazılan rəylərə sərt reaksiya verməməli və onların psixologiyalarını anlamağa çalışmalı və rahatladıcı cavablarla sakitləşdirməlisiniz. Əsəbi birini belə sadiq bir müştəriyə çevirmək sizin əlinizdədir. Bunun üçün də kəlmələrdən düzgün istifadə etməyi öyrənməlisiniz. İşlətdiyini kəlmələrin düzgünlüyü üçün də kontent marketinq ilə dərindən maraqlanmalısınız. Analiz qabiliyyətinə malik olmaq, daima araşdırmalar etmək sizi yüksək keyfiyyətli işlər görməyiniz üçün mütləq lazımdır. Siz müştərinizi başa düşməli etdiyiniz araşdırmalar və analizlərlə düzgün strategiyalar yaratmalısınız.
Aşağıdakı siyahıda isə nələri bilməli olduğunuzun siyahısını oxuya bilərsiniz.

  • Strategiya qurmaq
  • Yaradıcı olmaq
  • Kütləni idarə etmək
  • Məzmunun sosial media üzərində necə işlədiyini təyin etmək
  • Məzmunun optimizasiyasını etmək ( SEO uyumlu)
  • Yazmaq bacarığı
  • Trendləri izləmə bacarığı
  • Analitik bacarıqlar ( analtik alətlərdən istifadə edə bilmək)
  • Liderlik və komanda ilə əlaqə bacarıqları
  • Reklamları idarə edə bilmək bacarıqları

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button