
SEO (Search Engine Optimization) Axtarış sistemi optimizasiyası deməkdir.
SEO xidmeti isə saytların axtarış sitemlərində (Google, Bing, Yandex və s) orqanik sıralamasını yaxşılaşdırmaq üçün aparılan işlərdir.

SEO nədir? Niyə lazımdır?
SEO nədir sualının cavabı: Saytınızın axtarış sistemlərində ilk sıralarda görünməsini istəyirsinizsə, sizə lazım olan məhz SEO-dur. Son zamanlar rəqəmsal marketinq planlarında bu sahəyə daha çox diqqət ayrılır. Çünki düzgün bir SEO strategiyası ilə çox uğurlu nəticələr əldə edə bilərsiniz. Ən əsası isə bu nəticələr həm daha sərfəli və çox vaxt daimidir.
Yuxarıdakı şəkildə göstərildiyi kimi saytınızın uyğun axtarışlara görə optimizasiyası varsa, bu sizin satışlarınız və trafikiniz üçün çox önəmli göstəricidir. Hətta Google sıralamasında neçənci yerdə olmağınız belə çox vacib xüsusiyyətdir.
SEO xidməti nələrdir? Necə aparılır?
SEO xidməti özündə bir çox proseslərin birləşməsi deməkdir. Siz hər hansı bir şirkətdən kompleks SEO xidməti alsanız onun daxilində aşağıdakı xidmətlər olur. Bu xidmətlərin hər biri isə xüsusi vaxt və təcrübə tələb edən bacarıqlardır. Şirkətlərin isə bu xidməti seçməsi və daha çox diqqət göstərməsinin əsas səbəbi onların həqiqətəndə online marketinq ilə öz məhsullarını satmaq və daha yaxşı nəticələr əldə etməkdir. Bu xidmət özü daxilində bir çox işlərin toplusudurda deyə bilərik. Sayt daxili SEO (on-page), Sayt xarici SEO (off-page), Kontent, Texniki SEO və s bunlara daxildir. Hər biri haqqında daha ətraflı aşağıdakı yazıdan məlumat əldə edə bilərsiniz.
Bunlarda başqa bu xidmətə veb sayt analizi, sayt optimizasiyası, açar söz araşdırılması, rəqib analizi və aylıq hesabatın təqdim edilməsi də daxildir.

On Page SEO ( Sayt daxili SEO)
On Page SEO sayt daxilində işlərin axtarış sistemlərinin tələblərinə və qaydalarına uyğun olaraq aparılan işlərdir. Bu zaman saytınızdakı işlərin nəyin harda işlədilməsiz, necə hazırlanması, harda düzgün istifadə edilməsini bilməlisiniz. SEO xidməti zamanı sıralamalarda ilk səhifədə çıxmaq istəyirsinizsə On-page işlərini düzgün qaydada optimizasiya etməlisiniz. Bu işlərə nələr daxildir?
– Başlıqda açar sözlərin düzgün istifadəsi,
SEO ximəti nədir? – kimi açar sözlərin keçə bildiyi başlıqlar yaramaq lazımdır.
– Düzgün URL-dən istifadə etmək,
məs: https://devdoping.az/xaricde-tehsil-almaq/ kimi içində rəqəm olmayan və açar sözlərin keçdiyi URL istifadə etmək lazımdır.
– Şəkil və video kimi əlavələrin optimizasiyası
Sayta yüklədiyiniz şəkil və videoların sizin saytın sürətini zəiflətməyəcək şəkildə, düzgün adlandırma ilə yüklənməsi lazımdır.
– Sayt daxili bağlantıların( internal links) yaradılması
Bu zaman siz düzgün sözə onunla əlaqəli sayt daxili keçid verməlisiniz. Bu söz cümlə daxilində və ayrıca link kimi də verilə bilər. Məsələn “SMM haqqında yazılarımı oxuya bilərsiniz” cümləsində mən sözə link verərək sizin digər yazımı da oxumanıza və saytda da çox vaxt keçirmənizə nail ola bilərəm.
Bu siyahını daha da uzada bilərik lakin bu qədəri kifaəyət olduğu üçün və digər yazımda daha ətrafı yazacağı üçün yetərli hesab etdim 🙂
Off Page SEO ( Sayt xarici SEO)
Off Page SEO saytınızın xarici qaynaqlardan tövsiyyə və referans alınması əməliyyatıdır. Əsasən backlink və sosial medialardan saytınıza keçid verilməsi prosesidir. Sosial media profillərində saytınızın tanıdılması və başqa saytlardan sizə keçidlərin verilməsi(backlink) Google sıralamalında irəliləməniz üçün əsas faktorlardandır. Bu isə Googla sizin saytınızın həqiqətən başqaları tərəfindən tövsiyyə edildiyi siqnalını verdiyi üçün çox əhəmiyyətli faktorlardan biridir.
Kontent hazırlanması və optimizasiyası
Kontent yazılması SEO üçün ən önəmli xüsusiyyətdir. Hətta “Content is king” bu sahədə ən məhşur deyimdir. Kontentin uniklallığı, çoxluğu, rahat oxunması, açar sözlərin düzgün istifadəsi SEO xidməti zamanı əsas faktorlardandır. Düzgün kontentin hazırlanması hər zaman ən vacib işdir bu sahədə. Yazdığınız kontent həqiqətən istifadəçilərinizə nə isə qazandırırsa və onların axtarışına cavab verirsə siz artıq rəqiblərinizdən irəlidəsiniz deməkdir.
Texniki SEO
Texniki SEO sayt üzərində aparılan texniki işlərin toplusudur. Bu zaman SEO mütəxəsisi üzərində işlədiyi saytı analiz edərək optimizasiya və irəliləmə üçün mane olan texniki tərəfləri aşkar edərək proqramistə ötürür. Bu səbəbdən peşəkar mütəxəsisin qismən kodlaşdırmadan və analizdən anlayışı olmalıdır. Saytınızın axtarış sıralamasında və müştəriyə alış üçün təsir etmədə bu texniki tapşırıqlar çox əhəmiyyət daşımaqdadır.
SEO audit nədir ?
SEO audit sizin saytınızın nə qədər SEO uyumlu olduğunun yoxlanılması prosesidir. Bu zaman peşəkar mütəxəssilər sizin saytınızın nəyə ehtiyacı olduğunu, nələri etməli və ya etməməli olduğunuzu təyin edərək sizə təqdim edir. Bu təqdimat sonrası siz düzgün olanları edərək Google sıralamasında istədiyiniz nəticələr nail ola bilərsiniz. Bu proses həqiqətən peşəkarlar tərəfindən və heç də ucuz olmayan SEO alətləri ilə aparılmaqdadır.
SEO xidmeti haqqında statistika
SEO xidmeti haqqında göstərilən statistikalar onun nə qədər vacib bir iş olduğunun bariz bir nümunəsidir.
Tək Googleda 2019-cu ildə 2.3 triliyon axtarış edilib.
Birinci səhifədə ilk 5-ci yerdə görünən markalar, axtarışın 67.60%-ini əldə edir.
İnsanların 81%-i alış veriş zamanı qərar verərkən, məlumat üçün onlayn axtarışlara əhəmiyyət verirlər.
Axtarışların 75%-ı zamanı heçkim ikinci səhifəyə keçid etmir.
SEO haqqında ən çox verilən suallar:
SEO xidmeti nə qədər zaman alır?
SEO xidmeti əsasən 3-6 ay effekt göstərdiyi qeyd edilir, bu sadəcə sizin saytınız üçün edilən işlərin nəticəsini görmək üçündür. Əslində isə SEO uzun müddətli bir prosesdir və daima istifadə olunmalıdır.
Veb dizaynın SEO-ya təsiri var?
Bir saytın sürətinin, dizaynının, domeinin, demək olar ən incə detayları belə SEO üçün çox əhəmiyyətlidir.
SEO yoxsa SEM daha vacibdir?
Uzun müddətli bir proses üçün SEO, tez bir zamanda nəticə əldə etmək istəsənizsə, (təbii ki pulla) SEM sizin üçün çox vacibdir.
SEO xidmetleri aldığımız zaman qarantiya verilirmi?
SEO xidmetleri zamanı qarantiya iş gördüyünüz şirkət və şəxslərdən aslı olaraq dəyişə bilər. Amma bəzi sözlərdə ilk sıralarda çıxmaq qarantiyasını isə təmin etmək çətin və qəbul edilməyəndir.
SEO analizi üçün hansı alətlərdən istifadə olunur?
SEO analizi üçün əsasən Ahref, SEMrush, Screaming Frog və s kimi toolardan istfadə olunur.
SEO nədir?
SEO nədir sualının tam izahını bu saytda verilən geniş məluatlarla əldə edə bilərsiniz. SEO bir saytın orqanik şəkildə trafik qazanmasını təmin edən bir xidmətdir.