Sayt yaratmaq ən əsas biliklər və vasitələr

Sayt yaratmaq üçün əvvəlcə hansı məqsədlə onun sizə lazım olduğunu və hansı özəlliklərə malik olacağını müəyyənləşdirməlisiniz. Bundan başqa əgər bu işi əvvəldən özünüz etmək istəyirsinizsə, bəzi bacarıqlara da malik olmalısnız. Bu mövzuda əsas suallarınızın cavabını isə aşağıdakı yazıdan əldə edə bilərsiniz.

Veb Sayt qurmaq əsas lazımlı vasitələr:

  1. Domen adı ( devdoping.az kimi )
  2. Hostinq ( saytınızın yerləşdiyi yer)
  3. Sayt ( lazım olan kod və dizayn )

Domen nədir necə alınır?
Domen veb saytınızın adı və ünvanıdır. Bu ad olmadan heç kim sizi internet üzərindən tapa və saytınıza daxil ola bilməzlər. Domen almaq üçün hər hansı hostinq firmasından .com .net və s kimi sonluqlarla, ölkə üzrə əsas qəbul edilən .az domenini isə online.az saytından qeydiyyatdan keçərək əldə edə bilərsiniz.

Hostinq nədir necə alınır?
Hostinq sizin saytınızı yerləşdirmək və saytınıza daxil olanların sizin fayllı daha rahat əlçatan olması üçün sizin olduğunuz bir məkan kimi təsəvvür edə bilərsiniz. Bütün sayt məlumatlarınız serverlərdə saxlanılmaqdadır. Bu serverlərdən özünüzə yer almaq üçün hostinq şirkətlərindən bunu əldə etməlisiniz.

Sayt necə qurulur?
Sayt yaratmaq üçün əvvəlcə veb dizayn və kodlaşdırmadan anlayışınız olmalıdır. Yox əgər bunların heç biri sizdə yoxdursa WordPress, Wix kimi hazır sayt qurmaq üçün lazım olan CMS sistemlərdən istifadə edə bilərsiniz.

Dünyada yaradılan 30%-dan çox sayt WordPress sistemi ilə işləmkdədir. Hətta bir çox məşhur və qlobal saytlarda bu sistem ilə yaradılıb.

Kodlaşdırma bilmədən necə sayt yarada bilərsiniz?

Kodlama bilmədən bir sayt yaratmaq üçün mütləq wordpress kimi sistemlərsən istifadə etməli, yaratdığınız saytı hostinqə yerləşdirməli, sonra isə bu serverə istifadəçilərin girişi üçün domen almalısınız.

Çox sadə və ardıcıl olaraq bu əməliyyatları yerinə yetirmək üçün isə hansısa hostinq firmasından (godaddy, bluehost) sizə uyğun hostinq paketini seçə bilər, bu hostinqin üzərində hətta istədiyiniz .com .net və s. kimi domenləri pulsuz əldə edə və birbaşa quraşdıra bilərsiniz.

Hostinq paketi seçərkən xüsusi “WordPress Hosting” paketini seçsəniz sizin üçün rahat sayt qurmaq üçün paneldə vermiş olacaqlar. Bu sizin sayt qurmaq, rahatlıqla tema seçmək kimi özəlliklər qazandırsa da, digər hostinq paketinə nisbətən baha ola bilər.

sayt yaratmaq proqramlasdirmabilmeden
Bluehost hostinq firmasının seçimləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button