Rəqəmsal marketinq

Rəqəmsal marketinq nədir və niyə bu qədər vacibdir?

Rəqəmsal marketinq nədir? Digital Marketing son günlərdə böyük şirkətlərin satış, tanıtım, və digər məqsədləri üçün önəmli bir vasitədir. Bəs nə üçün şirkətlər, fərdi şəxslər hətta dövlət qurumları və ölkələr bu sahəyə bu qədər pul ayırır?

Rəqəmsal marketinq məhsulların, xidmətlərin onlayn üzərindən lazım olan kütləyə satmaq və marketinq planlarını tətbiq etmək üçün çox önəmlidir. Son illərdə bu sahəyə böyük investisiya etmiş və bu sahəni öz daxili siyasətlərində təkmilləşdirmiş şirkətlər rəqiblərinə görə daha yaxşı nəticələr(gəlirlər) əldə edirlər.

Rəqəmsal marketinq haqqında (2020 statistika)

2020 ci ildə qlobal reklam xərcləri 605 milyard dollara çatacaq. Hansı ki, bu 2019-cu ildəkindən 4.2% daha çoxdur

TheDrum.com

Alıcıların 55%-i xidmətlər haqqında araşdırmanı onlayn üzərindən edir.

IBM

E-ticarət saytlarına onlayn trafikin 43%-dən çoxu Google axtarışlarında gəlir.

turkiyedetehsil.biz
Wolfgang Digital

Bəs Digital Marketing nedir və bundan necə düzgün istifadə etməliyik?

Rəqəmsal marketinq xidməti böyük şirkətlər, kiçik biznes sahibləri, sahibkarlar üçün belə bəzən autsorsinqkonsultasiya ilə həyata keçirirlər. Günümüzdə insanların hər şeyi daha rahat internet üzərindən əldə etmək istəkləri şirkətləri də bu mövzuda ciddi addımlar atmağa təşviq edir.

Rəqəmsal marketinq xidmətlərinə aşağıdakı sahələr daxildir.
SMM xidmeti (Sosial media marketinq) – sosial media üzərindən aparılan marketinq strategiyaları toplusudur. Əsasən Facebook, Instagram, LinkedIN, Pinterest və s kimi platformalar üzərindən aparılır.
SEO xidmeti (Axtarış sistemi optimizasiyası) – Google, Yandex, Bing kimi axtarış sistemlərində sizin şirkət saytınızın optimizasiya olunmasıdır.
SEM xidmeti (Axtarış sistemi marketinqi) – Axtarış sistemlərində sizi axtaran insanlara reklamınız görünməsidir.
PPC (Klik başına ödəmə) – Google, Facebook, Twitter kimi platformalarda reklam büdcəsinin necə xərcləməsidir.
Influnser marketinq – Biznesinizin hədəf kütləsinə uyğun tanınmiş şəxslərlə işləməkdir.
Kontent Marketinq – bu daha çox sizin markanınız hekayəsini, xidmətini, və planlarını daha ətraflı izah etməyiniz üçün lazımdır. Çünki insanlar sizi tanımaq üçün sizin onlayn ünvanınıza (sayta) daxil olur və özünüz haqqınızda məlumatları kontent vasitəsiylə çatdırmalısınız.
Dizayn – Logo, sosial media paylaşım dizaynları.
E-mail marketinq – mail ünvanı üzərindən marketinq siyasətinin və satışın həyata keçirilməsi.
Affiliate marketing və s.

Ən çox verilən suallar:

Rəqəmsal marketinq nədir və müsbət cəhətləri nələrdir?

Digital marketing üçün əsas üstünlüklər hər bir əməliyyatın onlayn üzərindən ölçülə bilən olmasıdır. Bunları isə analiz alətləri ilə rahatlıqla əldə edə bilərsiniz.

Rəqəmsal marketinqin mənfi tərəfləri varmı?

Rəqəmsal marketinqin mənfi tərəfləri, sosial media və axtarış sistemlərinin tez tez yeniliklər gətirməsi, bu yeniliklərə adaptasiya olmaq lazımdır. Amma işinizi düzgün və intensiv olaraq etsəniz bu problem deyil.

Rəqəmsal marketinq planları hər şirkətə görə dəyişirmi?

Bəli, ənənəvi marketinq kimi bu sahədə də siz şirkətiniz üçün əsas lazım olan hədəflərinizi müəyyənləşdirməli və bundan sonra digital marketing planlarını həyata keçirməlisiniz.

Rəqəmsal marketinq haqqında daha ətrafı yazılarımızı buradan oxuya bilərsiniz:
https://devdoping.az/tag/digital-marketing/

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Əlaqəli məqalə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button