
Backlink nədir? sualı SEO xidməti ilə maraqlanan şəxslərin ilk axtrardığı sözlərdəndir. Çünki onlar SEO ilə maraqlandıqda backlink faydalarını oxumuş və bu şeyin nə olduğunu öyrənmək istəyirlər 🙂
Backlink nədir nə üçün alınır?

Backlink bir veb sayt üzərindən başqa bir sayta verilən xarici linklərdir. Bu isə saytlar üçün Google tərəfindən tanınan referans sistemidir. Yəni Google sizin sayt üçün başqa bir saytdan verilən linkləri önəmli hesab edir. Saytınız üçün backlink sayının çox olması və keyfiyyətli saytlardan alınması sizi Google axtarışlarında ön planda çıxmağınıza kömək edir. Bu linklərin alınmasının əsas məqsədi də elə budur.
Məsələn: mən bu məqalədən Bunyatzade.com saytıma keçid verirəmsə, bu backlink hesab edilir. Bu proses zamanı isə backlink verdiyim saytın yazılan məqaləyə uyğun olması əsas göstəricidir. İnsanlar bu linkdən sayta keçid edirsə, bu Google sıralaması zamanı çox efektiv nəticə göstərir. Xüsusiylə linkdə qeyd edilən səhifə üçün.
Backlink almaq üçün nə etməliyik ?
Backlink almaq bloq saytlardan, sosial media hesablarından, forumlardan və digər mənbələrdən mümkündür. Amma əsas məsələ backlink aldığınız səhifənin sizin sayta və linkini qeyd etdiyiniz səhifəyə uyğun olsun ki, bu google tərəfindən saxta qarşılanmasın. Belə uyğunluq göstərən keçidlər həm istifadəçi cəlb etdiyi yəni trafik gətirdiyi üçün də çox dəyərli hesab olunur. Sağlam Backlinklər almaq üçün isə çalışıb hər bir sosial mediadan hesab açıb, saytınızla əlaqələndirməli və xidmətinizə uyğun saytlardan (bloqlarda) sizin xidmətiniz haqqında yazıb link almağa çalışmalısınız.
Alınan backlinkləri necə yoxlaya bilərik?
Backlink alındıqdan sonra həm qısa zamanda, bəzən isə uzun müddətdən sonra sizin Google Search Console da Linklər hissəsinə görünür. Bundan başqa Ahrefs, SEMrush, MozPro kimi ödənişli analiz alətləri ilə də aldığınız backlinklərə baxa bilərsiniz.

Necə və hardan backlink ala bilərik?
Backlink alarkən əsasən fəaliyyət göstərdiyiniz ölkəyə və saytınızın mövzusuna uyğun yerlərdən almağınız məsləhətdir və effektivdir. Fəaliyyət göstərən saytınıza bir çox yerlərdən link almaq isə sizin DA-ni (Domain Authority) artırdığı üçün də faydalıdır. Xüsusiylə link alacağınız saytların DA-sı yüksək olması sizin axtarış sıralamalarında irəliləməyinizə ciddi təsir göstərən faktorlardandır.