Taksit Kartı Nədir?

Taksit Kartı Nədir?

Günümüzdə müxtəlif maliyyə qurumları, təşkilatları tərəfindən çox şaxəli xidmət istiqamətlərinə sahib fərqli məhsul və xidmət növləri mövcuddur. Banklar, kredit təşkilatları və digər maliyyə əməliyyatlarını həyata keçirən təmsilçilər istifadəçiləri alış-verişə, müxtəlif xidmətlərdən istifadəyə cəlb edərək, öz məhsullarından yararlanmağa təşviq edir. Nəticədə, dolayı yolla bir çox tərəflər qazanmış olur. Hazırda istifadəsi bütün dünya üzrə geniş yayılan bank məhsullarından biri taksit kartlarıdır. 

Taksit Kartı Nədir?

Taksit Kartı plastik kartlarla hesablaşma zamanı ödənişin bərabər hissələrə bölünərək, həyata keçirilməsinə imkan verən məhsuldur. Beləliklə, istifadəçilər banklar vasitəsilə müəyyən məbləğə malik taksit kartını əldə edir. Məbləğ limiti kartı təqdim edən emitentin yəni maliyyə qurumunun şərtlərinə əsasən müəyyən olunur. Buraya müştərinin əməkhaqqı məbləği, kredit tarixçəsi və s. aid ola bilər. Daha sonra istifadəçilər müxtəlif ticarət mərkəzlərində, restoranlarda və ya digər məkanlarda müvafiq taksit kartını təqdim edərək güzəştli alış-veriş imkanından yararlanmaq şansı qazanırlar. Təbii ki, üz tutulan mərkəzlərdə də müvafiq taksit kartının qəbul edilməsi vacibdir. Əks halda xidmətdən yararlanmaq mümkün olmayacaqdır. İstifadə edilən məbləğ faiz hesablanmadan banka bərabər hissələrlə partnyor olan tərəfdən asılı olaraq 1, 2, 3, 6, 12, 18 və ya 24 aya bölünərək ödənilir. Müştərinin borc məbləği bölünmüş aylar ərzində hər ayın müvafiq tarixinədək kartı təqdim edən banka ödənilir. Ödəniş müddətində borca faiz tətbiq edilməsə də, gecikmə olduqda istifadəçi cərimə faizini ödəməli olur.

Azərbaycanda taksit kartları

Ölkəmizdə fəaliyyət göstərən bankların bir çoxunda müştərilər üçün müxtəlif bonus, kəşbek, güzəşt imkanlarına sahib taksit kartları təqdim olunur. Gəlin, onlarla tanış olaq.

Birkart

Tamkart

Albalı Plus

Bolkart

Worldcard

Taksit Kartları ilə Kredit Kartlarının Fərqləri

Günümüzdə həyat şərtləri insanların müxtəlif məhsullardan və ya xidmətlərdən yararlandıqları təqdirdə buna paralel olaraq ödəniş etmələrini qaçınılmaz edir. Bəzən balansımızda pul vəsaitləri yetərli olmadıqda üz tuta biləcəyimiz xidmət növləri də vardır ki, müəyyən maliyyə qurumları bu xidmətlərdən istifadə edərək arzularımızı həyata keçirməyə imkan verir. Yaxud təcili şəkildə ehtiyac olan maddi vəsaitləri qarşılamaq üçün də bu yolu seçmık mümkündür. Beləliklə, müxtəlif məhsul və xidmətlərdən yararlanmaq üçün müasir dövrdə insanların üz tutduğu köməkçi variantlar arasında kredit və taksit kartları da yer alır. Bəzən bu iki kartın funksiyalarının nisbətən oxşar olması insanlar arasında çaşqınlıq yaratsa da, əslində bir sıra fərqlər mövcuddur. 

Kredit Kartı Nədir?

Kredit kartları istifadəçiyə müəyyən müddətə qədər müvafiq məbləği komissiyalar, faizlər daxil olmaqla ödənilməsini əsas şərt qoyan məhsuldur. Adətən tez ödənilə bilən kiçik məbləğli, gündəlik xərcləri qarşılamaq üçün əlverişli üsul hesab olunur. Dəyişən yüksək faiz dərəcələri səbəbindən, istehlakçının bir hesablaşma dövründə geri ödəyə bilməyəcəyi daha böyük məbləğdə pula ehtiyacı olduqda kredit kartları faydalı seçim olmaya bilər.

Kredit Kartlarının Üstün Cəhətləri

Vəsaitlərə davamlı çıxış: Kart istifadəçisi gecikdirmədən ödənişlərini həyata keçirdiyi müddətcə borc götürməyə davam edə bilər.

İstifadəsi əlçatandır: Visa və Master Kartların kredit kartlarının dünyanın demək olar ki, bütün nöqtələrində istifadəsi mümkün olduğu üçün müştərilərə əlverişli istifadə imkanı yaradır.

Güzəştlər və aşağı faiz dərəcələri: İstifadəçi kredit tarixçəsinin kifayət qədər yaxşı olması halında, 0% ilkin faiz dərəcəsindən (APR) və ya müxtəlif fürsətlərdən yararlanmaq imkanı qazana bilər. 

Faiz ödəməmək imkanı: Hər hesablaşma dövründə ödənişlərin tam şəkildə ödənilməsi halında, əlavə faiz ödəməkdən azad ola bilərsiniz.

Kredit Kartlarının Taksit Kartlarından Fərqi

Daha yüksək faiz dərəcələri: Kredit kartının orta faiz dərəcəsi kartın əldə olunduğu emitentin şərtləri əsasında dəyişir. Beləliklə, ödənişlər tam şəkildə həyata keçirilmədikdə fazi ödənişlərinin məbləği arta bilir.

Rüsumlar: Kredit kartlarını əldə edərkən illik ödənişlər, xarici əməliyyat haqları, nağd avans haqları, gecikmə ödənişləri və s. daxil olmaqla müxtəlif rüsumları ödəməli ola bilərsiniz.

Dəyişən dərəcələr: Emitentin kredit şərtlərindən asılı olaraq, faiz dərəcələri dəyişə bilər.

Kredit hesabında çox məbləğdən istifadənin təsiri: Mövcud kredit hesabınızdakı məbləğdən böyük bir hissəsini istifadə etsəniz, borcunuzu qaytara bilməmək riskini nəzərə alaraq, sizin üçün yenidən kredit balansından istifadə etmək mümkün olmaya bilər.

Taksit Kartı Nədir?

Taksit Kartları istehlakçılara müəyyən miqdarda pulu birdəfəlik borc götürməyə və müəyyən vaxt ərzində sabit ödənişlərlə geri ödəməyə imkan verir. Taksit Kartları adətən istehlakçının tibbi ehtiyaclarının, avtomobil, ev və s. kimi böyük məbləğli xərclərinin yarandığı halda istifadə etmək üçün effektiv hesab olunur. “Experian” şirkətinin 2019-cu ildə apardığı araşdırmaya görə, istehlakçıların 45%-i bu məqsəd

lə taksit kartları ilə maliyyələşdirmədən istifadə edib.

Taksit Kartlarının Üstün Cəhətləri

Aşağı orta faiz dərəcələri: Kredit Kartları ilə müqayisədə Takist Kartları aşağı faiz dərəcələri təklif edir. Bəzi müştərilər üçün isə ümumiyyətlə faiz dərəcələri tətbiq olunmaya bilir.

Xərclərin sabit olması: Kredit kartlarından fərqli olaraq, taksit kartlarının faizlər daxil olmaqla aylıq ödənişləri sabit olur.

Taksit Kartlarının Kredit Kartlarından Fərqi

Girov tələb edilə bilər: Lombard, avtomobil krediti kimi bəzi xərclər zamanı borcunuzu ödəyə bilməyəcəyiniz təqdirdə, borc verənin sonradan müsadirə edə bilməsi üçün istehlakçıdan girov tələb oluna bilər.

Minimum borc məbləği tələbi: Bəzən taksit kartlarında minimum məbləği mütləq şəkildə borc götürməyiniz tələb oluna bilər.

Kredit kartları qədər universal deyil: Kredit kartlarından fərqli olaraq, taksit kartlarının istifadəsi bütün mərkəzlərdə, obyektlərdə bir o qədər də aktual deyil. 

Taksit Kartlarının Faydaları

Taksit kartlarının üstünlükləri kifayət qədərdir. Gəlin onlarla tanış olaq.

Alış-verişin rahatlığı

Taksitli alış xidməti təminatçıları bu kartların keçərli olduğu ənənəvi və onlayn mağazaların kassasına tam inteqrasiya olunub. Kartı müvafiq oxucuya yaxınlaşdırmaqla əməliyyat prosesini asanlıqla bir neçə dəqiqəyə yekunlaşdıra bilərsiniz. 

Faizsiz və sabit ödənişlər

Taksitli alış təminatçılarının əksəriyyəti borc götürdüyünüz məbləğə görə heç bir faiz tutmur. Yalnız ödənişiniz gecikdikdə əlavə faiz tətbiq oluna bilər. Ödənişi gecikdirmədiyiniz halda müvafiq məbləğin aylara görə bölündüyü sabit məbləğləri ödəməyiniz kifayətdir. Qeyd edək ki, bəzi banklar fəaliyyət prinsiplərindən asılı olaraq, təqdim etdikləri taksit kartlarına müəyyən faizlər tətbiq edə bilər ki, bunu kartı almazdan öncə araşdırmağınız vacibdir.

Avtomatik ödənişlər

Ödənişləri tənzimləmək üçün bankda növbə gözləməyə və ya onlayn hesabınıza daxil olmağa ehtiyac yoxdur. Ödənişlər müvafiq tarixdə avtomatik olaraq balansınızdan çıxılacaq.

Nəticə

Taksit kartları alış-veriş, həmçinin, digər əməliyyatları asanlaşdırmaqla ən qısa zamanda planlarınızı həyata keçirməyə imkan verir. Ancaq taksit kartını əldə edərkən mütləq şəkildə bazarda olan bütün alternativləri araşdırmaq, hansı banka məxsus kartı əldə etməyin daha üstün olduğuna əmin olmaq vacibdir. Əks halda əlavə faizlər, rüsumlar ödəməli olacaqsınız. Bundan başqa, əgər hər hansısa taksit kartı sizə ticarət əməliyyatları zamanı əlavə bonus, kəşbek qazandırırsa, onu seçmək daha faydalı olacaqdır.

Həmçinin oxu – Depozit kartları və üstünlükləri 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button