Xaricdə Təhsil

Xaricdə təhsil almaq üçün nə etməliyik?

Xaricdə təhsil almaq hər bir şəxsin gələcək planları və arzularından biridir. Bəzi gənclər bu arzularına çox rahat nail olarkən, bəziləri isə məlumatsızlıqdan istəklərinə qovuşa bilmirlər. Bu səbəbdən xaricdə təhsil üçün vacib olan detayları sizinlə bölüşmək qərarına gəldik.

➡️ Xaricde təhsil almaq üçün nə etmək lazımdır?

Xaricde təhsil üçün çox tələbə təcrübəsi olmadığından, xaricdə təhsil şirkətləri ilə əməkdaşlıq etmək qərarı alırlar. Bu zaman onlar təcrübələrinin olmadığını və belə daha güvənilir olduğunu düşünürlər. Əlbəttə bu üsulun daha etibarlı olduğu kimi də sizə daha xərcli olacağını da düşünməlisiniz. Peşəkar şəxslərlə bu əməliyyatları yerinə yetirəcəyiniz kimi bəzi qrup və sosial mediadakı insanlardan, xüsusiylə artıq xaricdə oxuyan tələbələrdən kömək ala bilərsiniz. Tam olaraq pulsuz başa gəlməsə belə, nisbətən xərciniz azalacaq. Pulunuz çoxdursa, davam edin 🙂
Bunları yazmaqda məqsəd bu yolda lazım olan prosedurları sizin özünüzün də baca biləcəyinizi bildirməkdir.

➡️ Xaricdə təhsil almaq üçün lazımlı sənədlər hansılardır?

xaricdə təhsil üçün sənədlər 1

Xaricdə təhsil almaq üçün lazım olacaq əsas sənədlər aşağıdakılardır.
1. Motivasiya məktubu (motivation letter) – özünüz yaza bilər və ya daha təcrübəli birinə yazdıra bilərsiniz.
2. Tövsiyyə məktubu (recommendation letter) – başqasına yazdırsanız daha məsləhtdir 🙂
3. Diplom və ya arayış – universiteti bitirmisinizsə diplom yox hələ təhsiliniz davam edirsə diplom haqqında arayış çıxarıb notariusda təsdiq etdirməlisiniz.
4. Diplom əlavəsi (transkript) – notarius təsdiqi lazımdır ✔
5. CV – Europass ilə daha rahat hazırlaya bilərsiniz. Çalışın biraz daha çəlbedici edin (məsləhət)
6. Sertifikat – qəbul olmaq istdiyiniz uniyə uyğun olaraq rəsmi IELTS, GMAT,SAT ingilis dili və s .
7. Digərləri – pasport, sağlamlıq kağızı, universitet tələblərinə uyğun sənədlər və müsahibə ola bilər.

➡️ Xaricdə təhsil sirketleri sizin üçün nələr edir?

Xaricde tehsill sirketleri sizin üçün yuxarıda gördüyünüz əməliiyatları və bu prosesdə konsultasiya ilə məşğul olurlar. Bu şirkətlərlə işləməyin rahatladıcı tərəfi sizin işinizin bu sahədə peşəkarlar tərəfindən aparılmasıdır. Heç kim istəməz ki, arzuladığı təhsil prosesi zamanı gözlənmədik hadisələrlə qarşılaşsın və bunun üçün də şirkətlərə müraciət edirlər.

Ən çox verilən suallar:

Xaricde tehsil sirketleri ilə işləmək məsləhətdirmi?

Xaricde tehsil sirketleri ile işləmək daha etibarlıdır, lakin bu işləri təcrübəli insanların köməkliyi ilə daha az xərclə edə bilərsiniz.

Reklamlara klikləyin 😊
loading...


Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button