Qruplar üzrə yaradılan yeni ixtisaslar ✅

Demək olarki çox abituriyentin az da olsa qruplar və qruplat üzrə ixtisaslardan anlayışı var. Artıq 8-9 cu sinifdən artıq sənəd verəcəyi qrupları seçməyə başlayırlar. İmtahandan sonra topladıqları bala uyğun ixtisasları seçməyə başlayırlar.

 Artıq neçə ildi ki,qruplar üzrə ixtisaslar demək olar ki dəyişmir. Amma bu ildən Nazirlər Kabineti  ” Azərbaycan Respublikasının Ali Təhsil Müəssisələrinin Tələbə Qəbulu Qaydaları” nda dəyişiklik edib. 

Bu il qruplar üzrə yaranan yeni ixtisaslar aşağıdakılardır :

 1-ci qrupa daxil edilən yeni ixtisaslar :

  1. Aerokosmik mühəndislik
  2. Aviasiya təhlükəsizliyi mühəndisliyi
  3. Geomatika və geodeziya mühəndisliyi 
  4. Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi 
  5. Komunikasiya sistemkəri mühəndisliyi 
  6. Mühənd fizikası, Nəqliyyat mühəndisliyi 
  7. Radiotexnika və telekommunikasiya mühəndisliyi 
  8. Hərbi rabitə mühəndisliyi 
  9. Sərhəd təhlükəsizliyi və idarə etmə

2 ci qrupa daxil edilən yeni ixtisaslar 

  1. Beynəlxalq ticarət və logistika
  2. Mühasibat 
  3. Turizm bələdçiliyi 
  4. Turizm işinin təşkili 

3-cü qrupa daxil edilən yeni ixtisaslar 

  1. Məktəbəqədər təhsil 
  2. İslamşünaslıq
  3. İctimai təhlükəsizlik və idarəetmə 

4-cü qrupa daxil edilən yeni ixtisaslar 

  1. Fizioterapiya və tibbi reablitasiya 
  2. Tibb bacısı işi 
  3. İctimai səhiyyə 
  4. Tibb və Biotexnologiya

5-ci qrupa daxil edilən yeni ixtisaslar 

  1. Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) 
  2. Vokal sənəti ( sahələr üzrə) 

Bu il bütün qruplar üzrə 22 yeni ixtisas yaranıb. Bəzi ixtisaslar isə ləğv olunub və ya adı dəyişdirilib.  5ci qrup ixtisasların tamamına buradan baxa bilərsiniz.

İxtisas seçərkən gələcəyi olan ixtisas seçmək lazımdır. Ona görədə ixtisas seçimində diqqətli olmaq lazımdı. Universiteti bitirdikdən sonra ixtisasımız bizə qazanc gətirməlidir. Oxuduğumuz ixtisasın bəhrəsini görməliyik. 

Aşağıda sizə Azərbaycanda və xaricdə qazanc gətirən ixtisaslar haqqında məlumat verəcəm. 

Azərbaycanda və xaricdə qazanc gətirən, iş imkanları ixtisaslar :

 Komputer və İnformasiya Sistem idarəçiləri 

Bildiyimiz kimi dünyada ən çox qazanan insanlar texnologiya sahəsində işləyən insanlardır. Apple, Google, Facebook kimi şirkətləri misal göstərmək olar. Bu şirkətlər sadə kodlamadan dünyanın zəngin insanlarına çevrildilər. Bu sahə həm dünyada, həmdə Azərbaycanda geniş yayılıb. Xaricdə inkişaf etmiş texnologiya olduğuna görə bu sahəni oxumaq daha avantajlıdır. bu sahəyə ən çox kompüter elmləri, kompüter mühəndisliyi kimi ixtisasları seçərək hazırlaşmaq mümkündür.

 Arxitektura və Mühəndis idarəçiləri

Yaxşı dizayn və mühəndislik bacarığı olan insanlar dünyanın zəngin insanlarıdır. Arxitektur olan bəzi insanlar evdə oturaraq dizayn verib gəlir əldə edirlər. 

Avropanın məhşur olan bəzi şirkətləri Ərəb ölkələrinə verdikləri bəzi dizaynla və etdikləri inşaatla milyonlar qazanırlar. Yəni bu sahədə balacadan böyüyə hər zaman qazanc var. 

Reklam və ya Marketinq idarəçiləri

Marketinq və reklam demək olarki yaradıcı insanlar üçündür. Qazananlar olduqca yüksəkdir. Çünki şirkətlər çox olduğundan rəqabət də yüksəkdir. İndi hər şirkətə, iş adamına da reklam lazımdır. Ən çox qazananlar güclü reklam edən, yaxşı tanıtım edən insanlardır. Bu işlə məşğul olan marketinq menecerləri də yaxşı qazanır. Böyük şirkətlər üçün bu ixtisası xaricdə oxumaq məsləhətlidir. 

Neft mühəndisləri

Neft sahəsi dünyada öndə olduqca bunu idarə edən mühəndislik ixtisası da qazanclı olacaqdır. Dünyanın və xüsusilə də Azərbaycanın gəlir əldə etməsində mühəndislərimizin rolu böyükdür. Bu ixtisas Azərbaycan üçün ən çox lazım olan ixtisaslardandır. Və dil önəmi olmadan hər yerdə işləmək mümkündür. 

Pilotçular və Təyyarə mühəndisləri

Pilotluq çox gözəl, həm də maraqlı sahədir. Həm işləyirsiniz, həm də dünyanı gəzirsiniz. Pilot olaraq dünyanın hər yerində işləyə bilərsiniz. Amma təbii ki lisenziya mütləq lazımdır. ABŞ və Avropa lisenziyası hər yerdə məhşurdur. 

Bank rəhbəri

Bank idarə etmək həm gözəldir, həm də qazanc mənbəyidir. Bank rəhbəri olmaq üçün həm çox çalışmaq həm də gözəl idarəçilik bacarığına aid olan sahələri bitirmək lazımdır. Bunun üçün Bank idarəçiliyi, BBA, MBA və ya maliyyə idarəçilik kimi sahələri bitirmək lazımdır. 

Fəza mühəndisləri

Dünyanın hər zaman ehtiyacı olduğu ixtisas. Astranomiya sahəsini sevənlər üçün çox maraqlı ixtisasdır. Bakı da bu ixtisas üzrə oxuyub,işini Avropada davam etdirən insanlar var. Fəza mühəndisliyi ixtisası Avropada xüsusilə də Münhendə çox güclü tədris olunur. 

İnsan resursları rəhbəri

Bu sahəni yəqin ki hamı bilir. Çünki son illər Azərbaycanda bu sahə çox məhşurdur. Bakıda bu sahəyə çox ehtiyac var. Əvvəllər bizdə belə bir sahə, anlayış yox idi. Xarici şirkətlər gəldikdən sonra bizdə bu sahauə maraq artdı. İndi hal-hazırda ən önəmli sahələrdəndir. Və gəliri də yüksəkdir. 

Tibb və ya Həkimlik

Həkimlik tarix boyu ən önəmli və qazanclı sahələrdən biri olub. Həyatı boyu həkimə müraciət etməyən insan yoxdur. Doğulduğumuz andan ömrümüzün sonuna kimi həkimə ehtiyacımız olub. Buna görə də savadlı həkimlərə daim ehtiyac olub və olacaqdır. Həkim kimi dövlət və özəl xəstəxanalarda işlımək mümkündür. 

Azərbaycanda həkim olmaq üçün yeganə tibbi təhsil verən müəssisə Azərbaycan Dövlət Tibb Universitetidir. Bu ixtisasa yiyələnmək üçün 4 cü qrupa sənəd vermək lazımdır. Və yüksək bal toplamaq lazımdır. 

Tibb üzrə ən yaxşı təhsil verən ölkələr Amerika, İngiltərə, Almaniya və Türkiyədir. 

Daha yaxşı Həkim olmaq üçün rezidenturanı oxumaq vacibdir. Rezidentura ixtisasdan asılı olaraq 4-6 il arası dəyişir. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button