Visa Kart Nədir Və Üstünlükləri

Visa Kart Nədir Və Üstünlükləri

Günümüzdə dünya üzrə daxili ödənişlərdən tutmuş beynəlxalq pul köçürmələrinə qədər pul əməliyyatları müxtəlif maliyyə təşkilatları, qurumları tərəfindən tənzimlənir. Pul köçürmələrinin transfer forması yaxud ümumilikdə müxtəlif məqsədlər üçün ödəniş üsulu ödənişin məbləğindən, məqsədindən və digər səbəblərdən asılı olaraq dəyişir. Belə ki, ödənişlər onlayn şəkildə, nağd şəkildə poçt, bank kartları vasitəsi ilə və s. formalarda həyata keçirilə bilər. Hazırda dünyada müxtəlif şirkətlər, qurumlar, təşkilatlar, iaşə obyektləri, ticarət nümayəndəlikləri, beynəlxalq brendlər və s. bank kartları vasitəsi ilə ödənişlərə üstünlük verirlər. Müxtəlif banklara məxsus bank kartları müəyyən maliyyə xidmətləri üzrə ixtisaslaşmış şirkətlərə məxsus olur ki, həmin kartların təhlükəsizliyi, əlverişli ödəniş imkanları və s. onlar tərəfindən tənzimlənir. Həmin şirkətlərdən biri də Visa-dır ki, ölkəmizdə bu brendin adı altında istifadəyə verilən bank kartlarının sayı kifayət qədərdir.

Visa Kart Nədir?

Dünyanın iki yüzdən çox ölkəsində müxtəlif növ ödənişlərin həyata keçirilməsini təmin edən maliyyə şirkətləri arasında tanınmış adlardan biri də Visa-dır. San-Fransiskoda yerləşən şirkət ilkin mərhələdə maliyyə bazarlarına kredit kartları məhsul ilə daxil olub. Daha sonra fəaliyyət istiqamətlərini genişləndirən şirkətin hazırda müxtəlif maliyyə təşkilatlarında bir çox məhsulları istifadəyə təqdim olunur. Müvafiq məhsullar aşağıdakılardır.

Kredit kartları

Visa kredit kartları dünyanın əksər ölkələrinin maliyyə qurumları, özəl şirkətlər tərəfindən istifadəyə təqdim olunur. Digər kredit kartları kimi, Visa kredit kartları da kart sahiblərinə rahatlıq və təhlükəsizlik təmin edir. Visa kredit kartlarının istifadə şərtləri müvafiq məhsulu təqdim edən maliyyə qurumunun fəaliyyət strategiyasından asılı olaraq dəyişir. Buraya kartın əldə olunması zamanı ödəniş məbləği, illik faiz dərəcəsi, komissiya haqqları, alış-veriş zamanı təqdim olunan bonuslar və s. daxildir. Bütün bunlar və digər təkliflərin hər biri Visa kredit kartının aid olduğu qurumun şərtlərinə əsasən dəyişir. Bundan başqa, bütün Visa kredit kartları kart sahiblərinin icazəsiz əməliyyatlara görə məsuliyyət daşımadığını özündə ehtiva edən “Visa Zero Laability Policy” xüsusiyyətinə malikdir. Beləliklə, “Visa Zero Laability Policy” sizin hesabınız və ya hesab məlumatınızla edilən icazəsiz ödənişlərə görə məsuliyyət daşımayacağınıza zəmanətdir. Visa kredit və ya debet kartınız itirildikdə, oğurlandıqda və ya dələduzluq yolu ilə istifadə edildikdə, onlayn və ya oflayn halda qorunursunuz.

Debet kartları

Visa debet kartları kart sahibinin müxtəlif pul əməliyyatlarını həyata keçirməsini dəstəkləyir ki, buraya ənənəvi və onlayn alış-veriş, müxtəlif ödənişlərin həyata keçirilməsi və s. daxildir. Eyni zamanda debet kartlarını əldə edərkən müştərilərdən fərqli məbləğlərdə abunəlik haqqı tələb oluna bilər. Bu isə Visa debet kartını təqdim edən banka, təşkilata görə dəyişir. Bundan başqa, debet kartı ilə həyata keçirilən əməliyyatlar əsasında müxtəlif kəşbeklər, bonuslar, endirimlər də qazanmaq mümkündür ki, bu da Visa debet kartının təqdim olunduğu bankların təklifləri əsasında tənzimlənir. Visa debet kartı da öz növbəsində “Visa Zero Laability Policy” funksiyasına sahibdir.

Müəyyən ödənişlə limitləndirilmiş kartlar

Müştərilərin xərcləri bu kateqoriyaya daxil olan kartların balansında olan məbləğlə limitləndirilir. Bu o deməkdir ki, kart sahibi karta yüklənmiş məbləğdən artıq pul xərcləyə bilməz. Balans məbləği əvvəlcədən müəyyən edilərək ödənilmiş Visa Kartları ilə bu məhsulun istifadəsi mümkün olan bütün obyektlərdə ödənişləri həyata keçirmək mümkündür. Həmçinin, sonradan müştəri balansı öz istəyinə uyğun artıra da bilər. Buraya əmək haqqı kartlarını, aylıq işsizlik müavinətini ödəmək üçün istifadə edilən ödəniş kartları və s. aid etmək olar.

Hədiyyə kartları

Visa hədiyyə kartları əvvəlcədən ödənilmiş məbləğ əsasında əldə edilir və Visa kartlarının qəbul edildiyi bütün mərkəzlərdə istifadə oluna bilər. Digərlərindən fərqli olaraq, hədiyyə kartlarının balansını yenidən artırmaq mümkün deyil.

Yuxarıda adları qeyd olunan məhsullar Visa şirkətinin özü tərəfdən deyil, əməkdaşlıq etdiyi maliyyə qurumları (banklar) tərəfindən təqdim olunur. 

Visa Kart Nədir? Visa Kartları Haqqında Ümumi Məlumat

Müxtəlif şirkətlər, maliyyə institutları müştərilərə təqdim etdikləri kart məhsulları üçün Visa şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayır. Beləliklə, hər bir emitent (məhsul sahibi) öncədən müəyyən etdiyi şərtlər əsasında müştəri auditoriyasına müvafiq kart məhsullarını təqdim edir. Visa kartları məxsus olduğu müxtəlif maliyyə institutları tərəfindən həm fərdi, həm də biznes müştəriləri üçün əlçatan ola bilir. Bundan başqa, sərbəst satıcılar da Visa ilə əməkdaşlıq edə bilər ki, bu zaman Visa kartları ilə hər müştəriyə görə keçiirlən əməliyyatların qarşılığında satıcı olan tərəf şirkətə müəyyən qədər ödəniş həyata keçirir. Bütün Visa kartları yarana biləcək fırıldaqçılıq hallarının və ya kibercinayətlərin qarşısını almaq üçün, müdafiə məqsədi ilə daxili mikroçiplə və ön tərəfdə qeyd olunan unikal 16 rəqəmli nömrə ilə təmin olunur. Arxa tərəfdə kart sahibinin imzası üçün panel və üç rəqəmli doğrulama kodu olan maqnit zolaq yerləşir.

Visa Kart Nədir? Visa Kartlarının Üstünlükləri

Visa kartları müxtəlif ölkələrdə fəaliyyət göstərən maliyyə qurumları, şirkətlər tərəfindən fərqli istifadə şərtləri ilə müştərilərə təqdim olunur. Buna görə də Visa Kartlarının üstün xüsusiyyətləri emitentin təklifi əsasında dəyişə bilir. Ölkəmizdə də banklar tərəfindən vətəndaşlara müxtəlif Visa Kartları təqdim olunur ki, onların hər biri özünəməxsus xidmət təklifləri ilə seçilir. Gəlin görək, ölkəmizdə hansı visa kartlarının istifadəsi aktualdır? Və hansı üstün cəhətləri vardır?

“Hərkəsin işiniə yarayan şəbəkə” şüarı ilə dünya iqtisadiyyatına öz töhfələrini verən Visa Kartları ölkəmizdə fərdi şəxslər, biznes sahibləri və innovatorlar daxil olmaqla hər bir müştərisi üçün unikal imkanlar yaradır. Dünya markasının Azərbaycanda Visa Kartları üzrə banklarla birgə əməkdaşlığına əsaslanan məhsullarına və məhsulların üstün xüsusiyyətlərinə aşağıdan nəzər sala bilərsiniz.

Visa Classic

Dünya üzrə istifadə nöqtələri on minə çatan Visa Classic kartları səyahətdə olarkən, alış-veriş etdiyiniz və digər zəruri anlarda ödənişlərinizi tamamlamağa imkan verir. Bu kateqoriya üzrə ölkəmizdə kredit və debet kartlarının əldə olunması mümkündür. Visa Classic kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan və qurumlardan əldə etmək olar.

  • Premium Bank
  • Ziraat Bank
  • Xalq Bank
  • Yelobank
  • Unibank
  • Accessbank
  • Naxçıvanbank
  • Bank BTB
  • Rabitəbank
  • Bank of Baku
  • Yapı Kredi Bank Azərbaycan
  • Expresbank
  • Paşa Bank
  • Kapital Bank
  • Azərbaycan Beynəlxalq Bankı
  • Azərbaycan Sənaye Bankı
  • Bank Avrasiya 
  • Bank Respublika
  • AzərTürk Bank
  • Leobank
  • Turanbank
  • Azərpoçt

Visa Classic Kartının Üstünlükləri

  • Dünyanın istənilən nöqtəsində, 7/24 müştərilərin sorğuları operativ şəkildə cavablandırılır 
  • Kartın təcili olaraq dəyişdirilməsi mümkündür
  • Nağd pulun təcili olaraq verilməsi mümkündür

Visa Gold

Dünyanın 1,9 milyondan çox bankomatında qəbul edilən Visa Gold kartı müştərilər üçün 7/24 dəstək xidməti, xüsusi endirimlər, on milyonlarla ticarət məntəqəsində alış-veriş şansı və s. kimi bir çox üstünlüklər təklif edir.

Visa Gold Kartının Üstünlükləri

  • Qlobal Dəstək Xidməti
  • Hər yerdə qəbul edilir
  • Qlobal bankomat şəbəkəsi
  • SIXT ilə avtomobil icarəsində -15%-ə qədər

Visa Gold kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan və qurumlardan əldə etmək olar.

  • Premium Bank
  • Accessbank
  • Xalq Bank
  • Yelobank
  • Unibank
  • Bank Avrasiya 
  • Naxçıvanbank
  • Bank BTB
  • Azərbaycan Beynəlxalq Bankı
  • Rabitəbank
  • AFB Bank
  • Bank of Baku
  • AzərTürk Bank
  • Expresbank
  • Paşa Bank
  • Kapital Bank
  • Azərbaycan Sənaye Bankı
  • Bank Respublika
  • Turanbank

Visa Platinum 

Qlobal səviyyədə geniş şəkildə istifadə olunan Visa Platinum Kartı müştəriləri üçün həddsiz imkanlar yaradır.

Visa Platinum Kartının Üstünlükləri

Visa Platinum kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan əldə etmək olar.

  • Premium Bank
  • Ziraatbank
  • Xalq Bank
  • Yelobank
  • Unibank
  • Accessbank
  • Bank Avrasiya 
  • Naxçıvanbank
  • Bank BTB
  • Azərbaycan Beynəlxalq Bankı
  • Expresbank
  • AFB Bank
  • Kapital Bank
  • AzərTürk Bank
  • Bank Respublika
  • Paşa Bank
  • Azərbaycan Sənaye Bankı
  • Turanbank

Visa Signature Kartı

Visa Signature dünyanın istənilən nöqtəsində ən yaxın və etibarlı dostunuz olmaq üçün böyük imkanlar yaradır. 

Visa Signature Kartının Üstünlükləri

Visa Signature kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan əldə etmək olar.

  • Premium Bank
  • Azərbaycan Beynəlxalq Bankı
  • Bank Respublika

Visa Infinite Kartı

Visa Infinite Kartı müştərilərə hər bir ödənişlərində rahatlıq, təjlükəsizlik və xüsusi imkanlar vəd edir.

Visa Infinite Kartının Üstünlükləri

Visa Infinite kartını ölkəmizdə fəaliyyət göstərən aşağıdakı banklardan əldə etmək olar.

  • Premium Bank
  • Ziraatbank
  • Rabitəbank
  • Yelobank
  • Unibank
  • Accessbank
  • Expressbank
  • Bank of Baku
  • Azərbaycan Beynəlxalq Bankı
  • Azərbaycan Sənaye Bankı
  • AFB Bank
  • Kapital Bank
  • AzərTürk Bank
  • Bank Respublika
  • Paşa Bank
  • Xalq Bank
  • Turanbank

Visa kartları Apple Pay və Google Pay-ı dəstəkləyir

Müasir trendlərdən uzaq qalmayan Visa Kartları Apple Pay və Google Pay vasitəsi ilə də ödənişlərin həyata keçirilməsini də, özündə ehtiva edir ki, bu isə ödəniş edərkən əməliyyatların daha asan və təhlükəsiz olmasını təmin edir. Eyni zamanda əlavə endirim və bonus qazanmaq fürsətini əldə etmiş olursunuz.

Nəticə (Visa Kart Nədir)

Visa kartları bütün dünyada geniş şəkildə istifidə edilir ki, bu onu beynəlxalq səyahətlər və onlayn alış-veriş üçün əlverişli vasitəyə çevirib. Eyni zamanda istifadəçilərə fasiləsiz dəstək xidməti göstərən şirkət, həmçinin, müştəriləri üçün vəsaitlərin və kart məlumatlarının təhlükəsizliyini tam şəkildə təmin edir. Əldə etdiyiniz banka görə Visa Kartlarından istifadəü zrə müxtəlif bonuslar, kəşbeklər qazana bilərsiniz. Ümumilikdə, bank kartlarından istifadəyə üstünlük vermək pullarınızı rahat, əlverişli və innovativ şəkildə idarə etməyə, üstəlik əlavə faizlər qazanmağa kömək edəcəkdir.

Həmçinin oxu – Overdraft nədir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button