Fobiyalar

Qorxu ve fobiyalar – fobiyalar haqqinda

Fobiya nədir? – Fobiya hər hansı proses və hadisələrə verdiyimiz emosional reaksiyadan qaynaqlanır. Fobiya belə emosiyaların içərisində qorxu duyğusunun üstünlük təşkil etməsi nəticəsində yaranır. Fobiya uzun müddət, hətta bir ömür fərdin yaşamına təsir edir. Qorxu və fobiyalar mövzusu psixologiya və nevrologiya elmi daxilində araşdırılan bir mövzu olmuşdur.

Fobiyaların siyahısı

Fobiya – qorxular siyahısını qısa bir şəkildə nəzərinizə çatdırmaq istədik. Bu siyahıya (fobiyalar ve qorxular siyahisi) baxdıqdan sonra sizdə hansı fobiya (və ya fobiyalarin) olduğunu müəyyən edə bilərsiniz. Sizcə, bu fobiyaların yaranmasına nə səbəb oldu?

46101360881 ebb3ea63e4 b
Fobiyalarin novleri
  • Hidrofobiya – sudan qorxmaq
  • Zoofobiya – heyvan qorxusu
  • Akrofobiya – yüksəklik qorxusu
  • Araknofobiya – hörümçəkdən qorxmaq
  • Astrafobiya –  şimşək qorxusu, şimşəkdən qorxmaq
  • Klaustrofobiya – qapalı yer qorxusu
  • Ofidiyofobiya – ilandan qorxmaq
  • Apifobiya – arıdan qorxmaq
  • Aerofobiya – uçmaq qorxusu (təyyarə, helikopter və s.)

Demək olar ki, bunlar insanların əksəriyyətində özünü göstərən fobiyalardandır. İndi isə hər kəsdə görülməyən və çox fərqli fobiya növlərini araşdıraq:

  • Cherofobiya – xoşbəxt olmaq qorxusu. Belə insanlar gözəl duyğular və hisslərdən qaçırlar.
  • Pediofobiya – kuklalardan (oyuncaq) qorxmaq
  • Atelofobiya – qüsurlardan qorxmaq, mükəmməl ola bilməmək qorxusu
  • Androfobiya – kişilərdən qorxmaq
  • Gerontofobiya – yaşlı insanlardan qorxmaq
  • Dentofobiya – diş həkimlərindən qorxmaq
  • Penyafobiya – müflis olmaqdan qorxmaq
  • Takofobiya – yüksək sürətdən qorxmaq
  • Amatofobiya – toz qorxusu
  • Aritmofobiya – rəqəmlərdən qorxmaq. Bu, uşaq və yeniyetməlik illərində məktəb həyatında və s. riyaziyyat fənni ilə xoş xatirələri olmayan insanlarda meydana gələn bir fobiyadır.
  • Roller Coaster fobiyasi – yüksəklik, hiss edilən təzyiq qorxusu və yüksək sürətdən qaynaqlanan bir fobiya növüdür. Əgər hər hansı bir fərd bu fobiyadan əziyyət çəkirsə, əsla belə əyləncə fəaliyyətində iştirak etmək istəmir. Məcbur olduqda isə özünü təhlükədə və çox çarəsiz hiss edir.
  • Fobofobiya – yəni fobiya fobiyasi. Bu nə deməkdir? – Belə insanlar yeni təcrübələr yaşamaqdan qorxur, çünki onlar birdən çox fobiya vardır və yeni fobiyalar mənimsəməkdən çəkinirlər.


Yuxarıda qeyd olunanlardan əlavə “qaynana fobiyası”, “qadınlardan qorxmaq”, simmetrik olmayan cisimlərdən qorxmaq, məzar qorxusu, zamandan qorxmaq, hətta 4 rəqəmindən belə qorxmaq kimi fobiya novleri de təsdiq olunmuşdur. Bunlar spesifik fobiyalardir.

Fobiyalar nelerdir? Nevroloji xestelik?

Fobiya insan həyatına necə təsir edir? – Fobiyalar və psixologiya. Fobiyalar haqqinda melumat verərkən mütləq fobiyanin insan psixologiyasina təsiri də araşdırılmalıdır.
İnsanda fobiya əlamətlərini necə hiss etmək olar? Fobiyasi olan insanda, əsasən, aşağıdakı əlamətlər özünü büruzə verir:

  • üzdə qaşınma və yanma
  • üzün qızarması
  • titrətmə
  • bulanıq görmək
  • nəfəs darlığı
  • ürəyin keçməsi, yıxılma
  • təzyiqin düşməsi
  • soyuq tərləmə
  • ağız quruluğu
  • başdönməsi
  • ürəkbulanma
  • sinir krizi keçirmək, hətta şoka girmək və s.

Fobiya əlamətlərik panik atak əlamətləri ilə oxşarlıq təşkil edə bilir. İrəli səviyyədə, daha yüksək qorxu hiss etmək ürəyin durması ilə nəticələnə bilər. Ona görə də fobiyasi olan insanlar xüsusilə onlarda hansı fobiya və fobiyaların mövcud olduğunu dəqiq bilməlidir. Fobiyalar özbaşına yox olmurlar, itib getmirlər. Fobiyadan qorunmaq təkbaşına mümkün deyildir. Qorxuları yaxşı tanımaq və onların məğzini anlamaq lazımdır. Əgər bu qorxu və ya qorxular – fobiya həmin insanda yüksək emosional reaksiyalara və sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olursa, yaxşı olar ki, psixoloq, eləcə də nevroloqdan dəstək alınsın.

Zamanla bu fobiya təsirlərini minimuma endirmək olar. İnsanlar mütəxəssis yardımı ilə onlarda mövcud olan bəzi duyğuların kökünü – səbəbini anlaya bilirlər. Bu halda onlarda fərqindəlik yaranır və bu fərqindəlik insana mənfi təsir edən hallarda da nisbətən obyektiv reaksiyalar göstərməyə imkan verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button