5 ci Qrup Fenleri və 5 ci qrup İxtisaslari ✅

5 ci qrup fenleri və 5 ci qrup ixtisaslari haqqında bütün ətraflı məlumatları bu yazımızdan əldə edə bilərsiniz. Buyurub oxuyun.

5-ci qrup fenleri hansılardır?

  1. Azərbaycan dili 
  2. Riyaziyyat 
  3. Xarici dili 

5 ci qrupa səbəd verərkən siz cəmi 3 fənndən imtahan verəssiniz. Yəni yalnız buraxılış fənnlərindən. Bu fənnlərin hər biri eyni balla qiymətləndirilir. Yəni maksimum 100 bal. 

5ci qrupa sənəd verərkən imtahanın birinci mərhələsi buraxılış imtahanı verilir, ikinci mərhələsi isə qabiliyyət imtahanıdır. Universitet və ya texnikum və kolleclərə qabiliyyət imtahanı verilir. 

2019-cu ildən 5-ci qrupda maksimum bal 90 deyil, 300 baldır. 

5 ci qrup üzrə müsabiqədə iştirak etmək üçün tam orta (11 illik) təhsil səviyyəsini əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər buraxılış imtahanı keçirilən qaydada qəbul imtahanı verirlər və müsabiqədə bu imtahandan əldə etdikləri nəticələrinə əsasən iştirak edirlər. Azərbaycan Respublikasında tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər. 

Abituriyentlər həm 5ci ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək (cari ilin abituriyenti isə buraxılış imtahanında iştirak edərək) xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində, həm də 1,2,3 və 4 ixtisas qruplarından biri ( və ya ikisi) üzrə qəbul imtahanında iştirak edərək həmin qrupa daxil olan ixtisasların müsabiqəsində eyni vaxtda iştirak edə bilər. Bundan əlavə abituriyent 5 ci ixtisas qrupu üzrə qəbul imtahanın nəticələrinə əsasən (cari ilin abituriyenti isə buraxılış imtahanının nəticələrinə əsasən) orta ixtisas təhsili müəssisələrinin ixtisası üzrə müsabiqədə iştirak edə bilərlər. 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları aşağıdakı 4 qrupa daxildir:

  • Təsviri sənət 
  • Musiqi sənəti
  • Teatr, kino və Xoreoqrafiya sənəti
  • Bədən tərbiyəsi və idman 

5 ci qrup ixtisaslari hansılardır?

5 ci qrup ixtisasları aşağıdakı universitet və onun daxilindəkilərə görə siyahıya alınmışdır.

Bakı Dövlət Universiteti 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) 

Azərbaycan Memarlıq və İnşaat Universiteti 

  • Dizayn – tədris Azərbaycan və ingilis dilində 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) 
  • Musiqi müəllimliyi ( fortepiano, qarmon, tar, saz, kamança, qanun, violin, klarnet, balaban, nağara, vokal) 
  • Təsviri İncəsənət müəllimliyi 

Azərbaycan Dövlət İqtisad Universiteti 

  • Dizayn 

Bakı Mühəndislik Universiteti 

  • Dizayn – tədris Azərbaycan və ingilis dilində 

Bakı Musiqi Akademiyası 

  • Musiqi müəllimliyi (fortepiano, violin, viola, violençel, kontrabas, arfa, fleyta, klarnet, saksafon, truba, trombon, qaboy, faqot, tuba, valtorna, zərb alətləri, caz sənəti (fortepiano kontrabas, saksafon, truba, zərb alətləri)) 
  • Solo oxuma 
  • Dirijorluq ( xor dirijorluğu, opera-simfonik, orkestr dirijorluğu, nəfəs alətləri orkestrinin dirijorluğu) 
  • Bəstəkarlıq
  • Musiqişünaslıq
  • Estrada sənəti

Azərbaycan Milli Konservatoriyası

  • Musiqi müəllimliyi ( fortepiano, tar, kamança, qanun, qarmon saz, tütək, zurna, ney, balaban) 
  • Solo oxuma ( milli vokal) 
  • Solo oxuma (xanəndəlik) 
  • Dirijorluq ( xalq çalğı alətlərini orkestrinin dirijoru,xor dirijorluğu) 
  • Bəstəkarlıq 
  • Musiqişünaslıq 
  • Estrada sənəti ( fortepiano, akkordeon, klarnet, saksafon, fleyta, qoboy, truba, gitara,tar, kamança, balaban, tütək, ud, qanun, zərb alətləri 
  • Xalq çalğı alətləri ifaçılığı ( tar, kamança, qanun, nağara, qarmon, saz, balaban, tütək, zurna, ney) 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 

  • Musiqi müəllimliyi (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, fleyta, tar, kamança, qarmon, saz qanun, nağara, balaban, zərb alətləri, vokal) 
  • Təsviri İncəsənət müəllimliyi 
  • Dizayn 
  • İnustrumental ifaçılıq ( fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri) 
  • Solo oxuma (xanəndəlik) 
  • Musiqişünaslıq 
  • Estrada sənəti 
  • Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban) 
  • Aktyor sənəti 
  • Dekorativ sənət
  • Rejissorluq
  • Operator sənəti 
  • Rəngarlıq
  • Qrafika

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 

  • Təsviri İncəsənət müəllimliyi 
  • Dizayn 
  • Dekorativ sənət 
  • Rəngkarlıq 
  • Qrafika 
  • Heykəltaraşlıq

Bakı Xoreoqrafiya Akademiyası 

  • Rəqs müəllimliyi 
  • Xoreoqrafiya sənəti ( klassik rəqs) 
  • Xoreoqrafiya sənəti (baletmeyster) 
  • Xoreoqrafiya sənəti (milli rəqs) 
  • Xoreoqrafiya sənəti (modern rəqs) 
  • Xalq çalğı alətləri ifaçılığı ( tar, nağara, qarmon) 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) 
  • Bədən tərbiyəsi və idman 
  • Məşqçi ( idman növü) 

Naxçıvan Dövlət Universiteti 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) 
  • Musiqi müəllimliyi (fortepiano, violin, viola, violençel, kontrabas, fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, valtorna, fakot, vokal, tar, kamança, qarmon, kamança, qarmon, balaban) 
  • Bədən tərbiyəsi və idman 
  • İnstrumental ifaçılıq (simli alətləri:fleyta, klarnet, saksafon, truba, trombon, qoboy, valtorna, fakot) 
  • Solo oxuma 
  • Dirijorluq ( xor dirijorluğu) 
  • Bəstəkarlıq 
  • Musiqişünaslıq 
  • Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, qarmon, balaban, qanun, nağara, saz) 
  • Aktyor sənəti 
  • Rəngarlıq 

 Naxçıvan Müəllimlər İnustutu 

  • Təsviri İncəsənət müəllimliyi 

Gəncə Dövlət Universiteti 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq (qızlar üçün fiziki tərbiyə müəllimliyi) 
  • Musiqi müəllimliyi ( fortepiano, violin, klarnet, tar, kamança, saz,qarmon) 
  • Təsviri İncəsənət müəllimliyi 
  • Bədən tərbiyəsi və idman 

Azərbaycan Texnologiya Universiteti – Gəncə şəhəri 

  • Dizayn 

Sumqayıt Dövlət Universiteti 

  • Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq( qızlar üçün fiziki tərbiyə müəllimliyi) 
  • Musiqi müəllimliyi (fortepiano, tar) 

Lənkəran Dövlət Universiteti 

  • Təsviri İncəsənət müəllimliyi

Qərbi Kaspi Universiteti 

  • Dizayn 

Xəzər Universiteti 

  • Dizayn 

Odlar Yurdu Universiteti 

  • Dizayn 

Naxçıvan Dövlət Universiteti 

  • Bədən tərbiyəsi və idman 

5 ci ixtisas qrupuna daxil edilən yeni ixtisaslar

  • Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) 

Bu ixtisasların həm əyani həm də qiyabi bölməsində təhsil ala bilərsiniz. Əyani vı qiyabi bölmələrdə keçid balında fərqlər olur.

5 ci qrup fenleri ve 5 ci qrup ixtisaslari haqqında məlumatlar bundan ibarətdir. Digər qruplar üçün ətraflı məlumatları aşağıdakı keçidlərdən əldə edə bilərsiniz.

Rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button