Rus dili oyrenmek üçün effektiv yollar

Rus dili oyrenmek sizin dünya görüşünüz, təhsiliniz və karyeranız üçün vacib olan bacarıqlardan biridir. Xüsusiylə bizim ölkədə ən çox tələb olun dillərdən birincisidir deyə bilərik. Bu dil digər xarici dillərə nisbətən çətin olsa da, bizim ətrafımızda bunu bacaran çox insan olduğu üçün asanlıqla öyənmək şansımızda çoxdur.

Rus dili öyrənmək üçün nə etmək lazımdır?

İlk öncə bu dili öyrənmək üçün özünüzdə həvəs və inam yaratmalısınız. İnanın ən lazım olan budur. Digərləri isə daimi və gündəlik öyrənmək vərdişi və kompleks yaratmamaqdır. Düzgün danışa bilmirsənsə, səbirli ol öyrənəcəksən. 🙂 Keçək əsas məsələyə necə öyrənək, hardan başlayaq?

🔵 Rus dili öyrenmek üçün elifba

Rus dili əlifbası digər dillərdən fərqli olduğu üçün ilk olaraq, rus həriflərini öyrənməklə başlamalısınız. Bunları öyrənməli və oxunuşlarını bilməlisiniz. Hər bir xarici dil kimi rud dilində də əsas onun əlifbasını öyrənmək və hərflərin oxunuşunu bilməlisiniz.

Rus dili elifbasi oyrenmek ucun cedverl
Rus dili elifbasi

🔵 Rus dili öyrenmek üçün qammatika

Rus dili qrammatika baxımından da çox çətin anlaşılan dillərdəndir. Bunun üçün uzun müddət vaxt sərf etməli və çox çalışmaq məcburiyyətindəsiniz. Çalışın Rus dili qrammatika kitablarından mütəmadi istifadə edəsiniz. Bu kitabları PDF formada onlayn olaraq tapa bilər və ya kitab evlərindən ala bilərsiniz. (nümunə kitab)

🔵 Rus dili dərsləri

Rus dili dərsləri onlayn olaraq internet üzərində kifayət qədər mövcuddur. Onlayn rus dili dərslərini Youtube üzərindən baxa bilərsiniz. Azərbaycan dilində dərs deyən mentorlar az olsa da, türk dilində kifayət qədər mənbə mövcuddur. (nümunə kanal)

🔵 Rus dili dersleri onlayn proqramlar

Rus dili oyrenmek üçün dersleri hətta onlayn proqramlar ilə də istifadə edə bilərsiniz. Bunun telefonunuza bu tətbiqləri yükləyib gündəlik istifadə edə bilərsiniz. Bu proqramların hətta veb saytlarıda mövcuddur. Qeydiyyatdan keçərək başlanğıc səviyyədən rus dili bacarıqlarınızı artıra bilərsiniz. Sadəcə proqrama daxil olub və öyrənmək üçün bu dili seçməyiniz kifayətdir.

  • Hellotalk
  • Opentalk
  • Speaky
  • Tandem
  • Hello Pal
  • Language Pal
  • Duolingo

🔵 Rus dili kursu

Rus dili kursu onlayn öyrənməyə həvəsi olmayan və mütləq müəllimlərlə hazırlaşa bilənlər üçündür. Bu zaman çalışmalısınız ki daha təcrübəli və anlaşa bildiyiniz bir müəllim tapasınız. Yaxşı mentor tapmaq üçün isə hər bir kursun ilk sınaq dərsindən faydalanaraq, öz istəyinizə uyğun müəllimləri tapa bilərsiniz.

2 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button