Türkiyədə təhsil qiymətləri

Qüdrətli Türkiyə dövləti iki qitə arasında-Avropa və Asiya qitələri arasında yerləşir. Demək olar ki, bu iki qitə arasında körpü rolunu oynayır. Dövlətin əksər hissəsi Qərbi Asiyada yerləşərək,İran, İraq, Suriya ölkələri ilə həmsərhəddir. Kiçik bir hissəsi isə Cənub-Şərqi Avropada yerləşərək Bolqarıstan,Yunanıstan və Gürcüstan ölkələri ilə həmsərhəddir. Gözəl təbiətə, qədim tarixə, zəngin tarixi abidələrə sahib olan Türkiyə dövləti azərbaycanlı tələbələrin xaricdə təhsil almaq üçün ən çox müraciət etdikləri ölkələrdəndir. Bunun başlıca səbəbi Türkiyənin Azərbaycanla qardaş ölkə olması, coğrafi yaxınlıq, dilimizin, dinimizin bir olması,milli-mədəni uyğunluğumuz və s. amillərdir. Azərbaycanlı tələbələr onlara göstərilən doğma münasibəti, sevgini görüb Türkiyədə özlərini doğma vətənlərində olduğu kimi hiss edirlər.Bu da oraya tələbə qəbulu üçün müraciətlərin sayının çoxalması üçün şərait yaradır.

Xaricdə təhsilə maraq günü-gündən artdığına görə dünyanın bir çox universitetləri tələbələrin tədrisdən yararlana bilməsi üçün münasib büdcə ilə təhsil imkanları təqdim edir. Onların arasında Burdur Mehmet Akif Ersoy, Gümüşhanə, Bartın, Çankırı Karatekin, Yozgat Bozok kimi Türkiyə universitetləri də yer alır. Bundan başqa, dünyanın dörd bir yanından tələbələrin üz tutduqları nüfüzlü universitetlərin siyahısında Köç, Sabacı, Bilkənt, Özyegin,9 Eylül, Eskişehir, Bandırma 17 Eylül, İzmir Bakırçay və s. kimi ali təhsil mərkəzləri yer alır.

Təhsil nazırliyi tərəindən Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı bir xüsusi siyahı müəyyənləşdirilməyib. Ancaq xarici universitet diplomlarının təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən təsdiq edilməsi başlıca şərtlərdən hesab edilir. Bu baxımdan xaricdə təhsil almaq qərarına gəldinizsə, diplomu tanınan universitet seçməyiniz vacibdir.

Türkiyədə təhsil qiymətləri

Azərbaycanlı tələbələr təhsillərini Türkiyədə davam etməyə üstünlük verirlər. Bunun başlıca səbəblərindən biri buradakı təhsil qiymətləridir. Türkiyə universitetlərində təhsil haqqı həm Azərbaycan universitetlərindən, həm də  Avrəopa universitetlərindən dəfələrlə aşağıdır.

Təhsil almaq istəyərkən maddi cəhətdən münasib ölkə və universitet axtarsaq da ilk növbədə keyfiyyət daha önəmlidir. Həm münasib qiymət həm də standartlara uyğun yüksək keyfiyyət axtarirsınızsa, Türkiyəni seçim edərək yanılmazsınız. AvropaAmerika universitetləri ilə ekvivalent təhsil xidməti təkli edən Türkiyə universitetləri qiymət cəhətdən daha münasib hesab olunur. Belə ki, universitetlərdən, onların təqdim etdikləri şərtlərdən, müxtəlif səviyyəli təqaüd şanslarında asılı olaraq Türkiyədə təhsil qiymətləri özəl tədris ocaqları üçün 1000-30000dollar, dovlət universitetlərində isə illik 300-10000 dollar arasında dəyişir. Tibb, mühəndislok, və s. kimi müxtəlif ölmələr üzrə illik ödənişlər digər ixtisaslarla müqayisədə bir qədər yüksək ola bilir. Eyni zamanda təhsil haqları bakalavr, magistr, doktorantura pillələri üzrə də fərqli məbləğlərdə olur. Yuxarıda qeyd olunan qiymətlər özəl, dövlət, vəqf universitetləri üçün keçərli ola bilər ki, bu da hər tədris ilində elan olunan rəsmi qəbul qaydalarında öz əksini tapır. Odur ki, hazırlaşdığınız il üçün cari məlumatları həmin universitetlərin və ya Türkiyə təhsil nazirliyinin rəsmi saytlarından əldə edə bilərsiniz.

Azərbaycanda olduğu kimi, Türkiyədə də ədövlət və özəl univesitetlər arasında fərq var. Belə ki,Türkiyədə dövlət universitetlərində təhsil qiymətləri illik 300-1000 tl arasında dəyişir. Bu məbləğ Azərbaycan manatı ilə təxminən 150-600 manat təşkil edir.

Türkiyədə təhsil qiyməti digər ölkələrlə müqayisədə aşağı olsa da, keyfiyyət baxımından Avropa ölkələrindən çox yüksəkdir. Buna görə də aşağı təhsil haqqı ilə yüksək səviyyədə təhsil almaq istəyirsinizsə, tam əminliklə Türkiyə universitetlərini seçə bilərsiniz.

Universitetlər tələbələrə və onların ailələrinə təhsil haqqını  ödəməkdə mümkün qədər güzəşt edir. Belə ki onlar təhsil haqlarını iki hissəyə bölüb ( hər 6 aydan bir) ödəmək imkanına sahibdirlər.

Türkiyədə qiymətləri həm universitetin yerləşdiyi bölgədən, həm də seçilən ixtisasdan asılı olaraq dəyişir. İstanbul,Ankara kimi böyük şəhərlərdə həm özəl, həm də dövlət təhsil ocaqlarında təhsil haqqı nisbətən daha yüksəkdir. Bölgələrdə is məbləğ sadaladığımız şəhərlərlə müayisədə daha aşağı olur.

Türkiyədə özəl universitetlərdə təhsil haqları dövlət universitetləri ilə müqayisədə xeyli bahadır. Özəl universitetlərdə təhsil haqları 750 dollardan başlayır. Burada da təhsil haqları ixtisasa görə dəyişir.

Azərbaycanlı tələbələr aşağı təhsil haqqına görə daha çox Türkiyədəki dövlət universitetlərini seçsələr də, özəl universitetlərdə təhsil alan tələbələr də çoxluq təşkil edir.

Türkiyə  bir çox qabaqcıl ölkələrə nisbətən çox aşağı təhsil haqqı qiymətləri ilə yüksək keyfiyyətli təhsil proqramları təklif etməsi ilə bərabər, təhsil və yaşam xərcləri olduqca münasib olan bir ölkədir. Türkiyə universitetlərində təhsil keyfiyyətinin yüksək səviyyəli olmasına baxmayaraq, təhsil haqqının münasib olmağı  nəinki azərbaycanlı tələbələrin, həmçinin beynəlxalq tələbələrin də Türkiyədə təhsil almağı seçməsinə səbəb olur. Əlbəttə ki, qiymətlər təhsil aldığınız dərəcədən və ixtisas fakültənizdən, həmçinin universitetin yerləşdiyi şəhərdən asılı olaraq dəyişsə də, Avropa ölkələrinə nisbətən olduqca münasibdir. Aşağıda təqdim edəcəyimiz cədvəllərdə bəzi univeritetlərdəki təhsil haqqı qiymətləri ilə tanış ola biləcəksiniz:

FAKÜLTƏPROQRAM NÖVÜTƏHSİL HAQQI MİQDARI (TL)
İstanbul Tıp fakültəsi1.ÖĞRETİM40.000.00
Hukuk fakültəsi1.ÖĞRETİM11.000.00
Edebiyat fakültəsi1.ÖĞRETİM6.000.00
Fen fakültəsi1.ÖĞRETİM7.000.00
İktisat fakültəsi1.ÖĞRETİM7.000.00
Eczacılık fakültəsi1.ÖĞRETİM20.000.00
Diş hekimligi fakültəsi1.ÖĞRETİM25.000.00
Su bilimleri fakültəsi1.ÖĞRETİM10.000.00
İletişim fakültəsi1.ÖĞRETİM7.000.00
İşletme fakültəsi1.ÖĞRETİM7.000.00
İlahiyyat fakültəsi1.ÖĞRETİM8.000.00
Mimarlik fakültəsi1.ÖĞRETİM11.000.00
Ulaşdırma ve Lojistik1.ÖĞRETİM7.000.00
Siyasal bilgiler1.ÖĞRETİM7.000.00

Türkiyədə Yaşam Xərcləri

Türkiyədə təhsil alanların təhsil xərcləri ilə yanaşı  maraqlandıqları digər vacib məsələ orada yaşam xərcləridir.

Təhsil xərcləri münasib olduğu kimi, yaşam xərcləri də olduqca münasibdir. Əgər tələbə universitet yataqxanasında deyil, kirayədə qalmağı seçirsə, burada çox diqqət edilməli məqam odur ki, kirayə mənzillərin xərcləri daha yüksək olur.

Egey və Aralıq dənizi sahilində iki otaqlı sadə mənzil üçün ayda 1500tl ilə 2000 tl arasında ödəniş edilməsi tələb olunur.Bununla yanaşı , Türkiyənin mərkəz şəhəri olan İstanbulda Taksim və digər popular  rayonlarda kirayə mənzillərin qiyməti ayda 4000 tl-ə qədər yüksələ bilir. Lakin universitetlərin yataqxanalarında qiymətlər münasibdir. Qalmaq istədiyiniz yataqxananın şəraitindən,yerləşdiyi şəraitdən, universitetlə arasında olan məsafədən asılı olaraq qiymətlər 180-250 tl arasında dəyişə bilir. Bütün digər aylıq xərclərinizi nəzərə aldıqda, Türkiyə dövlətindəki aylıq yaşamİstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə 7000  tl olduğu halda, kiçik şəhərlərdə 3500 tl ola bilir.

Türkiyədə həm özəl, həmə də dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrin ayı 14 mindən çoxdur.

Türkiyədə təhsil alan xarici tələbələr arasında Suiyalı tələbələr birinci sırada yer alırlar.

Türkiyədə təhsil alan tələbələri narahat edən məsələlərdən biri də yol və yaşayış xərcinin məbləğidir. Qardaş ölkə ilə aramızda məsafənin az olmağı əyol xərcinin də az olmağı ilə nəticələnir.Türkiyəyə getmək üçün həm hava yollarından, həm də quru yollarından istifadə etmək mümkündür.

Türkiyədə xarici tələbələr üçün bir çox universitet şəhəriyində yataqxana seçimləri var. Bununla belə tələbələr özəl yataqxanalar, universitetlərin yataqxanaları və tələbə mənzilləri kimi variantlardan istədiklərini seçə bilərlər.

 

Dövlət universitetlərinin yataqxanalar adətən az sayda xarici tələbə qəbul edir,bunun üçün müəyyən olunmuş vaxtda əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.Özəl universitetlərdə isə kvota çox ayrıldığından yataqxanalarda yer tapmaq problemi olmur.

Universitetlərin yataqxanaları  tələbələrin ehtiyacı ola biləcək hər cür əşya və ləvazimatla təchiz olunub.

Tələbələrin istifadəsinə verilən yataqxana xərcləri də azdır. Digər xarici ölkələrə nisbətən burada yataqxanaların qiymətləri çox münasibdir. Arzu etsəniz yuxarıda da qeyd etdiyimiz kimi  sizə uyğun olan fərdi evlərdə də yaşaya bilərsiniz. Yataqxana və evlərin qiymətləri 160-300 TL arası dəyişir. Təbii ki, qiymətlər evin hansı şəhərdə yerləşməyindən, universitetlə olan məsafəsindən, şəraitdən asılı olaraq dəyişir.

Hər bir insan yaşayacağı xarici ölkədə dil mədəniyyət baxımından uyğunlaşa bilib-bilməyəcəyini düşünüb narahatlıq keçirir. Türkiyədə yaşayan tələbələr belə problemlərlə üzləşmir. Doğma Türkiyə ilə dilimizin, dinimizin mədəniyyətimizin eyni olmağı bu ölkəni seçən tələbələrə tez bir zamanda mühitə öyrənməyə şərait yaradır.

Azərbaycanda Türkiyədə təhsil alan tələbələrə kömək edəcək bir çox şirkətlər fəaliyyət göstərir. Bu şirkətlərə müraciət etməklə Türkiyədəki təhsil və təhsil qiymətləri haqqında məlumat ala bilərsiniz.

Maddi cəhətdən çətinlik çəkməmək üçün bir çox ailələr təqaüd haqqında maraqlanırlar. Türkiyədə xarici tələbələr üçün coxlu təqaüd imkanları var.

Bəzi təqaüdlər Türkiyə hökuməti və ya universitetlər tərəindən, bəziləri isə vəqlər,dərnəklər və ya özəl təşkilatlar tərəindən verilir.Türkiyədə xarici tələbələr üçün təqaüd proqramları bunlardır:

Türkiyə Bursları: Türkiyə Respublikası Hökuməti tərəfindən təklif olunan bu təqaüd proqramı magistr, doktorantura və tədqiqat səviyyələrində xarici tələbələrə verilir.

Türkiyədəki Universitetlərin Təqaüdləri: Türkiyədəki bir çox universitet xarici tələbələrə maliyyə dəstəyi göstərmək üçün öz təqaüd proqramlarını təklif edir.

Türkiyədəki Beynəlxalq Tələbə Proqramları: Bəzi türk universitetləri xarici tələbələr üçün xüsusi proqramlar təklif edərək təqaüd verir. Bu proqramlara ingilis dilində bakalavr və magistr proqramları, qısamüddətli yay məktəbləri və təcrübə proqramları daxildir.

Türkiyə universitetlərində illik təhsi haqqı qiyməti nə qədərdir?

 Türkiyə universitetlərində yüksək standartlara malik keyfiyyətli təhsil verilməsinə baxmayaraq, Avropa və Amerika ölkələri ilə müqayisədə illik təhsil haqqı qiymətləri çox ucuzdur. Dövlət universitetlərində təhsilin qiyməti 3400-8200 türk lirası, yəni 400-950 manat arasında dəyişir. Bununla yanaşı, universitetlər tələbələrə təhsil haqqı ödənişini ildə iki dəfə, yəni 6 aydan bir etməyi də təklif edir.

Türkiyəyə gediş haqqı nə qədərdir?

Aviabiletlərin qiyməti 166 manatdan başlayır. Avtobusla gediş haqqı isə 60-70 dollar arasında dəyişir.

 Yataqxana və ya kirayə mənzillərin qiyməti nə qədərdir?

 Türkiyədə yataqxana və ya kirayə mənzillərin qiyməti bəzi məqamlara görə fərqlilik göstərir. Burada əsas məqam sizin qalmaq istədiyiniz yataqxana və ya kirayə mənzilin hansı şəhərdə yerləşdiyindən, şəraitindən və universitetlə arasındakı məsafədən asılı olaraq dəyişir. Lakin orta hesabla yataqxanaların qiyməti 335-604 tl, yəni 100-180 manat arasındadır.

Dövlət universitetlərində təqaüd imkanları var?

Dövlət universitetlərundə birbaşa tələbələrə universitet tərəfindən təqaüd verilmir.

Dövlət universitetlərində təhsil haqqı yoxdur. Tələbələr dövlət və ya fondlara tələbə təqaüdü üçün müraciət edə bilərlər.

Niyə dövlət universiteti seçməliyəm?

Maddi cəhətdən uyğun olduğu üçün tələbələr daha çoxə dövlət universitetlərini seçirlər. Təhsilinizi bitirənə qədər dövlət universitetlərində pulsuz təhsil almaq hüququnuz var. Xüsusilə reytinq qazanmış dövlət universiteti seçsəniz, universiteti bitirdikdən sonra çox rahatlıqla iş tapa biləcəksiniz.

İstanbulda dövlət universitetlərində təhsil almaq sərfəlidirmi?

İstanbulda dövlət universitetlərinin bir çoxu dünya reytinq cədvəllərinə daxil olan universitetlərdir. Belə prestijli universitetlərdə təhsil almaq bir çox gəncin xəyalıdır.

Rəylər

  1. Men 11sinif sagirdiyem ve turkiyede DIM qebul imtahanin baliyla yeni neticesiyle turkiyede tehsil ala bilerem?

Back to top button