
Xaricde tehsil almaq hər bir gəncin arzusudur. Xaricdə həm bakalavr həm də magistr təhsili almaq mümkün və son zamanlar demək olar ki çətin deyil.
Xaricde bakalavr tehsili almaq üçün orta məktəbdə aşağı siniflərdən hazırlaşmaq lazımdır. Xaricdə təhsil almağın əsas şərtlərindən biri xarici dil biliyidir. Əsasəndə ingilis dilini 6-7 ci siniflərdən daha yaxşı ciddi öyrənmək lazımdır.
➡️ Xaricde bakalavr tehsili üçün əsas məlumatlar
Xaricdə bakalavr təhsili almaq üçün bir neçə yollar var. Buna görə də ölkələri iki qrupa bölmək olar.
- Azərbaycanda 11-ci sinifi bitirən şagirdi birbaşa qəbul edən ölkələr
- Azərbaycanda 11-ci sinifi bitirib kurs keçdikdən sonra qəbul edən ölkələr
Şagirdlərin 11-ci sinifi bitirdikdən sonra imtahan verib birbaşa bəzi ölkələrin universitetlərinə qəbul ola bilərlər. Bu ölkələr aşağıdakılardır:
- Türkiyə
- Amerika Birləşmiş Ştatları
- Kanada
- Hollandiya ( bəzi hallarda)
- Böyük Britaniya (Foundation)
- Almaniya (özəl universitetlər)
- Macarıstan
- Latviya və s.
Elə ölkələr vardır ki Azərbaycanda 11ci sinifi bitirən şagirdi nirbaşa qəbul etmir. Bununda səbəbi həmin ölkələrdə orta məktəb 12 və ya 13 illikdir. Buna görə də həmin ölkələrin universitetlərində təhsil almaq üçün iki şərt var.
Ya həmin ölkədə 1 illik “Foundation” keçməlisiniz və yaxud da Azərbaycanda 1 ya da 2 il bakalavr təhsili almalısınız.
➡️ Xaricde bakalavr tehsili üçün hansı imtahanlar tələb olunur?
Xaricdə təhsil almaq üçün əsasən İELTS və TOEFL imtahanları tələb olunur. Bu imtahanlar ingilis dilində təhsil almaq istəyənlər üçündür. Əgər xarici ölkələrdə təhsil almaq istəyirsinizsə bu imtahlardan mütləq keçməlisiniz. Amma elə universitetlər də var ki bu imtahanları tələb etmir. Yalnız özünün tələb etdiyi imtahanla tələbə qəbul edir. Lakin elə ölkələr varki başqa imtahanlar tələb edir. Məsələn Türkiyə universitetlərində təhsil almaq üçün SAT imtahanı verməlisiniz. SAT imtahanını həmçinin ABŞ və Kanada universitetləri də qəbul edir.
Xaricdə təhsil almaq üçün yaş həddi 17 və 18-dir. Bu ölkələrə görə dəyişir.
Xaricde bakalavr təhsili almaq üçün attestat qiymətləridə mühüm rol oynayır. Çalışın ki attestatda orta qiymət 4dən yuxarı olsun. Bakalavra gedəcəyiniz ixtisasa uyğun olan fənnlər 4 və ya 5 olsa qəbul şansınızda artacaq.
➡️ Xarici universitetlərə TQDK Balı ilə qəbul
Türkiyədən başqa heçbir xarici universitetlər TQDK balı ilə qəbul etmir. Ona görə də xaricdə təhsil almaq istəyirsinizdə TQDK imtahanına hazırlaşmaq lazım deyil. Xaricdə tehsil üçün attestat almağınız kifayətdir. Və birdə İELTS və TOEFL imtahanlarına hazırlaşın.
Xaricdə birbaşa bakalavr təhsili almaq üçün həmin ölkələrin bizim attestatı tanımaları vacibdir. Bəzi öllələr bizim Orta Təhsil Haqqında Attestatı öz orta məktəb sistemləri ilə eyni saydığı və tanıdıqları üçün Azərbaycanlı tələbələr bu dövlətlərin universitetlərinə birbaşa qəbul ola bilirlər.