Turkiyede qiyabi tehsil ✅

Tələbələrin üstünlük verdiyi təhsil növlərindən biridə qiyabi təhsildir. Qiyabi təhsilin üstünlükləri çoxdur. Əsasda xaricdə qiyabi tehsil almağın üstünlüyü çoxdur. Universitetə getmədən evdə təhsilinizi davam etdirirsiniz. Qiyabi təhsilin əsas üstünlüyü təhsil aldığınız müddətdə işləyə bilməyinizdir. 

Türkiyədə qiyabi təhsil haqqında

Azərbaycanda tələbələrin böyük əksəriyyəti təhsil üçün xarici ölkə olaraq Türkiyəni seçirlər. Türkiyə ilə ölkəmiz arasında məsafə az olsada Türkiyede qiyabi tehsil almaq istəyən tələbələr çoxdur. 

Türkiyede qiyabi tehsil aldığınız müddətdə ildə iki dəfə Türkiyəyə getməyiniz kifayət edir. İmtahanlar üçün il ərzində iki dəfə 6 aydan bir gedib 3 gün qalmağınız bəs edir. 

Hər semester imtahan bir dəfə olur. Hər semester imtahanın müddəti 2 gündür. 

Türkiyede qiyabi tehsilin müddəti 4 ildir. 

Təhsil aldığınız zaman dərs vəsaitlərinin hamısı universitet tərəfindən online olaraq pulsuz verilir. 

Turkiyede qiyabi tehsil almaq üçün heç bir imtahan vermədən attestla müraciət edə bilərsiniz. 

Qiyabi tehsil üçün siz  Türkiyənin dövlət universitetlərinə müraciət edə bilərsiniz. Hər ixtisas üzrə qiyabi təhsil almaq mümkün deyil. 

Tələbələri maraqlandıran məsələlərdən biridə qiyabi təhsil zamanı hərbi möhlət hüququnun olub olmamasıdır. Türkiyede qiyabi tehsil aldığınız zaman sizə hərbi möhlət hüququ verilmir. Hərbi möhlət hüququ yalnız əyani oxuyan tələbələrə verilir. 

Türkiyədə qiyabi təhsil zamanı aldığınız diplom həm Türkiyədə həmdə Avropanın 30-dan çox ölkəsində tanınır. 

Qiyabi təhsil zamanı sizin attestat qiymətlərinizin heç bir önəmi yoxdur. Tələbələrə yaş məhdudiyyəti qoyulmur. İstədiyiniz yaşda attestatla Türkiyede qiyabi tehsil ala bilərsiniz. 

Türkiyede qiyabi tehsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır :

  • Dövlət universitetində Menecment fakultəsi ( İşlətmə-idarə etmək mənasındadır).
  • Dövlət universitetində Halkla ilişkiler fakultəsi. – Bu ixtisası bitirdikdən sonra İnsan resursları, Mətbuat və Media sahəsində işləyə bilərsiniz. 
  • Dövlət universiteti: Sosioloji fakultəsi- İşləyə biləcəyiniz sahələr : Cəmiyyətdəki ailə problemləri, Sosiologiya, Sosial cəmiyyət işləri üzrə konsultasiya və fəlsəfə. 
  • Özəl universitetdə MİS fakultəsi – yəni İnformasiya Texnologiyalarının idarə edilməsi 
  • Dövlət universitetlərində Qrafik dizayn
  • Dövlət universitetlərində Moda tasarım 
  • Dövlət universitetlərində Tekstil tasarım
  • Dövlət universitetlərində Tarix 
  • Dövlət universiteti: Spor bilimləri
  • Dövlət universiteti: Rekreasiyon bölümü

Türkiyede qiyabi tehsil alacağınız ən yaxşı dövlət universitetlərindən biridə Atatürk Universitetidir. Universitet Ərzurum şəhərində yerləşir. Ancaq siz həmçinin. Ankara, İstanbul və Karadəniz bölgəsində yerləşən şəhərlərdə də imtahana girə bilərsiniz. Əgər siz Türkiyədəki imtahanda bal yığa bilməsəniz Bakıdakı imtahana qatıla bilərsiniz. 

Qəbul ola biləcəyiniz ixtisaslar bunlardır:

  • İqtisadiyyat 
  • Dövlət idarəçiliyi 
  • Reklam
  • İctimaiyyətlə əlaqələr 
  • Tibb işinin təşkili
  • Sosiologiya

Oxşar mövzular:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button