Türkiyədə Təhsil

Türkiyede tehsil almaq üçün ne etmeli?

Türkiyədə təhsil almaq üçün ne etməli? Hardan başlamaq haqqında istəyirsinizsə bu məlumat sizə faydalı olacaq. Türkiyədə təhsil almaq üçün müxtəlif yollar var. Bunlar:

🔹 Türkiyənin Dövlət Universitetlərinə attestatla qəbul 

🔹 SAT və DİM balı ilə qəbul

🔹 YÖS balı ilə qəbul 

🔹 Magistraturaya qəbul yolu ilə. 

edumaster

Attestatla Türkiyede tehsil 

Türkiyə universitetlərinə heçbir imtahan vermədən attestla qəbul olmaq mümükündür. Attestatla qəbul zamanı sizin attestat qiymətləriniz və attestat balı ortalamanız nəzərə alınır. 

Türkiyədə attestatla təhsil almaq üşün aşağıdakı sənədlər lazımdır:

Bakalavr üçün:

  • Attestat və Kollec diplomu (Attestat yoxdursa 11-ci sinifi bitirdiyinizə dair arayış). 
  • Transkript  ( Qiymət cədvəli) 9-10-11-ci sinflərin qiymətlərinin çıxarışı
  • Fotoşəkil 3×4 ölçüsündə (12 ədəd) 
  • Xarici passport və ya şəxsiyyət vəsiqəsi

Magistratura üçün:

  • Bakalavr diplomu
  • Transkript ( Qiymət cədvəli. Dekanlıqdan əldə edə bilərsiniz. 4 illik qiymətlərin çıxarılışı) 
  • Rəngli fotoşəkil 3×4 ölçüsündə 12 ədəd 
  • Şəxsiyyət vəsiqəsi və ya xarici passport 
  • 1 ədəd niyyət məktubu

Türkiyədə attestatla təhsil ala biləcəyiniz ixtisaslar aşağıdakılardır:

  • İqtisadiyyat 
  • Beynəlxalq münasibətlər 
  • İdarəetmə (Menecment) 
  • Maliyye
  • Bank işi 
  • Turizim müəllimliyi 
  • Mexanika mühəndisliyi
  • Elektrik mühəndisliyi 
  • Komputer mühəndisliyi 
  • İnşaat mühəndisliyi 
  • Aqronomluq
  • İncəsənət 
  • İdman
  • Statiska
  • Biologiya 
  • Tarix
  • Musiqi müəllimliyi 
  • Jurnalistika 
  • Qida mühəndisliyi fakultəsi
  • Kimya 
  • Fizika 
  • Psixologiya 

Və başqa ixtisaslar. Bunuda qeyd edim ki diplomlar Azərbaycanda tanınır. Və tələbələrə əsgərlikdən möhlət hüququ verilir. Bir üstünlükdə varki sizin oxuya oxuya rəsmi işləmək imkanınız var. 

DİM balı ilə qəbul 

Türkiyənin bəzi universitetlərində DİM imtahan balı ilə də qəbul ola bilərsiniz. Türkiyə universitetlərində DİM imtahan balı ilə təhsil almaq istəyirsinizsə imtahan balınız 450-500 baldan yuxarı olmalıdır. DİM balı ilə siz Türkiyənin həm özəl həmdə dövlət universitetlərində təhsil ala bilərsiniz. İstədiyiniz fakultə və ixtisası seçə bilərsiniz. 

SAT imtahanı ilə Türkiyənin istənilən universitetinə qəbul ola bilərsiniz. Türkiyənin prestejli  universitetlərində təhsil almaq üçün SAT və bundan əlavə TOEFL  imtahanı verməlisiniz. 

YÖS  ( Yabancı Öğrənci Sınavı) balı ilə qəbul

YÖS imtahanı ilə qəbul Türkiyə vətəndaşlığı olmayan Türkiyədə yaşamayan xarici tələbələr üçün universitetlərə qəbul imtahanıdır. YÖS imtahanı ilə Türkiyənin həm özəl həm də dövlət universitetlərində təhsil almaq olar. YÖS imtahanı bakalavr təhsili almaq üçündür. Hər bir universitet imtahanı fərqli vaxtlarda keçirə bilər. İmtahanın vaxtını öyrənmək üçün universitetin saytına daxil olub imtahanın vaxtına və şərtlərinə baxa bilərsiniz. YÖS imtahanı artıq ümumi imtahan deyil, universitetlərin öz nəzdində keçirdiyi imtahana çevrilib. 

Magistraturaya qəbul yolu ilə Türkiyedə təhsil

Türkiyədə həm dövlət həm də özəl universitetlərdə magistr təhsili almaq olar. Bakalavr təhsili alan hər bir tələbə magistr təhsilini Türkiyədə ala bilər. Təhsil müddəti ili ildir.  Magistr təhsili 2 yerə ayrılır :

  • Tezli təhsil-2 il
  • Tezsiz təhsil-1-1.5 il. 

Tezli və Tezsiz təhsilin yalnız bir fərqi var. Tezli təhsil alanlar sonra doktorantura təhsili ala bilər. Tezsiz təhsil alanlar isə doktorantura oxuya bilməz. Fərq yalnız budur. Türkiyədə magistr təhsili imi hissədən ibarətdir :

  • İmtahanla qəbul edən universitetlər
  • İmtahansız qəbul edən universitetlər. 

Türkiyədə magistr təhsili üçün ALES, YDS,TÖMER və MULAKAT imtahanları verməlisiniz. 

Son illər təhsildə olan dəyişikliklərdən sonra ALES imtahanı məcburi sayılmır. Digər imtahanlarla müqayisədə əhəmiyyəti azdır. İmtahan ildə 3 dəfə keçirilir. 

YDS imtahanı xarici tələbələrdən götürülən ingilis dili imtahanıdır. YDS imtahanı Türkiyədə ortalama olaraq il ərzində 10-12 dəfə keçirilir. 
İmtahan vermədən magistr təhsili almaq üçün sizə lazım olan bakalavr diplomu, bakalavr təhsili aldığınız universitetin referans məktubu və Türkiyədə maddi xərclərinizi ödəyə biləcəyinizi göstərən sənəd.

Əlaqəli məqalə

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button