Atatürk universiteti qiyabi təhsil haqqında vacib məlumatlar

Qiyabi təhsil almaq son dövrlərin yaradılan ən möhtəşəm şanslarından biridir. Çünkü bunun sayəsində işləri axsatmadan, evini, ailəni, əzizlərini, işini tərk etmədə karyeranı yüksəldə bilmək mümkündür. Necə deyərlər sərhədləri aşan təhsilini evinə gətirərək uğurlarını ən yüksək zirvələrə daşıya bilirsən. Günümüzdə sürətlə inkişaf edən Türkiyə təhsil sistemi isə azərbaycanlı tələbələrin ən çox diqqətini çəkən istiqamətlərdəndir. Qardaş ölkə tələbələr üçün yaratdığı inanılmaz şanslarla daim liderliyini qoruyur. Türkiyədə uzaqdan tədrislə bağlı maraqlanan şəxslər üçün bu gün qocaman və nüfuzlu Atatürk universitetində qiyabi təhsil almaq barəsində danışacağıq. 

Atatürk universiteti haqqında 

Türkiyədə cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün göstərişi ilə Atatürk Universiteti rəsmi olaraq 7 iyun 1957-ci ildə təsis edilmişdir. Ərzurumda şəhər mərkəzindən 1,5-2 km məsafəsində yerləşən universitet Türkiyənin ikinci ən böyük və ilk planlı kampusuna sahibdir. Mərkəzində yerləşən universitet xəstəxanası bütün Şərqi Anadolu və Şərqi Qara dəniz bölgəsi üçün əhəmiyyətli sağlamlıq mərkəzi rolunu oynayır. Günümüzdə Atatürk Universiteti 23 fakültə, 851 proqramı və minlərlə tələbəsi ilə Türkiyənin ən böyük universitetləri sırasındadır. Atatürk Universitetinin vizyonu regionunun inkişafında qabaqcıl mövqedə olan dünya universiteti olmaqdır. Universitetinin missiyası həm yerləşdiyi bölgəyə, həm də Türkiyəyə töhfələr vermək, texnologiyaya, innovasiyaya, elmə və sənətə universal dəyər qataraq ixtisaslı fərdlər yetişdirməkdir. 

Atatürk Universitetində ümumilikdə xarici tələbələr üçün tələblər nələrdir?

Atatürk Universitetində təhsil almaq istəyən əcnəbi tələbələr universitet tərəfindən ildə bir dəfə keçirilən ATAYÖS imtahanında iştirak etməlidir. Əcnəbi tələbələr ATAYÖS nəticələrinə uyğun önlisans və bakalavr proqramlarına müraciət edə bilir. İmtahan 40 sual məntiq, 40 sual isə riyaziyyatdan olmaqla ümumilikdə 80 sualı əhatələyir. İmtahan müddəti 150 dəqiqədir. İmtahanın nəticəsi 100 balla qiymətləndirilir və nəticə bir il müddətində qüvvədə qalır.

Atatürk universitetində qiyabi təhsil üçün müraciətlər necə həyata keçirilir?

Qeyd etdiyimiz kimi Atatürk universiteti uzaqdan yüksək səviyyəli təhsil vəd edən ali tədris ocaqları arasında lider sıralardadır. Əcnəbi tələbələr bu universitetdə təhsil almaqla bağlı qeydiyyatdan keçmək üçün sənədlərini elan olunan tarixlərdə birbaşa və ya poçt vasitəsilə təqdim edir. Qeydiyyat formasını əldə etmək üçün “Açık ve Uzaktan Öğretim Fakültesi”nin rəsmi saytında qeydiyyat hissəsindəki “Uluslararası Öğrenci” bölməsinə daxil ola bilərsiniz. Namizədərə ilkin qeydiyyat prosesi başa çatdıqdan sonra SMS və ya elektron poçt vasitəsilə məlumat verilir. Ön-qeydiyyat prosesi başa çatdıqdan sonra namizədlərdən ödənişləri tələbə şəxsiyyət nömrəsiylə birgə qeyd olunan tarixlər arasında Halkbank, Vakıfbank və ya Ziraat bankına ödəmələri tələb olunur. Qiyabi təhsilin müddəti isə 4 ildir.

Hansı sənədlər tələb olunur?

Atatürk universitetinə müraciət etmək üçün hazırda tələb olunan sənədlər toplusu aşağıdakı kimidir.

  • Ərizə forması
  • Attestat sənədi
  • Attestat sənədinin Türkiyə nümayəndəliyi tərəfindən türk dilinə tərcümə olunmuş forması
  • Diplom ekvivalenti sertifikatı (Türkiyə Səfirliyindən alınır)
  • 2 ədəd pasport ölçülü fotoşəkil
  • Pasportun surəti və Türkiyə Səfirliyi tərəfindən türk dilinə tərcümə edilmiş nüsxəsi
  • Doğum haqqında şəhadətnamə (ikili vətəndaşlığı olanlar üçün)

Atatürk Universitetində hansı ixtisaslarda qiyabi təhsil almaq olar?

Ümumilikdə qiyabi təhsilə dair əksər universitetlərdə ixtisas seçimi geniş olmasa da ancaq karyeranıza yeni səhifə aça biləcəyiniz bir çox önəmli peşələr üzrə təhsilinizi davam etdirə bilərsiniz. Sözügedən universitetdə aşağıdakı bölmələr üzrə qiyabi təhsil imkanları mümkündür.

  • Biznes
  • Səhiyyə müəssisələrinin idarə edilməsi
  • Tibb bacısı
  • Cərrahiyyə üzrə tibb bacısı
  • Uşaq xəstəlikləri üzrə tibb bacısı
  • Psixoterapiya üzrə tibb bacısı
  • Türk təhsili
  • İlahiyyat və s.

Atatürk Universitesində qiyabi təhsil üçün hansı proqramlar var?

Atatürk Universitetində qkiyabi təhsil bölməsi “Uzaktan Eğitim Uygulama ve Araştırma Merkezi (ATAUZEM)” olaraq adlanır. Müasir texnologiya dövrünün tələbləriylə ayaqlaşan universitet hər il minlərlə xarici tələbəyə qiyabi təhsil imkanları yaradır. Adıı çəkilən universitetdə qiyabi təhsil almaq üçün aşağıdakı proqramlar mövcuddur.

  • Tezissiz magistratura proqramları
  • Lisans tamamlama proqramları
  • Sertifikat proqramları

Tezissiz magistratura proqramlarında tezisli magistratura proqramından fərqli olaraq, ALES dil imtahan nəticəsi tələb olunmur. Ümumilikdə hər hansısa imtahan tələbi olmadan bakalavr nəticələrinizlə müraciət edə bilərsiniz. Atatürk universitetində bu istiqamətdə olan proqramlar aşağıdakılardır.

  • Biznesin idarə edilməsi üzrə magistr proqramı
  • Biznesin idarə edilməsi üzrə (ingilis dili) magistr proqramı
  • Menecerlər üçün biznesin idarə edilməsi üzrə magistr proqramı
  • Menecerlər üçün biznesin idarəedilməsi (ingilis dili) magistr proqramı
  • Marketinq üzrə magistr proqramı
  • Sağlamlığın idarə edilməsi üzrə magistr proqramı
  • İş Sağlamlığı və təhlükəsizliyi magistratura proqramı
  • Kurikulum və təlimatlar üzrə magistratura proqramı
  • Türk dili üzrə magistratura proqramı
  • Riyaziyyat üzrə magistratura proqramı

Lisans tamamlama proqramları 2 illik önlisans proqramını bitirən tələbələrin bakalavr dərəcəsini əldə etməsini təmin edir. Bu proqram üzrə qiyabi təhsil almaq üçün Atatürk universitetində aşağıdakı bölmələrə müraciət edə bilərsiniz.

  • İlahiyyat
  • Tibb bacısı 
  • Doğuma yardımçılıq üzrə tibb köməkçisi
  • Perfuziya ixtisası

Sertifikat proqramları inkişaf etmək istədiyiniz istiqamətlər üzrə sizi lazımi bilikləri özündə ehtiva edən təhsillə təmin edir. Nəticədə çalışmaq istədiyini qurumlara bu sənədi təqdim edə və ya öz qazandığınız uğurların sırasına əlavə edərək insanların diqqətini çəkə bilərsiniz. Atatürk Universitetində hazırda yalnız tibb sahəsi üzrə qiyabi sertifikat proqramı yer alır. 

Atatürk Universiteti qiyabi təhsil almaq üçün hansı üstünlüklər vəd edir?

Türkiyənin qocaman universiteti əcnəbi tələbələrə imtahansız qiyabi təhsil şansı yaratmaqla əslində onlar üçün inanılmaz karyera yüksəlişi fürsəti də təqdim etmiş olur. Eyni zamanda universitetin təqdim etdiyi diplom ölkəmizdə və Avropada rəsmi formada tanınır. Bu isə arzuladığınız və yaxud gələcəkdə fikrinizin dəyişdiyi halda istiqamət alacağınız hər hansısa ölkədə karyera qurmağınızı təmin edir. Eyni zamanda qeyd edək ki, diplomda qiyabi təhsil almağınız barədə məlumat qeyd olunur. Bundan başqa təhsil məsafədn olsa da ildə iki dəfə universitetə getməyiniz lazım olacaq. Qardaş ölkəylə gediş-gəlişin rahat olması, xərclərin münasibliyi və s. səbəblər baxımından işləriniz asanlaşacaq. Atatürk universitetinin rəsmi saytı vasitəsilə dərslərinizdə lazımlı olacaq kitabların onlayn satışı da həyata keçirilir. Qiyabi təhsil zamanı adətən tələbələrə materiallar göndərilir. Ancaq ehtiyac olduğu zaman həmin kitablardan yarralana bilərsiniz ki, bunun üçün linkə keçid etməyiniz kifayətdir. 

Atatürk Universitetində qiyabi təhsil üçün hansı sənədlər tələb olunur?

  • Ərizə forması
  • Attestat sənədi
  • Attestat sənədinin Türkiyə nümayəndəliyi tərəfindən türk dilinə tərcümə olunmuş forması
  • Diplom ekvivalenti sertifikatı (Türkiyə Səfirliyindən alınır)
  • 2 ədəd pasport ölçülü fotoşəkil
  • Pasportun surəti və Türkiyə Səfirliyi tərəfindən türk dilinə tərcümə edilmiş nüsxəsi
  • Doğum haqqında şəhadətnamə (ikili vətəndaşlığı olanlar üçün)

Atatürk universitetində qiyabi təhsil üçün hansı imtahanlar tələb olunur?

Atatürk universitetində qiyabi təhsil üçün hər hansısa imtahan nəticəsi tələb olunmur.

Qiyabi təhsilin müddəti nə qədərdir?

Qiyabi təhsil adətən 4 illik müddəti əhatələyir.

Qiyabi təhsil üzrə ödənişlər nə qədərdir?

Atatürk universitetində qiyabi təhsil haqqları 500-800 manatdan başlayaraq dəyişir. Təhsil haqqını ildə iki dəfə 6 aydan bir ödəyə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button