PPC Nədir? PPC Statistikaları

Rəqəmsal marketinqdə ən önəmli terminlərdən biri və birincisinin PPC olduğunu deyə bilərik. PPC (Pay Per Click) hər klik başına olan ödəniş(xərc) deməkdir. İnternet üzərindən reklam idarəçiliyində ən çox adı keçən və büdcənizin necə xərcləndiyini göstərən bir termindir.

Facebook, Twitter, Google Ads üzərindən reklam verdikdə görünən hər məhsula və sayta bir daxil olmaya(klikə) ödədiyimiz xərcdir PPC.

PPC-ni kimlər istifadə etməlidir?

Hər bir sahədə istifadə olunan və müsbət təsirlərini qısa zamanda göstərən bir marketinq vasitəsidir. Məhsul satışları, xidmət tanıtmaq, brend imicini artırmaq və sayta girişləri çoxaltmaq üçün ən ideal, hətta ilk seçimlərdən biridir.

PPC-nin Faydaları nələrdir?

  • Brendizin daha çox görünürlüyü, saytınızın isə trafikini artırır.
  • Doğru ünvan(location), hədəf kütləsi (audience), yaş aralığı, Google Ads ilə axtarış açar sözləri kimi istədiyinizə uyğun reklamlar yarada bilmək.
  • Reklam büdcəsini testlər, analizlər, yenidən düzənləməklə minimuma düşürə bilmək.
  • Məlumatlardan(data) istifadə edərək daha yaxşı nəticə əldə etmək. (məs: remarketinq)

PPC reklamları necə işləyir?

PPC fərqli platformalar və reklam növlərini özündə birləşdirir. Bunlara isə əsas axtarış sistemi reklamları və sosial media reklamlarını misal göstərə bilərik.

Google Ads ilə açar sözlər ilə axtarış sistemi reklamları, görüntü(banner) reklamları, alış-veriş reklamları(bizim ölkə üçün küçərli deyil) və remarketinq strategiyaları ilə nəticələr əldə etmək mümkündür. Bu sistemə Hətta Youtube reklamları yəni video reklamlarını da daxil edə bilərik.

Facebook Ads ilə isə facebook, instagram üzərindən görülən story, video, görüntü reklamlarını idarə etmək mümkündür.

Bundan başqa digər məcralarında öz reklam sistemləri və ona uyğun reklam növləri daxildir. Ölkədə ən çox istifadə edilən və xərc baxımından ən çox şirkətlərin üstünlük verdiyi reklam məcraları bunlardır.

PPC Statistikaları 2020

Aşağıda göstərilən nəticələr ilə siz də özünüz və brendiniz üçün PPC-nin nə qədər önəmli olduğunun sübutunu görə bilərsinzi.

Marketoloqların 79%-i PPC-nin onlar üçün olduqca faydalı olduqlarını qeyd etmişdir.
(Hanapin Marketing, 2019)

Hazırda əsas alıcı kütləsi olan Millenium nəslinin 58%-i alışlarını sosial media və onlayn axtarışlar nəticəsində etməkdədir.
(Clutch, 2017)

 

Kiçik müəssisələrin 45% -i əsasən (PPC) reklamlarına investisiya yatırır.
(Clutch.io, 2018)

 

64% reklam verən ciddi brendlər növbəti 12 ay ərzinə PPC büdcələrini artırmağı düşünürlər.

 

2019-cu ildə dünyada şirkətlər təkcə 106.5 milyard dollar axtarış sistemi reklamlarına xərcləmişdir.
(Statista, 2019)

 

52% PPC klikləri mobil cihazlar vasitəsi ilə baş verir.
(WordStream, 2019)

 

Google reklamlarında xərclənən hər 1 dollara görə bizneslər 2 dollar gəlir əldə etməkdədir.
(Google, 2018)

 

Vugar Bunyatzade

Təcrübələrini, öyrəndiklərini və analizlərini sizinlə paylaşmaq istəyən Rəqəmsal marketinq mütəxəssisi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button