Gmat Nedir? GMAT İmtahani Haqqında ✅

Dünyanın məhşur universitetlərində magistr təhsili almaq üçün sizdən İELTS, SAT və TOEFL ilə yanaşı GMAT/GRE testləri də tələb olunur. (ixtisasdan asılı olaraq dəyişir). 

Gmat nədir? 

Özünüzü inkişaf etdirmək və öz sahənizdə ən yaxşısı olmaq üçün xüsusilə də son zamanlarda seçilən yollardan biri də magistr təhsilidir. 

Xüsusi ilə də son vaxtlar yüzlərlə tələbə, xaricdə təhsilin ön plana çıxması və xaricdə təhsilin daha cəlbedici olması səbəbindən təhsillərini xaricdə başa vurmaq istəyirlər. 

GMAT ( Graduate Management Admission Test) 3,5 saat çəkən komputer adaptiv test imtahanıdır.

GMAT ; İnsanların İngilis dilində analtik, yazılı, kəmiyyət, şifahi və oxu bacariqlarını qiymətləndirən komputer əsaslı bir imtahandır. 

Dünyada 2000-dən çox təhsil müəssisəsi tərəfindən qəbul edilən GMAT imtahani, xüsusilə ABŞ – da iş, marketinq, maliyyə, MBA, mühasibat kimi magistr proqramlarında istifadə olunur. Tələbələrin İngilis dili və riyazi qabiliyyətlərini ölçmək məqsədi daşıyır. 

Türkiyədə daxil olmaqla dünya üzrə 114 ölkədə, 600-dən çox imtahan mərkəzində edilən GMAT imtahanı müəyyən bir İngilis dili qrammatikası ilə yanaşı həndəsə və hesab biliyinə də sahib olmağınızı tələb edir. 

GMAT İmtahani 4 hissədən ibarətdir :

  1. Quantitative Reasoning             (31 sual, 62 dəqiqə) 
  2. Verbal Reasoning                         (36 sual, 65 dəqiqə) 
  3. İntegrated Reasoning                   (12 sual, 30 dəqiqə) 
  4. Analytical  Writing  Assessment     (1 inşa, 30 dəqiqə) 

Namizədlər imtahanın istənilən bölməsindən başlamaq hüququna malikdilər. 

GMAT balı 200-800 arasında dəyişir,əksər tələbələr 400-600 arası nəticə göstərirlər,buna görə də 600+ kifayət qədər hüksək nəticə sayılır. 

GMAT nəticələri imtahan tarixindən sonra üç həftə ərzində elan olunur. İmtahanı təşkil edən dörd hiasədən hər biri ayrı-ayrılıqda toplanır və 200-800 şkalasında ümumi bal hesablanır. 0-60 arasında şifahi və kəmiyyət hissələri :AWA 0-6 bal aralığı, IR 0-8 bal aralığında qiymətləndirilir. GMAT balından əlavə imtahan verən digər namizədlər arasındakı digər mövqeləri göstərən “faiz” də namizədlərlə paylaşılır. Namizədlər nəticələri imtahandan sonra istədilləri universitet və proqramlarla bölüşürlər. 

Qeyd olunan iki bölmə  birbaşa olaraq GMAT balınızı formalaşdıran bölmələrdir. Digər iki bölmə isə bala təsir göstərməsə də əlavə tələb olaraq universitetlər tərəfindən istənilə bilər. İngilis dilində təhsil verən əksər ölkələrdə magistr təhsilinin əsas şərti GMAT imtahanlarında etibarlı bal toplamaqdır. 

Türkiyədə və Avropada biznez və idarə etmə sahələrində magistr və doktorantura proqramlarında iştirak etmək istəyən hər kəs imtahanda iştirak edə bilər. İmtahanda iştirak etmək üçün yaşınız 18-dən yuxarı olmalıdır. 13-17 yaş araındakı iştirakçılar valideynlərindən icazə sənədi alaraq iştirak edə bilərlər. 

GMAT dünyanın əksər yerində imtaha mərkəzlərinə komputerlə qoşula biləcəyiniz bir imtahan olduğuna görə, imtahan ilin bir şox günündə verilə bilər. 

Bir il ərzində ən çoxu 5 dəfə imtahan verə bilərsiniz. Testdən təkrar keçmək üçün ən azı 16 gün keçməlidir. Əgər imtahandan maksimum bal toplasanız, yenidən imtahana girmək üçün 5 il gözləməlisiniz. 

İmtahan nəticələri 5 il etibarlıdır. 

Bəzən GMAT imtahanının TOEFL və İELTS kimi beynəlxalq imtahanlardan daha çətin olduğunu qeyd edirlər.GMAT imtahanının çətinliyi ondan ibarətdir ki, burda əsasən ingilis dili səviyyəsi deyil, məntiqi yanaşmalar və ümumi bilik bacarıqları yoxlanılır. 

GMAT imtahanı hal-hazırda yalnız MBA proqramı üçün daha da məhşurdur və dünyanın ən reytinqli universetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, bir çox ölkələrin güclü universitetləri bubu tələb edir. 

Xatırladatmaq istəyirəm ki, akademik və karyera həyatınızda əhəmiyyətli bir addım olan magistr təhsili üçün GMAT imtahanının son dərəcə əhəmiyyəti var. Yaxşı səviyyədə İngilis dili və sistematik təhsil alaraq yaxşı bal toplaya biləcəyiniz bu imtahan xaricdə magistr təhsili üçün bir qapıdır.

GMAT nedir məqaləsinə oxşar yazılarımız:
➡️ Ingilis Dili Oyrenmek Metodlari
➡️ İngilis dili səviyyələri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button