İngilis Dili Səviyyələri hansılardır? ✅

İngilis dilində bilirsən? Bu sual bizə yönəldiyində adətən cavan vermək istəyəndə 2 cavab arasında qalırıq. “Hə” deyim yoxsa ” Yox”. Bu sualın cavabı “Hə” ya da “Yox” da deyil heç. Bu səviyyədə İngilis dili bilirəm daha dəqiq cavab olar.  İngilis dilinin səviyyələri hansılardır. Ətraflı öyrənək. 

İngilis dili səviyyələri aşağıdakı kimidir. 

  1. A1- Başlanğıc ( Beginner) 
  2. A2- Əsas ( Elementary) 
  3. B1- Orta səviyyənin əvvəli (Pre-Intermediate) 
  4. B2- Orta səviyyə (Intermediate) 
  5. C1- Orta səviyyənin üstü ( Upper Intermediate) 
  6. C2-  Yüksək (Advanced) 
İngilis Dili Səviyyələri
İngilis Dili Səviyyələri şəkili

1️⃣ Beginner 

Mənası başlamğıc olan bu səviyyədə insanlar İngilia dilini öyrənməyə çalışırlar. Beginner səviyyəsində şəxsin İngilis dilində heç anlayışı olmur ya da qismən nese bilir. Bu səviyyədə İngiliscə bilgisinə sahib olan kişilər, sadə söz və ifadələri istifadə edə bilərlər.Günlük olaraq istifadə etdiyimiz açar söz biliklərinə sahib olurlar. Kim olduqları, harada yaşadıqları, tanıdığı adamlar və sahib olduğu şeylər kimi şəxsi  bilgilər haqqında suallara cavab verə bilər və ya soruşa bilərlər. 

Sadəcə özlərini qısa bir şəkildə tanıdacaq qədər bilgiyə sahibidirlər. 

2️⃣ Elementary seviyyesi

Beginner səviyyəsinin bir üst səviyyəsi olan Elementary səviyyəsində insanlar sadə İngiliscə sözlər və ya məlumatlar bilirlər. İngiliscə söz bilgisi Beginner səviyyəsinə görə daha çox olub, sadə əsas quruluşda qurulan cümlələri çətinlik çəkmədən anlaya bilirlər. 

Şəxsi bilikləri, ailəsi ilə bağlı fikirlər, maraqlandığı sahələr və bu sahələrlə bağlı bildiklərini əsas cümlələrlə başa düşüləcək şəkildə anlada bilirlər. Rutin mövzularla günlük vərdişləri ilə bağlı günlük dildə ünsiyyət qura bilərlər. Məsələn : ” Bu gün alış-veriş etmək üçün çölə çıxdım”. ( I  went out to do shopping today). ya da “Qızımı 2 saat sonra məktəbə aparacam” ( I will take my daughter to the school 2 hours later) 

Qısa olaraq bele qeyd edimki gündəlik həyatda danışıla biləcək qədər əsas  bilgilərə sahibdirlər və bu bilgilərlə ünsiyyət qura bilirlər. 

3️⃣ Pre-Intermediate 

Bu səviyyədə özünüzdən çox  gözəl səviyyədə bəhs edə bilərsiniz. Ortanın üstü mənasına gələn Pre-Intermediate səviyyəsində radio, televiziya kanalları və qəzetdəki gündəlik hadisələri və özləri ilə əlaqədar şəxsi olaraq maraqlandıqları mövzuların əsas hissələrini qavraya bilirlər. Çox əhatəli olmasa da sadə bir formada yuxularını anlada, istəklərini dilə gətirə bilərlər. Pre-Intermediate səviyyəsində İngilis dili biliklərinə sahibsəniz çətinlik çəkmədən xaricə səyahət edə bilərsiniz. 

Gündəlik həyatda təcrübə edilən şeylər aktiv mövzular, maraqlandığınız mövzular haqqında danışılan, yazılanı anlaya və danışa bilərsiniz. Bundan başqa ingilis dili öyənmək üçün əsəs metodlar vasitəsilə bu səviyyədən daha çox məlumatlar öyrənə bilər və daha rahat irəliləyərsiniz.

4️⃣ İntermediate

İngilis dilinin bu səviyyəsində ana dili İngilis dili olan insanlarla  başa düşülən səviyyədə ünsiyyət qura bilərsiniz. Digər səviyyələrdən fəqli olaraq daha qarışıq sözləri, cümlələri başa düşüb qarşılıq vermək olur. 

İngilis dilinin bu səviyyəsində rahatlıqla ” Mən İngilis dilində danışa bilirəm” deyə bilərsiniz. Evvel ki səviyyədə anlamaqda yaxşı idinizsə bu səviyyədə artıq anlamağı keçib danışmaqda da rahatsınız. Daha çox İELTS hazırlıqlarıda elə bu səviyyədən başlamaqdadır. 

5️⃣ Upper-İntermediate (C1) 

Bu səviyyədə gündəlik həyatda ehtiyac duyduğunuz İngilis dilini tam olaraq öyrənirsiniz. Ağlınızdan keçən fikirləri rahatlıqla İngilis dilində izah edə bilir, İngiliscə bir mətni oxuyub asanlıqla tərcümə edə bilərsiniz. İngilis dilini yazılı və danışıq olaraq səlis, doğru və düzgün formada istifadə edib, ümumi İngilis dili ni bitirib, akademik İngiliscəyə keçilən bir səviyyədir. Öz işinizlə bağlı təqdimat edə bilər, rahatlıqla mail yaza bilər və cavablandıra bilərsiniz. Uzun danışıqları, konfransları, hətta fərqli vurğularda cümlələdo belə anlaya bilərsiniz. Bütün sosial xəbər proqramlarını, televiziya da olan videoları, proqramları izləyə bilir, alt yazırsız film izləyə bilərsiniz. 

6️⃣ Advanced ( C2) 

Üstün səviyyədə İngilis dilini bilmə səviyyəsidir. Bura kimi gəlmisinizsə İngilis dilində ana diliniz 

kimi danışa bilərsiniz. Düşündüklərini aydın, ayrıntılı və səlis şəkildə ifadə edə bilərsiniz. İstəsəniz İngilis dilində kitab belə yaza bilərsiniz. 

Bu səviyyədə qısa olaraq desək;istər İngiltərə, istərsə də Amerika kimi rəsmi dili İngilis dili olan, istərsə də fərqli dildə danışan hər hansı bir ölkədə rahatlıqla yaşayacaq qədər İngilis dili bilirsiniz deməkdir. 

Bir dil məktəbində dil təhsilinə başlamaq istəyirsinizsə mütləq başlanğıc səviyyədən davam etməlisiniz kimi bir qayda yoxdur. İlk öncə İngiliscənizin hansı səviyyədə olduğunu öyrənməlisiniz. Bunu təyin etmək üçün şifahi, müsahibə və ya səviyyə testi kimi fərqli yollarla dil səviyyəniz öyrənilə bilər. Beləliklə sınaqdan sonra dilimizin hansı səviyyədə olduğunu bildikdən sonra təhsilinizə ehtiyac olan yerdən başlaya bilərsiniz. 

İngilis dili səviyyələrini öyrənmək nə üçün lazımdir? 


İngilis dilində yazma, danışma və anlama bacarıqlarınızı müəyyənləşdirmək üçün İngilis dili səviyyələrində hansında olduğunuzu bilmək vacibdir. Buna əsasən özümüzü doğru yerdən inkişaf etdirə bilərik. İş, məktəb və gündəlik həyatda İngiliscəmizin nə dərəcədə yetərli olduğunu bilərsiniz. Əks təqdirdə İngilis dilini bildiyinizi zənn edərək vacib bir iclasa girib, xarici ortaqlarla danışa bilmədikdə iş yoldaşlarınızın yanında çətin vəziyyətdə düşə bilərsiniz.

Oxşar və lazımlı yazılar:
➡️ Ingilis dili Kurslari
➡️ IELTS Kurslari

2 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button