SAT imtahani Nədir? ✅

SAT imtahani – dünya miqyasında ən çox qəbul edilən universitetə qəbul imtahanıdır. SAT imtahanı 3 hissədən ibarətdir :Oxuma, Yazma, Dil və Riyaziyyat. Bu imtahan 3 saat çəkir,ancaq ESSAY daxil etsəniz, 50 dəqiqə əlavə edilər.

Digər məqaləmizdə SAT (Scholastic Aptitude Test) haqqında ətraflı məlumat yazmışdıq. Bu məqalədə də SAT imtahanı haqqında məlumat yazacağıq. 

SAT imtahanı SAT 1,SAT 2 olmaqla 2 növə ayrılır. Ardıcıl nömrələnsə də imtahanlar bir-birinin davamı deyil.

SAT İmtahanı formaları

1️⃣ SAT 1(Reasoning test) imtahanı iki hissədən ibarətdir. Reading & Writing( Yazı& Ozu) və Mathematics ( Riyaziyyat). İmtahan 3 saat davam edir. Reading mərhələsi 52 sualdan ibarət olub 65 dəqiqə, writing hissəsi 44 sualdan ibarət olub 35 dəqiqə davam edir. Reading (oxu) hissəsində daha çox tarix və psixologiya bağlı 5 mətn və hər mətndən isə təqribən 10-11 sual soruşulur. Oxu hissəsində, sual başına təxminən bir dəqiqədən biraz çox vaxt lazım olur. 

Yazma və dil adlı ikinci hissə 44 sualdan ibarətdir və 35 dəqiqə çəkir. Bu bölmə həm, İngilis dilin də anlama bacarığınızı həm də İngilis dilində hakimiyyətinizi ölçür. Keçidlərdə bilərəkdən səjv ifadələr və yazı səhvləri buraxılır. Bu yazı səhvlərinin və səhv ifadələrin sizin tərəfdən düzəldilməsi gözlənilir. 

SAT MATH( Riyaziyyat) bölməsi 2 hissədən ibarətdir. Birində kalkulyatordan istifadə edə bilirsinin digərində isə yox. Kalkulyator istifadə edilməyən ilk bölmə 20 sualdan ibarətdir və 25 dəqiqə çəkir. Onsuzda bu hissədə  kalkulyatora o qədər də ehtiyac olmur. Sualın manasını anlayıb çox qısa zamanda cavablaya bilərsiniz. 

SAT MATH 2. Hissəsindı isə hər suala çox vaxt ayırırsınız. Bu bölüm 38 sualdan ibarətdir və 55 dəqiqə çəkir. C1, problem həll etmə  və məlumat təhlili kimi sual növləri var. Bu hissədə kalkulyator istifadə olunur amma elmi kalkulyatordan istifadə etməlisiniz. İnternet bağlantısı olan cizazlardan istifadə olunmur. 

SAT imtahanında bu üç hissəyə əlavə olaraq ESSAY hissəsini də əlavə edə bilərsiniz. ESSAY hissəsində sizə verilən mətn üzərində inşa yazırsınız. Ümumiyyətlə ESSAY hissəsini götürməyi məsləhət görürük. Çünki SAT ESSAY xaricdə təhsil üçün müraciətlərinizdə sizə üstünlük təmin edecək. 

sat imtahani

2️⃣ SAT 2 ( Subject) imtahani daha çox, öyrənənlərin, bilik və bacarıqlarının daha təkmil olduğunu sübut etmək üçündür. Yəni ki imtahan verənlər 20 mövzu imtahanından öz sahələrinə uyğun olanını seçərək imtahanda özlərini sınaya bilərlər. SAT Subject imtahanı 1 saat davam edir. Amma burada sual sayı seçilən imtahana görə fərqlidir. SAT Kimyada 85 sual olduğu halda, SAT Ədabiyyatda 60 sual olur. 

SAT 2( Subject) imtahani SAT imtahanina alternativ bir imtahan deyil. Ayrıca verilən bir imtahandır. 

SAT 2 imtahamını vermək o qədər də bacib deyil. Yəni ki universitetə qəbul olmaq üçün  SAT 1 imtahanının nəticəsi bəs edir. Amma qəbul zamanı rəqabət şərtləri nəzərə alındığı halda SAT 2 nəticəsinin olması üstünlük kimi qəbul edilir. 

SAT 2-də olan fənnlər: İngilis dili, Tarix, Biologiya, Kimya, Fizika, Fransız, Alman, İspan, İtalyan, Latın, Yapon, Çin, dillərindən ibarət sizə uyğun birini seçə bilərsiniz,təbiiki SAT 2 fənn seçməzdən əvvəl sənəd verəcəyiniz universitetin tələbələrini nəzərə almalısınız. Amerikanın bir çox universitetlərinə sadəcə SAT 1 imtahanı verərək qəbul oluna bilərsiniz. Ancaq daha prestijli universitetlərə qəbul olunmaq üçün SAT 2 imtahani verməlisiniz. Türkiyə universitetlərinə qəbul olunmaq üçün SAT 2 imtahani verməyə ehtiyac yoxdur. Bu imtahan sırf Amerika universitetlərində təhsil almaq üçün nəzərdə tutulub. 

SAT imtahanına hazırlaşmaq üçün sizin İngilis dili bilmə səviyyəniz Upper-İntermediate ( B2) olmalıdır. İngilis dilinizi artırmaq üçün “ingilis dili öyrənmək üçün ən yaxşı metodlar” yazımızı oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button