Yad Planetliler Haqqinda Melumat ✅

Yad planetliler haqqinda melumat və fikirlərə inanırsanmı ? Görəsən həqiqətən də bu varlıqlar mövcuddur? Elə isə sizin üçün topladığımız məlumatları oxumağa davam edə bilərsən 🙂

Yadplanetlilər barədə hərşey 1947ci-ilin 7 iyul tarixində başlayıb. Yad planetlilər haqqinda fikirlər necə meydana gəldi? 

ABŞ-ın Yeni Mexiko əyalətində fermaların birində qeyri-adi əşyalar tapılıb. Əşyalar arasında metal çubuqlar və falqa tipli müxtəlif parçalar olub. Parçalar formasını dəyişdikdən bir müddət sonra yenidən əvvəlki vəziyyətinə qayıdıb. Buda hamını şoka salıb. Tapılan parçaların nə olduğunu anlamayan ferma sakinləri yerli təhlükəsizlik orqanlarına müraciət ediblər. Sakinlər bu orqanların köməyi ilə ABŞ-ın Hava Qüvvələri Bazası ilə əlaqə yaradıblar. 

Hadisə bağlı əməliyyat – araşdırma qrupu yaradan Cess Marsel bu materialların Yer kürəsi xaricindən gəlmiş ola biləcəyi ehtimalını irəli sürən ilk adam olub. 

Eyni ildə daha bir maraqlı hadisə baş verdi. 24 iyun tarixində Kenned Arnold adlı bir sakin “səhvən” bir göl üzərində uçan dairəvi formali nəsnələr gördüyünü iddia edib. Və beləliklə də Arnold yeni bir əfsanənin başlanğıcını qoyub. 

Yad Planetliler Haqqinda Melumat

Amerika Ordusu o dövrdə sürətlə yayılan bu xəbəri əvvəlcə təsdiq edib. Ancaq sonra bu məlumatların yalan olduğunu bəyan edir. Onlar uçan obyektlərin UFO deyil, meteoroloji şar olduğunu bəyan edib. 

Lakin hadisənon tarixi tamamilə fərqli imiş. Bugün də  insanların marağında olan aktuallığını itirməyən yadplanetlilər əfsanəsi və ona aid fotolar 1995-ci ildə yayımlanan bir televiziya proqramının planladığı oyun imiş. 

Həmin proqram o dövrdə sürətlə yayılan əfsanələrin məhşurluğundan istifadə edib bele bir yola əl atıb. 

Amma hələ də çox insan onların varlığına inanır. Bəlkə də yadplanetlilər həqiqətən var. 

Yad planetliler haqqinda melumat və hələ də dəqiq fikir demək mümkün deyil. Yad planetlilərə uyğun müxtəlif filmlər çəkilib, sənədli araşdırmalar aparılsa da, hələ də onların kimliyi və texnologiyası haqqında dəqiq fikir yoxdur. 

Psixologiyabın təməl adlanındam olan Yunqun fikrinə görə yad planetlilər bizim olmasını istədiyimiz varlıqlardır. Yəni ki onlar bizim təhtəlşüurumuzun məhsuldur,yaşananlar isə insanların yaratdığı düşüncə formalarıdır. 

Başqa bir fikirə görə isə yad planetlilər insanların sosial baxışlarının və daima pisə gedən dünyada sanki qurtarıcı varlıqlar kimi yaradılan düşünənin məhsullarıdır. Bura insanların qorxu və ümidləro də daxildir. 

Yad planetlilər haqqinda belə də bir ehtimal var. Yad planetlilər təbiətin bizə bir oyunudur. Yəni onlar atmosferin gələ də öyrənə bilmədiyimiz özəllikləridir. Məsələn, zəlzələ bölgələrin də işıq plazmalarının yarandığı bilinir və onlar doğrudan da müəyyən şeyləri əks etdirir. 

Amerika Milli Aeornavtika və Kosmik idarəsinin (NASA)  Ağıllı Sistemlər Bölməsində işləyən alim Silvana P. Kolumbano kosmosda ağıllı həyat formalarının artıq Yer üzünü ziyarət etdiyini iddia edib. 

Kolombano “Əcnəbi Zəkanın Dekodlaşdırılması” konfransında əsərlərini təqdim edərək, bu son dərəcə “kiçik və ağıllı varlıqların” insan texnologiyasından çox kənara çıxdığını və hətta ulduzlararası səyahətə də yiyələndiyini qiymətləndirdi. 

Kolombano sivilizasiyamızdakı texnoloji inkişafın təxminən 10 min il əvvəl başladığını və elmi metodların yüksəlməsinin yalnız son 500 ildə müşahidə olunduğunu nəzərə alaraq, texnoloji inkişafın yaxın min il üçün belə proqnazlaşdırılmasının mümkün olmadığını söylədi. 

Yad planetliler haqqinda yeni iddialar. 

Marsda olan “Curiosity” robotunun çəkdiyi görüntülər mütəxəssislərin diqqətini çəkib. Həmin fotolarda görünən işığın, uçan naməlum obyektə aid olduğu deyilsə də, bəzi mütəxəssislər bunu təkzib edib. NASA səlahiyyətlisi Justin Maki isə bildirib ki, bu tipli görüntürlə, hər həftə qarşılaşırlar. Ancaq şəkildə görünən işığın nece yaranması barədə məlumat yoxdur. 

Azərbaycanda yad planetlilər haqqında elmin heş bir sahəsi məşğul olmur. Bizdə yalnız dünyaca məşhur mənbələrə istinad edilib məlumatlar paylaşılır. 
Yad planetlilər barədə alimlərin də fikiri fərqlidir. Bəzi alimlər yadplanetlilərin mövcuddluğunu inkar etməsədə, bəziləri bunu tamamilə təkzib edir.

Oxşar Məqalələr:
➡️ Planetlər Haqqında Məlumatlar
➡️ Sirli Bermud Üçbucağı Haqqında

6 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button