Maraqli Faktlar

Gunes sisteminin planetleri 🌍

Gunes sisteminin planetleri haqqında danışmazdan əvvəl Günəş sistemi nədir bu haqda məlumat verək.

Gunes sistemi  qalaktika adlanan ulduzlar sisteminin toplanmasında təşkil olunmuş “Süd yolu” nun bir hissəsidir. Gunes sisteminin mərkəzində onun ən böyük obyekti olan Gunes yerləşir. O, qızmar kürəşəkilli ulduzdur. Məhz onun güclü cazibə və planetlərin hərəkətini idarəetmə qüvvəsi nəticəsində Gunes sistemi mövcuddur.

Gunes sisteminə Gunes, ətrafında fırlanan böyük planetlər və onların peykləri, kiçik planetler( asteroid lər), çoxlu sayda kometlər, meteroitlər, xırda hissəciklər (meteorlar, kosmik tozlar) kimi fəza cisimləri daxildir. Gunes sisteminin kütləsinin 98,0%-ni Gunes təşkil edir.

Bütün böyük planetlər, bu planetlərin peyklərinin əksəriyyəti Gunes ətrafında eyni istiqamətdə, demək olar ki, dairəvi orbit üzrə, ekliptika müstəvisinə az meyilli hərəkət edir. Bütün planetlər öz oxu ətrafında fırlanır, lakin fırlanma dövrləri müxtəlifdir. Kiçik planetlər də böyük planetlərlə eyni istiqamətdə hərəkət edir, lakin onların orbiti daha çox dartılmışdır, bir-birinə görə meyillidir. 

Gunes sisteminin planetleri

Gunes sisteminin planetleri və onların peykləri 

Gunes sisteminin tərkibinə planetlər və onların 67 peyki daxildir. Planetlər (yun.planetos-azmış)-Gunesin ətrafında fırlanan və Gunes işığının əks olunması ilə işıqlanan kürə formasında böyük səma cisimləridir. Gunes sisteminə hazırda 8 böyük planet daxildir. (son vaxtlara qədər Pluton da planetlər sırasına daxil idi). Bu göy cisimləri Gunesdən olan məsafəsində, onun ətrafında fırlanma sürətinə, sıxlığını, ölçüsünə və kütləsinə görə bir-birindən fərqlənir. Onlar ölçülərinə və fiziki əlamətlərinə görə 2 qrupa ayrılır:

Reklama klikləyin.

1.Yer qrupu planetləri

Yer qrupu planetlərin Merkuri, Venera, Yer və Mars  aiddir. Bu qrupa daxil olan planetlərin sıxlığı çox, kütləsi az, ölçüləri kiçikdir, ağır elementlərdən ibarətdir,Gunesə yaxın yerləşirlər,onun ətrafında az müddətə dövr edirlər. Onlara daxili planetlər də deyilir. 

2.Yupiter qrupu

Yupiter qrupu planetlərinə Yupiter, Saturn, İran, Neptune daxildir. Onlar başlıca olaraq hidrogendən ibarət nəhəng qaz cisimləridir və sürətlə fırlanması ilə fərqlənir, sıxlığı az, kütləsi çox, ölçüləri böyükdür. Gunesdən uzaqda yerləşirlər, onun ətrafında fırlanma müddəti çoxdur. Onlara xarici planetlər də deyilir. 

Peyk nedir?

Peyk planetlərin cazibə təsiri altında onun ətrafında dövr edən təbii və süni səma cisimləridir. Yerin 1,Marsın 2, Yupiterin 16,Saturnun 23,Uranın 17,Neptunun isə 8 peyki vardır.

Planetlər ⬇️

Merkuri – Gunesə ən yaxın planetdir. Gunes şüalarının altında səhər və Gunes batdıqdan sonra parlayan nöqte kimi görmək olur. 

Venera – Ekvator müstəvisinin orbit müstəvisinə meyli 2°-dir. Bu səbəbdən planetdə fəsillər dəyişmir. 

Yer – Venera və Mars planetləri arasında yerləşir. O günəşdəm uzaqlığına görə üçüncü yerdədir. 

Mars – qırmızı planetdir. Yerdən qırmızı-narıncı rəngdə görünür. 

Yupiter –  Gunes sistemində ən çox kütləyə malik olan planetdir. Onun kütləsi bütün planetlərin birlikdə götürülən kütləsindən iki dəfə çoxdur. 

Saturn – Gunes sisteminə daxil olan planetlər arasında peyklərinin sayının çoxluğuna görə fərqlənir. Ekvator yaxınlığında olan geniş və yastı həlqələr Saturnun digər planetlərdən fərqləndirir. 

Uran – Yupiter və Saturn dan sonra Gunes sisteminin üçüncü böyük planetidir. Göy – yaşıl rəngdə görünür. 

Neptun – mavi planetdir. Atmosferi hidrogen – heliumdan ibarətdir, çoxlu çetan olduğuna görə Urana nisbətən daha göy rəngdə görünü

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button