Planetler Haqqinda Melumat✅

Planetlər haqqında məlumat hər kəsin son zamanlar maraq dairəsindədir. Bizdə bunun üçün sizə ümumi bir mövzu haqqında məqalə yazmağa qərar verdik. Buyurub oxuyun.

Günəş sisteminə 8 böyük planet və təxminən 2300 kiçik planet daxildir. 2006 cı ilə qədər   Pluton da planetlər sırasına daxil idi. 2006 cı ildə Beynəlxalq Astranomiya  İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarılıb, kiçik planetlər sırasına daxil edilib. Planetlər Günəş ətrafında cazibə qüvvəsinin təsiri ilə fırlanır. Or itləri elliptikdir, hərəkətləri Kepler qanununa tabedir. 

Günəşdən uzaqlığına görə planetlər ardıcıl olaraq Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran, Neptundur. 

Yer planetindən başqa digərlərinin adının mənşəyi Yunan və Roma mifologiyasında tanrılardır. 

Planetlər 2 yerə ayrılır:

  • Daxili planetlər – Merkuri, Venera, Yer, Mars. (bunlara Yer qrupu planetlər də deyilir). 
  • Xarici planetlər – Yupiter, Saturn, Uran, Neptun( nəhəng planetlər qrupu)

Planetlər haqqinda melumat üçün yazını oxumağa davam edin. Bundan başqa digər Günəş sistemi planetləri məqaləmizidə oxuya bilərsiniz.

1️⃣ Merkuri Planeti haqqında

Günəşə ən yaxın planet Merkuridir. Planet öz oxu ətrafında yavaş fırlanır,ekvator müstəvisinin orbit müstəvisinə meyli 7°-dir.onun həmişə bir tərəfi Günəşə tərəf çevrilmiş olur. Merkurinin atmosferi çox seyrəkdir,qaz tərkibi helium dan ibarətdir. Burada yüksək temperatur suyun olmasına imkan vermir. Merkurinin səthində müxtəlif ölçülü çoxsaylı meteroit kraterləri vardır. 

2️⃣ Venera Planeti

Burada fəsillər dəyişmir. Oxu ətrafında şərqdən qərbə (Günəş ətrafında fırlanma istiqamətinin əksinə) dövr edir. Burada sutkanın uzunluğu 116,8 Yer sutkasına bərabərdir. Veneranın işıqlanmayan tərəfi həmişə Yerə tərəf çevrilir. 

Venera səmada ən aydın obyekt olmaqla, Yerə an yaxın planetdir. Günəşə yaxın olduğuna və atmosfer təbəqəsinin tərkibinə görə o çox qızır. Atmosfer təzyiqi Yerdən 90 dəfə çoxdur. Onun səthində çoxlu fəaliyyətdə olan vulkanlar, onların nəticəsində yaranmış relyef formaları, hamarlanmış ərazilər vardır. Düzənlikər lava qatı ilə örtülüdür. 

Venera ya Dan ulduzu, Şərq ölkələrində Zöhrə də deyilir. Ona qədim Romanın gözəllik və Məhəbbət Allahının adı verilmişdir. 

3️⃣ Yer Planeti

Venera və Mars planetləri arasında yerləşir. Yer Günəşdən uzaqlığına görə üçüncü planetdir. Yer planetindən başqa planetdə həyat tapılmayıb. Yer planeti haqqında çox yazmağa ehtiyac yoxdur yəqinki. 

4️⃣ Mars planeti haqqında

Mars qırmızı planetdir. Planet üçün atmosferin, buludların, qütblərdə “buz papaqlar” ının, səthinə qaranlıq sahələrin olması səciyyəvidir. Onun qütb sahələrində karbon qazının donması nəticəsində yaranan örtükləri ( “ağ papaqlar”) sarı rəngli toz buludları yaradır. Onlar planetin yerdən görünməsinə mane olur. Yalnız ekvator üzərində yayda temperatur 0°dən yuxarı qalxır. Mars planetində qütblərdə və buludlarda buz kristalları halında su müəyyən edilmişdir. Mars – da kraterlər vardır. Vulkanların fəaliyyəti indi də davam edir. Burada olan dağlar 11-13 km-ə dək yüksəlir. 

Planetin səthində olan açıq qırmızı sahələr “materiklər” adlanır. Onun üzərindəki “dənizlər” isə tünd qırmızı rəngdə görünür. Dənizlər qumlu səhralardır,materiklər isə yaylalara uyğun gəlir. 

Marsın oxunun mailliyi fəsilləri əmələ gətirir. Mars planeti Günəş sistemində bilinən ən hündür ikinci(planetdə ən hündür birinci) dağ-Olimp dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. 

Yerdən qırmızı göründüyünə görə ona  Qədim Yunan əfsanələrinin Müharibə Allahının adı verilmişdir. Demos və Fobos Marsın təbii peykləridir. Peykləri 1877-ci ildə A. Xoll kəşf etmişdir. 

5️⃣ Yupiter Planeti haqqında

Yupiterin kütləsi bütün planetlərin birlikdə götürülən kütləsindən iki dəfə çoxdur. Fırlanma oxu orbit müstəvisinə perpendikulyardır. 

Yupiteri Günəşlə qarşıdurma zamanı səmada adi gözlə sarı rəngli ulduz kimi görmək olur. Çünki, Yupiter Günəş şüalarını əks etdirərək ona sarı rəng verir. Planet müşahidə edilərkən qaz təbəqəsi kimi görünür. Onun səthində olan atmosfer hidrogen, ammonyak, metan, helium qazlarından ibarətdir. Onun səthində temperatur – 170°C-210°C arasında olur. 

Yupiterin 16 peyki var. Yupiter Qədim Yunan əfsanələrində və dinində Baş Allahın adıdır. Ona, həmçinin göy gurultusu və ildırım Allahı kimi də sitayiş edirlər. 

6️⃣ Saturn Planeti

Saturn planetlər arasında peyklərinin sayının çoxluğu ilə fərqlənir. 23 peyki var. Ekvatoru yaxınlığında olan geniş və yastı həlqələr Saturnu digər planetlərdən fərqləndirir. Onlar müxtəlif ölçülü buz kristalları Dan və buzla örtülmüş meteorit kütlələrindən ibarətdir. Həlqələr işığı əks etdirdiyinə görə Saturn gecə səmada daha parlaq görünür. 

Temperatur – 145°C-dir. Saturnu teleskopla müşahidə etdikdə onun üzərində ekvator a paralel tünd və açıq rəngli ərazilər görünür. 

O, Qədim Roma dini və əfsanələrindəki Səpin Allahının adını daşıyır. 

7️⃣ Uran planeti

Yupiter və Saturndan sonra üçüncü böyük planetdir. Onun sıx atmosferinin tərkibində olan hidrogen və helioma metan da qarışır. Ona görə də göy-yaşıl görünür. Səthində temperatur – 220°C-dir. Onun ekvatoru orbit müstəvisi ilə 98° bucaq əmələ gətirir. Bu əlamətlərinə görə Uran başqa planetlərdən fərqlənir. Onun fırlanma oxu orbit müstəvisinə paraleldir. 

O, Yerə nisbətən Günəşdən 370 dəfə az işıqlanır. Uran 1781ci – ildə ingilis astronomu U. Herşel tərəfindən kəşf edilmişdir. 

8️⃣ Neptun planeti

Neptun mavi planetdir. Atmosferi hidrogen heliumdan ibarətdir. Planeti 1846cı – ildə alman astranomu İ. Halle kəşf etmişdir. Neptunun 8 peyki var, ekvatorunun orbit müstəvisinə meyilliyi 29°-dir. Onun üzərinə düşən Günəş şüalarının 83%-i ətrafa yayılır.

Səthində orta temperatur – 160°C-yə qədər aşağı düşür.

Neptun Qədim Yunan əfsanələrində Bulaqlar və Çaylar Allahının adıdır.

Planetler haqqinda melumat əldə etmək üçün saytımızn digər səhifələrinədə keçid edə bilərsiniz. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button