Xəbər saytları siyahısı

Xəbər saytları hərgün bizə lazım olan yeni və maraqlı informasiyaları əldə etdiyimiz portallardır. Ölkəmizdə və dünyadan xəbər tutmaq üçün daima bu saytları izləməli və yeniliklərdən xəbər tutmalıyıq.

Bu məqalədə sizə yardımcı olacaq xəbər saytlarından daha doğrusu ən aparıcı və dəqiq məlumatlar verən saytlardan yazacam. Çünki bugün nə qədər çox xəbər saytları olmuş olsada onların hamısı heçdə doğru, dəqiq məlumatlar yazmır.Çoxları məlumat xarakterli olmaqdansa sadəcə olaraq reytinq və baxış üçün işləyir. Sadəcə izləyici çox olsun məlumatən dəqiqliyi o qədər də əhəmiyyət kəsb eləmir. Amma təbii ki dəqiq, və son xəbərləri yazan saytlarimizda var. 

Xeber saytlari adətən iqtisadiyyat, təhsil, mədəniyyət, idman, siyasi və s.bölmələrdən ibarət olur. 

Ən yaxşı yerli xəbər saytları

Bugün daha çox izləyicili və ən son xəbərləri verən saytlar aşağıdakılardır. 

  • Lent.az – Azərbaycanin əsas xəbər saytlarından biri  deyə bilərik. Daha çox siyasi və iqtisadi xəbərlər üçün sayta girilsə də sayt daxili maqazin, idman, yazarlar, sağlam qida, sosial və mədəniyyət bölmələri var. 

  • Report.az – Azərbaycanın aparıcı xəbər saytı. Siz ən dəqiq və son siyasi xəbərləri və gündəmi buradan izləyə bilərsiniz. Saytın analtika və multimedia bölmələrində gündəm olan mövzular barədə məlumat ala və sosial sorğulara, gündəm mövzularına olan şərhlərə baxa bilərsiniz. 

  • Milli.az–  Azərbaycanın portalı. Ölkənin və dünyanin son xəbərləri haqda buradan məlumat almaq olar. Ən son xəbərləri saytın Top xəbərlər bölməsindən oxuya bilərsiniz. Saytda həmçinin maraqlı gələ biləcək – kriminal, şou-biznes, və maraqli xəbərlər bölməsi var. Saytin maraqlı xəbərlər bölməsində siz sağlamlıq, özünə qulluq, faydalı bitki və qidalar, koronovirusdan qorunmağın yolları və digər sizə çox maraqlı gələcək məqalələr oxuya bilərsiniz. 

  • Oxu.az – Bütün xəbərlər. Siz burada siyasi, iqtisadi xəbərlər yanaşı saytın cəmiyyət, müharibə, avto-moto, ikt bölmələrinə nəzər etseniz çox maraqlı məqalələr oxuyacaqsınız. Turizm bölməsində ən son turizm xəbərləri, reyslər barədə, cinema Plus bölməsində yeni gələn filmlər və yaxudda kino ilə bağli son xəbərləri oxuya bilərsiniz. Həmçinin burada sizə maraqlı gələcək bakutv və müsahibə bölmələridə var. 

  • BBC NEWS – Azərbaycanca öz səhifəsində Azərbaycan və dünyadan son xəbərləri çatdirir. Saytın dərgi bölməsində sizə çox maraqlı gələcək məqalələr var. 

  • Marja.az– Azərbaycanin ən çox oxunan iqtisadi xəbər saytıdır. Marja.az in xəbər lenti bölməsində son gündəlik, siyasi xəbərlərlə yanaşı saytin inşaat və əmlak, valyuta, qiymət,  bank&kredit, maliyyə bölmələrində siz kredit, məzənnə və yaxud son bank xəbərləri haqda məlumat ala bilərsiniz

  • Inter.az – Rusiyanın ilk azərbaycandilli telekanali. Rusiyada yerləşən Azərbaycanda da yayımlanan kanalin interaztv.com sayti fəaliyyət göstərir. Saytda siyasi, iqtisadiyyat, cəmiyyət, idman və dünya xəbərləri var. Həmçinin saytin video və fotolent bölməsində maraqlı gündəm mövzular haqda məlumatlar var. 

Oxşar yazılar:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button