Dizayn proqramları və onlayn dizayn saytları

Dizayn proqramları istifadəsinə görə peşəkarqeyri-peşəkarlar üçün iki hissəyə ayrılır. Əgər siz peşəkar olaraq bu işlə məşğul olmaq istəyirsinizsə məşhur və lisenziya tələb edən proqramlari yükləyərək işləməlisiniz. Yox əgər bizim kimi sadəcə sayt üçün şəkillər və postlar üçün lazımdırsa bunun üçün isə online dizayn proqramalri sizin əsl yardımcınız olacaq.
Bu işləri əlbbətdəki Photoshop kimi alətlərlə də edə bilərsiniz, amma vaxt və təcrübəsizlik baxımında sadə işlərinizi online proqramlarla etməyiniz daha məsləhətdir.

➡️ Peşəkarlar üçün dizayn proqramları

  1. PhotoShop
  2. GIMP
  3. Illustrator
  4. Inkscape
  5. CorelDraw
  6. Adobe InDesign və s.

Yuxarıda göstərilən proqramlari yükləyərək istədiyiniz şəkillər üzərində işləyə bilər və möhtəşəm görüntülər yarada bilərsiniz. Bunlar hər bir dizaynerin istifadə etdiyi məşhur proqramlarıdır. Əgər məqsədiniz bu sahədə inkişaf etməkdirsə sizdə bu proramları yükləyərək öyrənə bilərsiniz. Bu alətlərlə işləmək biraz çətin olduğu üçün sizə öz işlərinizi daha sadə onlayn alətlərlə etməyi məsləhət görürürük.

➡️ Online dizayn proqramlari

Bir çox online dizayn proqramlari ilə işinizi sadələşdirim çox yaxşı şəkillər əldə edə bilərsiniz. Məsələn instaqram, facebook və digər sosial şəbəkələr üçün şəkil hazırlamaq istəsəniz aşağdaki saytlardan istifadə etməyiniz məsləhətdir.

Canva dizayn proqramı

Bu sayta daxil olaraq istədiyiniz hazır sosial media, CV, poster, layer təqdimat dizaynlarini özünüzləşdirə və istifadə edə bilərsiniz. Canva.com istifadəçi baxımındanda çox rahat və pulsuzdur. Dünyada bir çox böyük şirkət cv kiçik bizneslərində dizayn işləri bu sayt vasitəsiylə hazırlanmaqdadır.

dizayn proqramlari Canva istifadəsi
Canva saytının görünüşü

Photopea onlayn dizayn proqrami

Online olaraq Photoshop alternativi olan çox sayt mövcuddur. Lakin bunlardan mənim ən çox istifadə etdiyim və funksiyaları daha rahat olan Photopea.com-dur. Bu sayt vasitəsi ilə eyni peşəkar alətlərdəki kimi işlərinizi görə bilər və şəkili keyfiyyətli əldə edə bilərsiniz.

dizayn proqrami photoea

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button