Tarixi Faktlar ✅

Yaşadığımız bu gün sabahın tarixidir. Yaşanan bütün hadisələr tarixdə öz əksini tapır. Tarixində bilinən və bilinməyən tərəfləri var. Tarix yalnız bizim tarix dərsində öyrəndiklərimizdən ibarət deyil. Tarixdə yaşanan çox hadisə dərsliklərdə yazılmaz. Elə tarixi faktlar, hadisələr varli onu bunu yalnız sırf tarixlə maraqlanan şəxslər araşdırıb öyrənə bilər. Bizim öyrəndiklərimiz sadəcə tarixin görünən üzüdür. Aşağıdakı faktlar isə sizin üçün yeni ola bilər.

1️⃣ İngiltərə tarixinin önəmli krallarından biri olan VIII Henri tarixdə “Ballı burun Kral” ləqəbi ilə qalmışdı. Bunun səbəbi isə odu ki, onun dövründə xəzinədə vəsait az olduğundan o gümüş sikkələr yerinə, gümüşlə örtülü sikkələr buraxmışdı. Sikkələrin istifadəsi zamanı gümüş örtük sürtülürdü və sikkələrin bürüncdən olduğu görünürdü. Sikkələrin üstündə isə kralın anfas portreti vardı. Portretin ən böyük hissəsi isə kralın burnu idi. Gümüş də ən çox burun hissəsindən sürtülürdü. 

2️⃣ Napaleo Bonabartı hamımız yaxşı tanıyırıq. Onun dünya fatehi olduğunu da söyləmək olar. Amma heçkim inanmaz ki Napaleon kimi sərkərdə Fransa üçün önəmli olan Vaterloo döyüşündə yatıb qalmışdı. Bəli bu bir tarixi faktdır. Bunun səbəbi isə odu ki Napaleon hemoroydan əziyyət çəkirdi və o siptomatik müalicə alırdı. Ona ağrı kəsici verilirdi və bu dərman da ona yuxu gətirirdi. Napaleon döyüşdən əvvəl yatır və heçkim döyüşün kritik anına qədər onu oyatmağa cürət etməzdi. 

3️⃣ İngiltərə və Fransa arasında olan “100 illik müharibə” əslində 116 il davam elemişdi. 

4️⃣ Heroin XX əsrdə öskürək dərmanı kimi istifadə olunurdu. 

5️⃣ Aşağıdakı şəkillərə baxın. Necə də gözəl şəkillərdi eləmi? Şəkillərə baxdıqca rəssam haqqında necedə “yaradıcı” ,”əlləri qızıl” və yaxud digər gözəl insani keyfiyyətlərə malik biri kimi təsəvvür edirik. Ama bu şəkillərin müəllifi hamımızın yaxşı tanıdğı, tarixin qəddar şəxslərindən biri olan Adolf Hitlerdi. 

6️⃣ İnsan bədənində ən yüksək temperatur 1980 ci ildə qeydə alınıb. 46,5 dərəcə. Temperatur Vaşinqton ştatında  Ulli Cons adlı şəxsdə qeydə alınıb. Xəstə sağ qalıb və 24 saat sonra xəstəxanadan evə buraxılıb. 

7️⃣ Çox insan yəqinki ” doktor” kolpasalarını sevir. Kolpasanın adının belə adlandırılması Stalinin adı ilə bağlıdır. Bu kolpasalar Stalinin əmri ilə  1ci Dünya müharibəsində, çar zülmünə qarşı döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar üçün xüsusi hazırlanıb. 

8️⃣ Bu şəkil isə tarixdə çəkilmiş ilk şəklidir. Şəkil 1938ci ilə aiddir. 

tarixi faklar - tarixde cekilmis ilk sekil

9️⃣ NASA – nın 1995 ci ilin oktyabrda kosmosda yetişdirdiyi ilk bitki kartof olmuşdur. 

🔟 1942 ci-ildə  “Bambi” cizgi filmi çıxdıqdan sonra ovçuların sayı 50% azalmışdır. Bu hadisə “Bambi” effekti kimi tarixə keçmişdir. 

11) Hindistan tarix boyu heç bir ölkəni işğal etməmişdir. 

12) Səhraya qar yağmağını eşitmisiniz? Saxara səhrasına qar 1879 cu il 18 fevralda yağıb. 

13) Heçbir ölkədə sol əllə hərbi salam verilmir. 

14) Tarixdə ilk beynəlxalq müqavilə eramızdan əvvəl Misirlə Het tayfaları arasında olmuşdur. 

15) Konfutsi ömrünün çox hissəsini siyasətlə keçirmiş,şəhər hakimi vəzifəsində işləmişdir. 

16) Qədim Yunanıstanda tibbin inkişaf etmədiyi dövrdə narkoz əvəzinə elektrik skatı balığından istifadə edirdilər. Anesteziyanın olmadığı vaxtlarda əməliyyat və doğuş zamanı balıqdan keyidici kimi istifadə edirdilər. Balığın quyruğundakı elektrik cərəyanı ilə xəstəni şoka salıb, bayıltdıqdan sonra əməliyyata davam edərdilər. 

17) Tarixin ən uzun müharibəsi Hollandiya ilə Scilly Adaları arasında yaşandı. 335 il çəkdi. Nəhayət, sülh müqaviləsi imzalandı. (1651-1986)

18) Tarixin ən qısa müharibəsi 1896-cı ildə İngiltərə ilə Zanzibar arasında baş verdi. 38 dəqiqə davam etdi və İngiltərənin qələbəsi ilə nəticələndi.

19) Albert Einşteynə İsrail tarixinin 2-ci prezidenti olmaq təklif edildi, lakin Einstein bu təklifi rədd etdi.

20) Napoleona ac dovşan sürüsü hücum etdi. Dovşanlar sevimli papaqdakı kişinin onları bəsləyəcəyini düşünürdülər.

21) II Dünya Müharibəsində Müttəfiq qüvvələrin Berlinə ilk bombası Berlin zooparkındakı yeganə fili öldürdü.

Ən maraqlı tarixi faktlar sizin üçün bir araya topladıq. Sizdə bildiyiniz faktları aşağıdan rəy hissədindən bizimlə bölüşə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button