İELTS nədir və ən yaxşı IELTS kursları hansılardır.

IELTS ( International English Languange Test System ) – dünyanın çox ölkəsində tanınan beynəlxalq ingilis dili bacarıq testidir. Bu test vasitəsiylə siz öz ingilis dili bacarığınızı istədiyiniz təşkilata sübut edə bilərsiniz. Yüksək IELTS balına malik olmaq sizə öz karyera və təhsilinizdə çox müsbət təsir edəcək. Bu nəticələr sizi digərlərindən nə qədər daha yaxşı və ya pis ingilis dili bacarığına sahib olacağınza və yüksəkdirsə digərlərinin arasından daha tez seçiləcəyinizin zəmanətidir.
Xüsusiylə xaricdə təhsil almaq məqsədiniz varsa, bu imtahan sizin üçün çox vacibidir.

İELTS nədir və İELTS Haqqinda nələr bilməliyik?

Dünyanın 10.000-dən çox şirkət və quruluşları bu imtahanın nəticələrinə güvənərək işçi, tələbə və digər pozisiyalar üzrə seçimlər edirlər. Hökümət təşkilatları, xarici qurumlar, xarici universitetlər, şirkətlər hər biri bu imtahana və onun nəticələrinə xüsusi diqqət yetirirlər. Məqsədləriniz arasında yuxarıda sadaladıqlarımdan varsa demək ki, siz də bu imthan üçün hazırlaşmağa başlamalısız.

İELTS imtahani necə keçirilir?

Imtahan akademik ingilis dili olaraq 4 hissədən ibarət olaraq keçirilir.

  • Listening – 4 bölüm, 40 sual, 30 dəqiqə
  • Writing – 2 ədəd yazma, 60 dəqiqə
  • Speaking – danışmaq, 15 dəqiqə
  • Reading – 3 bölmə, 40 sual, 60 dəqiqə

Bu bölmələrin hər biri xüsusi imtahan götürülərək qiymətləndirilir. Yekun nəticə isə hər birinin qiymətinin toplanaraq və ortaq ədədi əldə edərək alınır. Bunun üçündə hər birinə xüsusi diqqətlə yanaşmalı və ümumi balınızın yüksəlməsi üçün daha çox nəticə əldə etməlisiniz.

IELTS imtahani nəticələri də bu bölmələrdən çıxan ümumi cavabların ortalaması ilə hesablanır. Bu imtahan cavabları maksimum 9 balla dəyərləndirilir. Sİzin +6 bal yığmağınız demək olar ki, istədiklərinizə nail olmağa qismən yetərli ola bilər.

Bəs imthana necə hazırlaşaq? Hansı IELTS kursu daha yaxşıdır?
Bu imtahana hazırlaşmaq üçün əsasən akademik ingilis dili dərsliklərindən istifadə olunur. Hər bir tələbə özünə uyğun bir qrafika üzrə çalışaraq daha yaxşı nəticələr əldə edə bilir. Bunu deməkdə məqsəd sizin nə qədər bal yığmağınız sizin necə və nə qədər çalışmanızdan aslı olduğunu bilməyiniz üçündür.
Fərdi hazırlaşaraq yüksək bal yığmaq da mümkündür, IELTS kurslari ilə hazırlaşıb nəticələr əldə etməkdə. Fərdi hazırlaşarkən nəyə diqqət etməlisiz onu növbəti yazımızda daha ətrafı qeyd edəcəyik. İndi isə ən yaxşı kursu necə seçməlisiniz bu haqda danışaq.

İELTS kurslari – Ən yaxşı IELTS kursu necə seçə bilərik?

İELTS kursu seçərkən ən diqqət etməli olacağınız məsələ sizə hansı müəllimin dərs keçəcəyi və hansı dərs materiallarından istifadə ediləcəyi olmalıdır. Əsasən də sizə bu hazırləq müddətində ayıracaqları vaxt önəmlidir ki, hansı ki daha intensiv çalışaraq daha yaxşı nəticələr əldə edə bilərsiniz. Bakıdakı İELTS kurslarının siyahısı bu siyahıdan əldə edə bilərsiniz. Bundan başqa ielts kurslari səhifəmizədə baxa bilərsiniz.

İELTS haqqında ən çox verilən suallar

İELTS kurslari nə qədər müddətdə bizi imtahana tam hazır edə bilərlər ?

IELTS kurslari bu mövzuda sizə qısa müddət vəd edə bilərlər. Lakin bu sizin öz hazırlıq səviyyənizdən aslıdır. Sizin toplamaq istədiyiniz bal yüksəkdirsə, əlbəttə ki bu uzun vaxt ala biləcək. Amma ümumilikdə IELTS hazırlığı üçün təyin olunan vaxt 3-6 ay arasıdır.

Ən yaxşı IELTS kursu necə seçilməlidir?

IELTS kursu seçərkən əsas fikir verməli olacağınız məqam onların bu sahədə necə müddət məşğul olduqları, imtahan havasını sizə yaşatması üçün lazım olan otaq və avadanlıqlarının mövcud olması lazımdır.

IELTS imtahan qiymeti nə qədərdir?

IELTS imtahan qiymeti dəyişkən olduğu üçün Rəsmi IELTS mərkəzlərindən maraqlanmalısnız. İELTS nədir haqqında daha çox məlumatı isə buradan oxuya bilərsiniz.

Digər yazılarımız:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button