Turkiyede tehsil sistemi haqqinda ✅
Türkiyede tehsil sistemi ibtidai, orta tam orta və ali təhsil səviyyələrindən ibarətdir. İlk səviyyə olan 4 illik ibtidai məktəbə 1, 2,3 və 4 cü siniflər daxildir. İkinci səviyyə 4 illik orta məktəbdir. Bura 5,6,7 və 8 ci siniflər daxildir. Üçüncü səviyyə isə 4 illik tam orta məktəbdir. Yəni 9,10,11 və 12 ci sinif. Məktəbəqədər təhsil səviyyəsi də vardır ki, İbtidai, orta və tam orta məktəb səviyyələrindən əlavə, xüsusi təhsilə ehtiyacı olan şəxslər üçün məcburidir.
Türkiyede tehsil sistemi 2 hissədən ibarətdir. Planlı və əyani təhsil.
Planlı təhsil nədir? Planlı təhsil məktəblərdə müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün müvafiq proqramlara tədris edilən sistemli təhsildir. Məktəbəqədər, ibtidai orta və ali təhsili əhatə edir.
Əyani təhsil isə təhsilin hansısa bir mərhələsində ayrı-ayrı fərdlərə maraq və ehtiyacları olan sahədə verilən təhsil növlərinin sistemidir. Əyani təhsil özüdə iki hissədən ibarətdir : ümumi təhsil və texniki peşə təhsili.
Əyani təhsil vətəndaşlara oxumaq, yazmaq öyrətmək, ilkin biliklər vermək, bilik və qabiliyyətlərini inkişaf etdirmək gələcəyini təmin etmək üçün yeni imkanlar qazandırmaq məqsədi ilə verilən məktəbdənxaric təhsildir. Bu təhsil forması xalq təhsili, təcrübə təhsili və qiyabi təhsil yolu ilə keçirilir.
Bu gün Türkiyədə təhsilin ibtidai, orta, peşə və texniki pillələrində kompyuter texnologiyalarından geniş istifadə olunur.
Türkiyədə Təhsil pillələri
Məktəbəqədər təhsil – 3-5 yaşlı uşaqların könüllü təhsilidir. Məktəbəqədər təhsil 3 formada həyata keçirilir: müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri yaxud digər təhsil müəssisələrinin nəzdindəki bağçalar olaraq.
İbtidai təhsil- təhsilin bu pilləsi 4 il davam edir. İbtidai təhsil məcburidir. Bu pillə 6-14 yaşlı uşaqları əhatə edir. Əvvəlcə uşaqlar 3 aylıq hazırlıq müddətinə qəbul olunur. İkninci sinifdən etibarən isə ingilis dili,dördüncü sinifdən isə Din mədəniyyəti və Əxlaq bilgisi fənnləri məcburi tədris edilir. İbtidai təhsilin başlıca vəzifəsi şagirdlərin maraq, bacarıq vı qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlamaqdır.
Orta təhsil – orta təhsil müddəti 4 ildir. Ümumi, peşə və texniki orta təhsil müəssisələrindən ibarətdir. Orta təhsilin məqsədi şagirdlərə peşə və bacarıqlara istiqamətlənən təhsil verməkdir. Şagirdləri həm ali təhsilə, həm peşəyə,həm də müstəqil həyata hazırlamaqdır.
Orta təhsil müxtəlif proqramlarla tədris olunur. Şagirdlər öz istəklərinə görə bu proqramlardan birini seçib, ümumi liseylərdə, incəsənət liseylərində və çox proqramlı liseylərdə təhsil ala bilərlər.
Peşə və texniki orta təhsil-şagirdlərə əmək qabiliyyəti və vərdişləri verən, ali təhsilə hazırlayan təhsil müəssisələridir.
Özəl təhsil və tədris- özəl təhsilin məqsədi qüsurlu uşaqların təhsilə cəlb olunması və onların müəyyən peşələrə yiyələnməsinə kömək etməkdir. Özəl təhsildə uşaqların qüsurlarına uyğun olaraq xüsusi tədris proqramlarından istifadə olunur. Özəl təhsil müəssisələri Milli Təhsil Nazirliyinin nəzarəti altında fəaliyyət göstərir.
Ali təhsil – Türkiyədə ali təhsilin müddəti minumum iki ildir. Ali təhsilin məqsədi orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin etməkdir. Ali təhsil müəssisələri siyahısına universitetlər, inustutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir.
Türkiyənin ali təhsil müəssisələrinə həm Avropa ölkələrindən həm də Azərbaycandan axın çoxdur. Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycanlı tələbələrin sayı gündən günə artmaqdadır.
Türkiyə universitetlərində Lisans və Önlisans deyilən təhsil sistemidə var. Önlisans təhsil sistemi iki illikdir. Yarımbakalavr deməkdir. Azərbaycanda belə təhsil sistemi yoxdur. Elə kolleclər var ki yarıbakalavr diplomu verir. Azərbaycanda kollec diplomu olan tələbələr isə universitetə sənəd verərkən universiteti yenidən 4 il oxuyur. Ancaq Türkiyədə isə Önlisans (yarı bakalavr) bitirən tələbələr yenidən universitetə müraciət edəndə Lisans tamamlama adlanan təhsil alaraq 2 ilə universiteti bitirə bilir. Bakalavr təhsili ancaq 11 ci sinifin attestatı ilə ya da (Önlisans) Subbakalavr diplomu ilə mümkün olur.