Texnologiya

Hostinq nədir? Veb hostinq nə üçün lazımdır?

Hostinq nədir? Veb hostinq nə deməkdir? bu suallar hər bir yeni sayt qurmaq istəyən adamların ilk araşdırmalı olduğu məsələlərdəndir. Hər bir veb saytı olan şəxs üçün hostinq seçimi çox önəmlidir. Çünki məlumat və fayllarınızın saxlanıldığı bu yerlər həm təhlükəsiz, həm sürətli, həm də etibarlı olaraq seçilməlidir.

Hostinq nədir və qısa izahı

Düşünün niyə biz sənədlərimizi kompüterimizin daxili yaddaşında saxlayırıq? Çünki istədiyimiz vaxt bu məlumatlara, şəkillərə, sənədlərə buradan rahatca baxa bilirik. Bir veb sayt isə bu sənədlərə çox oxşayır və onu saxlamağımız üçün bir kompüterə ehtiyacımız var. Aradakı fərq isə sadədəri, veb saytı saxladığımız kompüter hər zaman açıq olmalıdır ki, biz və bizim istifadəçilərimizdə hər zaman oradan rahat istifadə edə bilsinlər.
Kompüterlərdən fərqli olaraq saytımızı saxlamaq üçün daim internetə şəbəkə üzərindən bağlı olan və saxlama həcminə malik cihazlara ehtiyacımız var. Bu cihazların 7/24 dayanmadan işləmə bacarığına malik olması çox önəmlidir. Bu bəhs etdiyimiz cihazlara və komputerlərə isə veb serverlər deyilir.
Hostinq nədir sualının ən qısa və uyğun cavabı da budur: hostinq yuxarıda izah etdiyimiz serverlər vasitəsiylə veb saytınızın saxlanılması üçün sizə göstərilən xidmətdir. Hostinq şirkətləri, veb saytınızın 7 gün, 24 saat saat dünyanın hər yerindən əlçatan olması üçün sizə bu serverlərdə yer verir.

Hostinq haqqında ətraflı məlumatlar:

Hansı hostinq xidməti növləri var?

  • Paylaşlan hostinq – bir serverdə bir neçə saytla birlikdə öz saytınızı yerləşdirmiş olursunuz.
  • VPS hostinq
  • WordPress hostinq – wordpress saytlar üçün uyğunlaşdırılmış bir hostinq növüdür.
  • Dedicated hostinq – sizin saytınıza özəl xüsusi server ayrılmasıdır.
Hosting nedir? Hostinq novleri
Hostinq növləri

Ən uyğun veb hostinq necə seçilir?

Veb hostinq almaq üçün saytınızın necə bir xüsusiyyətə malik olduğunu tam bilməli və sonra seçimə başlamalısınız. Məsələn WordPress ilə qurulacaq bloq saytınız olacaqsa, bunun üçün ona uyğun wordpress hostinq almalısınız. Əgər saytınız digər sahələr uyğundursa yuxarıda göstərilən seçimlərə uyğun olmalıdır.
Digər yandan isə əgər saytınız PHP kodlama dili ilə yazılıbsa Linux hostinq sizin üçün uyğun olacaqdır, ASP kodlama ilə yazılanlar üçün isə Windows hostinq tövsiyyə edilir.

Hostinq xidməti başqa nələr təklif edir?

Hostinq xidməti alarkən sizə lazım olacaq digər xidmətləri də paket daxilində ala bilər və ya əlavə edə bilərsiniz. Məsələn e-poçt xidməti, domen adı, texniki dəstək, yedəkləmə, SSL sertifikatı və s kimi əlavələr ala bilərsiniz.

Hostinq nədir anladınız amma necə istifadə edəcəksiniz?

Hostinq idarəsi üçün kiçik də olsa texniki bacarıqlara malik olmağınız məsləhətdir. Çünki veb sayt faylları üzərində dəyişikliklər etmək istəsəniz bunun üçün əlavə bilgilərə ehtiyacınız ola bilər. Digər yandan bəzi hostinq şirkətləriniz sizə verdiyi asan sayt yaratmaq hissəsindən istifadə edirsinizsə ehtiyac duymaya da bilərsiniz. Hər bir şirkətin özünün sizə xidməti haqqında olan videoları ilə də istədiyiniz əməliyyatları yerinə yetirə bilərsiniz.

edumaster

Hostinq haqqında ən çox verilən suallara qısa cavab:

Hostinq nədir?

Hostinq veb-saytınızın fayllarını saxlayan və internet istifadəçilərinə daxil olmasına imkan verən veb serverdir.

Hostinq xidməti seçərkən nəyə diqqət edək?

Hostinq xidməti seçərkən saytınıza uyğun olan hostinq növünü və ən güvənilir şirkəti seçməlisiniz.

Hostinq almaq üçün hansı şirkətləri məsləhətlidir?

Hostinq almaq üçün serverləri sizin fəaliyyət göstərdiyiniz ölkəyə yaxın olan şirkətləri və daha güvənilir, bu sahədə uzun müddət təcrübəsi olan brendləri seçməlisiniz.

Əlaqəli məqalə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button