Pandemiyadan sonra inkişaf edəcək biznes sahələri

Son 2 ayda dünya üzərində sürətlə yayılan Covid-19 pandemiyası inkişaf etmiş ölkələrin iqtisadiyyatını zəiflətməklə yanaşı biznes sektoruna güclü zərbə vurdu. Pandemiyanın yayılması səbəbilə milyonlarla kiçik və orta sahibkarlıq iflasa uğrayarq fəaliyyətini dayandırdı. 200 ildir ki fəaliyyət göstərən 5684 şirkətdən 2110-nu müflis oldu. Dünya iqtisadiyyatının belə durğunluq dövründə bəzi sahələr var ki, onlar həm pandemiyanın tüğyan etdiyi vaxtlarda-yəni fövqaladə vəziyyətlərdə, həm də pandemiyadan sonra da öz fəaliyyət sahələrini davam etdirəcəklər.

Rəqəmsal Marketinq (digital marketing)

Bildiyimiz kimi, rəqəmsal marketinq artıq 15-20 ildir ki, Avropa və ABŞ-da uğurla sınaqdan keçirilir. Xüsusən xidmət sektorunda fəaliyyət göstərən şirkətlər daha çox rəqəmsallaşmağa meyl göstərirlər. Müştərilərə loyallığın daha da artırılması üçün günün əsas tələbi olan rəqəmsal marketinq böhran və böhrandan sonrada öz çiçəklənmə dövrünü yaşayacaqdır. Bu mövu haqqında daha ətrafı: https://devdoping.az/digital-marketing-nedir/

犀利士 -block-image size-large”>rəqəmsal marketinq
Rəqəmsal marketinq

Online və ya distant təhsil

Pandemiyanın yayılması bir daha sübut etdi ki,insanlar evdən çıxmadan belə dərs ala və ya dərs deyə bilərlər. Artıq dövr dəyişdikcə insanlar daha çox ənənəvi  metoddan distanta doğru yönəlir. Bunun da bir neçə səbəbi var ki, bunlardan biri də vaxt amilidir.

Onlayn təhsil sektoru
Onlayn təhsil

Qida sənayesi

Qida sənayesi istər böhran istərsə də böhrandan sonra öz stabilliyini qorumaqla yanaşı satışlarını daha da artıracaqdır. İnsanların immunitet sisteminin güclənməsi virusa qarşı ən yaxşı mübarizə yoludur ki, bunun üçündə sağlam və təzə(fresh) qidalardan istifadə ediləcəkdir. Həmçinin güclü və sağlam qalmaq üçün daima yaxşı qidalanmaq insanların əsas hədəflərindən biridir ki, bu da qida sənayesinə olan tələbin artımına və satışın yüksəlməsinə gətirəcəkdir.

İçki və şərab sənayesi

Qida sənayesi ilə yanaşı pandemiya dövründə spirt məhsullarına da tələb daha da artmaqdadır.İnsanlar fikirləşirlər ki, gündəlik qəbul etdikləri spirt onları virusa yoluxmaqdan qoruyur.Məhz bu səbəb,həmçinin böhrandan sonra kütləvi şəkildə kafe və restoranlara axının olmasını nəzərə alaraq dünya üzrə içki və şərab sənayesində artım tempi müşahidə ediləcəkdir.

Proqralaşdırma və oyun sektoru

Əvvəlki illərə nisbətən bu sahədə yüksək tələb yaranacaqdır.Bunun da basilica amili insanların daha çox evdə olması,ailələri ilə vaxt keçirməsi və kifayət qədər asudə vaxtlarının olmasıdır.Bu vaxtı daha da dəyərli və əyləncəli keçirmək üçün mütləq dərəcədə oyunlara və əvvəllər kəşf etmədikləri və ya öyrənmək istədikləri proqramları öyrənməyə sərf edəcəklər.Bu səbəbdən bu sahədə artım tempi müşahidə ediləcək.

Geyim sənayesi

Baxmayaraq ki, dünyada Çin məhsullarına olan tələb azalacaqdır, amma ki, ənənəvi olduğu kimi geyim sənayesində xüsusi canlanma baş verəcəkdir. Nəzərə alsaq ki,qarşıdan yay gəlir və insanlar daha çox sadə geyimlərə üstünlük verəcəkdir.Bununla yanaşı insanların uzun müddətə evdə qalması onlarda daha çox vaxtlarının əksər hissəsini çöl şəraitində keçirəcəyini nəzərə alsaq bu sektorda tələbin yüksək olacağını deyə bilərik.

Fitness alətlər satışı

İdman daima insanı sağlam və formada saxlayır. Pandemiyanın 2-ci dalğasının yayılması ehtimalınn olması və bu dəfə də karantin və ya fövqəladə rejimlərin tətbiq edilməsini nəzərə alsaq fitness alətlərin satışında yüksəklik müşahidə ediləcək.Həmçinin pandemiyanın uzun müddətli təsirini nəzərə alaraq fitness salonların bir müddət əvvəlki müştərilərini itirməsi və insanların  idmanı evlərində etməsinə şərait yaradacaqdır

Əyləncə sektoru

Bura həm uşaqlar üçün, həm də böyüklər üçün əyləncələri və gecə klublarını daxil etmək olar. Uzun müddətli insanların ev şəraitində qalması onlarda bu sektora daha çox maraq yaratmış olacaqdır.Xüsusən də uşaq əyləncə mərkəzləri və gecə klubalrı bu sektorda daha çox müştəri qəbul edəcəkdir.

Təmizlik xidməti

Bildiyimiz kimi virusun yayılma sürəti təmizlik sektorunun inkişafı ilə düz mütənasüblük təşkil edir.İnsanların gigiyena qaydalarına daha ciddi riayət etməsi bu sektordan olan mallara tələbin artması ilə nəticələnir.Həmçinin pandemiyadan sonra şirkətlərdə və müəssisələrdə uzun müddətə gigiyena qaydaları öncəlik qəbul ediləcəkdir ki, bu da Təmizlik xidmətinə tələbatın artmasına gətirib çıxaracaqdır.

Online biznes və Çatdırılma xidməti

Bu sektor özünün xüsusi inkişaf vaxtını yaşamış olacaqdır.Nəzərə alsaq ki, pandemiyadan bir müddət sonra insanların digər ölkələrə səyahətləri həm məhdudlaşdırılacaq, həm də pandemiyaya yoluxmaq qorxusu daha az səyahətə yer veriləcəkdir ki, bu da öz növbəsində online biznesin və çatdırılma xidmətlərinin inkişafına təkan vermiş olacaqdır.

Tibbi ləvazimat istehsalı

Tibb sahəsi hər zaman öz aktuallığını qorumaqla yanaşı, daima müştərilərini öz əlində saxlamağı bacarır.Ancaq bu dəfə Covid-19 virusunun yayılması səbəbilə dünya üzərində Tibbi maska,əlcək və spirt satışlarına olan kütləvi tələbat pandemiya bitdikdən sonra da insanlar arasında 2 –ci dalğanın yayılması ehtimalı ilə daha da artacaqdır.Artıq bu dəfə hər kəs bu virusa tibbi ləvazimat cəhətdən hazır olmuş olacaq ki, bu da bu sahədə kütləvi satışların artımı ilə nəticələnəcəkdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button