Marketinq nədir? Marketinqin əsasları

Marketin Nədir? Yəqinki hər birinizin bu haqda azda olsa məlumatı var. Sadəcə dəqiq və geniş məlumat əldə etmək istəyirsiniz. Bunun üçündə çalışdıq ki, sizə geniş həcmli bir məlumat təqdim edək. Marketiniqin özü geniş bir sahə olduğu üçün sizə də daha çox məlumatlar topladığımıza və qazadıracağıza əminim!

Marketinq bazar araşdırması, reklamçılıq daxil olmaqla məhsul və ya xidmət satışlarını həyata keçirmək üçün edilən proseslər toplusudur. Bu zaman məqsəd satış prosesində istehlakçının istək və ehtiyaclarını onlara uyğun olaraq təmin etmək, bu prosesdə şirkət və ya qurumlara ən yüksək karı qazandırmaqdır.


Amerika Marketinq Assosiasiyası (AMA) tərəfindən bu termin “müştərilər, ortaqlar, tərəfdaşlar və ümümi olaraq cəmiyyət üçün dəyərli olan təkliflərin yaradılması, ünsiyyət, çatdırılma və mübadilə üçün fəaliyyət, qurum və proselərin yaradılması” kimi təsvir edilir.
Ümumilikdə bu termin günlük həyatımızın bir parçasıdır. Hər bir kəs bunun nəqədər vacib olduğunun ciddiyyətindədir və hər yerdə bu haqda danışırıq. Beləki bu sahə bərbərdən tutmuş, akademik platformalara qədər hər yerdə müzakirə mövzusudur.

Marketinq araşdırması nədir?

Marketinq araşdırması fürsətləri və problemləri tanımaq, təsvir etmək üçün əldə edilən məlumatları toplamaqdır. Hansı ki, bu məlumatlar yoluyla müştərini tanımaq ona uyğun strategiyaların yaradılmasını və gələcək marketinq planlarının təməlini qurmaq mümkündür.

Marketinq növləri

AMA-nın öz saytında qeyd edilən marketinqin əsas növlərini sizinlə paylaşırıq. Əslində bu siyahıya əlavələrdə edilə bilər. (saytın özündən oxumaq istəsəniz klikləyin. )

Marketin növləri
İnfluencer marketinqi (Influencer Marketing)
Münasibət marketinqi (Relationship Marketing)
Viral marketinq (Viral Marketing)
Yaşıl marketinq (Green Marketing)
Açar söz marketinqi. (Keyword Marketing)
Guerilla Marketinq. (Guerilla Marketing)
Marketinq növləri
  • İnfluencer marketinq (Influencer Marketing) – Potensial müştərilər üzərində təsir yarda bilən şəxslərdən faydalanmağa və bu şəxslərdən markanın marketinq planlarını üçün bazara mesaj ötürmək üçün yararlanmaqdır.
  • Münasibət marketinq (Relationship Marketing) – Müştərilərə markanıza sədaqət yaratmaq üçün görünən işlərdir. Bunun üçün müştərini tanımaq üçün hər məlumatı toplamalı və ondan düzgün stragiyalar yaratmalısnız.
  • Viral marketinq (Viral Marketing) – Bu marketinq virus kimi yayılan reklam kampaniyaları, videolar, şəkillər və maillərə aiddir.
  • Yaşıl marketinq (Green Marketing) – bu termin məhsulu yaratmaq, tanıtmaq, paketləmək və geri alma proseslərində ətraf mühitə faydalı olmaq üçün yaradılır. Əsas məqsəd təbiətə olan ziyanı ən aza düşürməkdir.
  • Açar söz marketinq (Keyword Marketing) – rəqəmsal marketinq strategiyaları(ətraflı məlumat) bildiyiniz kimi günümüzdə ən çox istifadə olunan bir sahədir. Burada əsas məqsəd reklam və ya optimizasiya ilə insanların onlayn axtarışları zamanı onların qarşısına çıxa bilməkdir. Bunun üçün sizə SEO xidməti (ətraflı) və SEM xidmətləri çox lazımdır. Bu işləri isə peşəkarlarla reallaşdıraraq daha yaxşı nəticələr əldə edə bilərsiniz.
  • Guerilla Marketinq (Guerilla Marketing) – minimum qaynaqlardan maksimum nəticələr əldə etmək üçün istifadə olunan qaynaqlardır. Bu zaman siz yaradıcılıqdan daha çox istifadə etməlisiniz.

Marketiniqdə 4P nədir?

Marketinqdə 4P kimi bilinən bu fikir 1960-cı ildə E. Jerome McCarthy tərəfindən irəli sürülüb. 4P isə baş hərifləri “P” ilə başlayan və marketinqdə əsas olan şeyləri təsvir etməkdədir.

marketinq nedir 4p qaydasi
  1. Product (məhsul) – xammalların müxtəlif prosesdən keçərək, insanların ehtiyacını qarsılayacaq, dizayn, marka kimi xüsusiyyətləri özündə birləşdirərək istehsal onun vasitədir.
  2. Price (qiymət) – Müştərilərin hazır olan məhsul üçün ödədikləri puldur. Bu isə marketinqdə ən önəmli faktordur. Məhsul özünə və keyfiyyətinə uyğun qiymətlə dəyərləndirilməlidir. Rəqabətin çox olduğu sahələrdə bu ən vacib faktordur.
  3. Place (yer) – Məhsulun düzgün zamanda düzgün yerdə olmasıdır. İstehsal olunan məhsul ona tələb olunan yerdə olmalıdır. Bu isə satışlar üçün əsl göstəricidir.
  4. Promotion (təqdimat) – Təqdimat isə istehsalcının məhsulu bazara tanıtması, hədəf kütlə və alıcılarla əlaqələrin yaradılmasıdır. Buna isə əsas daxildir: Reklam, İctimaiyyətlə əlaqələr, Satışının stimullaşdırılması, Sponsorluq, Mətbuat, Şifahi marketinq

Marketinqin 4 dövr mərhələsi

  • Marketinq 1.0 – Məhsul yönümlü marketinq

Burada əsas fikir nə yaratsam onu da sata bilərəm düşüncəsi idi. Şirkətlərin əsas məqsədi məhsul yaratmaqdır və onu təkmilləşdirmək üzrə qurulmuşdu. Burada məhsulun nə işə yaradığı və texniki özəllikləri əsas faktor idi. Güc istehsalçıdadır fikiri həmişə aktual idi.

  • Marketinq 2.0 – Müştəri yönümlü marketinq

İstehsalçı sayının artması və istehsalın daha rahat olmasından sonra bu dönəmə keçid olundu. Bu zaman nə yaratsam onu sataram düşüncəsi öz aktuallığını itiməyə başladı. Müştərilər ön plana çıxmağa başladı və artıq müştərini necə cəlb edə bilərik kimi fikirlər ortaya çıxmağa başladı.

  • Marketinq 3.0 – Dəyər yönümlü marketinq

Müştərinin təsirinin daha çox hiss edildiyi dönəmdir. Onları məmnun etmək daha çətin hala gəlməyə başladı. Bu zaman şirkətlər daha çox müştərini başa düşməyə onun istədiyini yaratmağa çalışırdı. Müştərilər üçün önəmli dəyərlər ön plana çıxmağa başladı.

  • Marketinq 4.0 – Texnologiya və təcrübə yönümlü marketinq

Bu isə hamımızın içində qarışılaşdığımız dövrdür. Əslində marketinq təməllərinin sarsıldığı, hərşeyin sorğulanmaöa başlandığı bir mərhələdir. Burada texnologiyanın təsiri ən üst səviyyədədir. Bu dövrdə əsas təcrübə ön plana çıxır. Müştəri hərgün məhsulunu test edə bilir, sosial media ilə öz təcrübələrini bölüşür və dünya açıq bir bazar halına gəlir. 7/24 xidmət göstərən elektron ticarət markaları fəalliyət göstərir və müştərilərini anlamağa çalışırlar.

Günümüzün marketinqi çox dəyişir indi isə əsas sual Marketinq nədir? yox Marketinq necə olmalıdır? kimi suallarla əvəzlənir. Marketinqi daha yaxşı anlamaq üçün daima araşdırmalar etməli, oxumalı və nəticələr çıxarmalısnız. Marketinq kitabları, marketinq filmleri və dahi marketoloqların sözlərini oxumaqla bərabət daima dünya statistikasını izləməli və xəbərlərini oxumalısınız.

Marketinq haqqinda sözlər:

Marketinq nədir və markerinq haqqinda daha ətraflı fikirləri onun ustalarının deyimləri ilə yadda saxlayın.

“Ən yaxşı marketinq, marketinq kimi görünməyəndir”

Tom Fishburne

Elə bir marketinq planı hazırla ki, insanlar ona pul ödəmək üçün maraq göstərsin.

Jay Baer

İnsanlar pulu onları daha yaxşı hiss etdirəcək şeylərə xərcləyirlər.

Walt Disney

Hazırladığın məhsulu deyil, problemi həll edən məhsulu sat.

Məlumat əldə etmədən marketinq planlamaq, gözü bağlı maşın sürmək kimidir.

Dan Zarrella

Marketinq haqqında daha çox yerli mütəxəssislərin bloq yazılarını oxumaq üçün:


markzone.az
ilkinmanafov.com
anarbayramov.com
mktg.az
facemark.az
və bizim marketinq haqqında olan bütün paylaşımlarımızı izləyib oxuya bilərsiniz.

Marketinq haqqında ən çox verilən suallar:

Marketinq nedir?

marketinq nedir ve marketinqin esaslari

Sadə bir deyişlə marketinq işləri və strategiyası şirkətlərə gəlir verməklə bərabər, müştəriləri razı salacaq məhsul istehsalı ilə nəticələnən bir prosesdir.

Marketinq ne demekdir?

Marketinq – ingiliscə “market” sözündən götürülüb və bazar mənasını verir. Azərbaycan dilinə isə hərfi tərcüməsi “bazarda fəaliyyət” deməkdir.

Rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button