Burclerin Tarixleri, Bürclərin ayları Siyahısı ✅

Burclerin tarixleri – Hamımız öz bürcümüzü, bürcümüzün, özəlliklərini, uğurlu günlərini yaxşı bilirik. Bürclər maraqlanmayan öz bürcünü bilməyən adam yəqinki yoxdur. Bürclərə görə xarakterləridə öyrənə bilərik. Hər insan özündə öz bürcünün xüsusiyyətlərini daşıyır. Elə insanlar varki gündəlik bürc proqnozlarına baxmadan heç bir iş görməzlər. Həyatlarını tamamən bürclər üzərinə qurarlar. 

Hansı bürc hansı aya uyğun gəlir? Bunu əksəriyyət insan bilir. Amma yenədə bürclərin ayları haqqında dəqiq öyrənək. Bürclər haqqında daha çox məlumat.

♈️ Qoç bürcü

21 mart – 19 aprel. 

Zodiakın ilk bürcü qoçdur. Enerjili və hərəkətli halları ilə diqqət çəkirlər. Öz səhvlərini qəbul eləməz və eqoist hərəkətlər edərlər. Maraqlandıqları mövzuda çox yaradıcıdılar.

Elədikləri işlərdə daima özlərini sübut eləmək istəyirlər. Dik başlı, eqoist, üsyankar hərəkətlərinə görə çətin vəziyyətə düşə bilirlər. Bu zaman başladıqları işi bitirməkdə çətinlik çəkirlər. Çox zamanda bitirmədən buraxarlar. Burclerin tarixleri haqqında digərlərini aşağıdan oxumağa davam edin.

♉️ Buğa bürcü

20 aprel-20 may

Buğalar maddiyyata çox önəm verirlər. “Sahib olma” onların yaşam fəlsəfəsidir. İşlərinə düşündülər və çox səbrlidilər. Risk almağı sevməzlər. Özlərini güvəndə hiss etmək istəyərlər. Güvənilir və mərhəmətlidilər. İnsanlara kömək etməyi sevirlər. Qərarlı, güvənilir və istiqanlı olduqlarına görə hər zaman ətrafları tərəfindən axtarılan insanlardır. Diqqətli olduqlarına görə elədə çox səhv etməzlər. 

♊️ Əkizlər bürcü

21 may-20 iyun 

Əkizlər bürcü insanı tez düşünüb tez hərəkət edərlər. Tez canlıdılar. Eyni zamanda bir neçə işlə məşğul ola bilərlər. Amma tez-tez fikir dəyişirlər. Buna görə də dəyişik xaraqterli tanınırlar. Əkizlər bürcünü anlamaq çətindir. Çox şən olduqları zaman anidən kefləri pozula bilər. Tez qavrayan zəkaya sahibdirlər. Çəkici və məntiqlidirlər.  yuxuyozmalari.org

♋️ Xərçəng bürcü

21 iyun – 22 iyul

Həddindən artıq alınqan, həssas olan Xərçənglərin hissləri güclüdür. Məsuliyyətlidilar. Ətrafındakılardanda məsuliyyət tələb edirlər. Ayrıntılara fikir verdiklərindən işlərində uğurlu olurlar. Həddindən artıq duyqusal və duyarlıdılar. Səbrli və nazik olan Xərçənglər mübahisədən və tənqid olunmaqdan xoşlanmazlar. Hərəkətləri məntiqli deyil, duyqusaldır.

♌️ Şir bürcü

23 iyul – 22 avqust

Öndərlik və diktatorluq etməyi xoşlayan Şirlər ətrafındakı insanları da idarə etməyi xoşlayırlar. Hərşeyə qarışırlar. Məğrurdular və əmir almağı xoşlamırlar. Mərhəmətli,şən və sevimlidilər. Onlara qarşı səhv edilsə belə dostyana qarşılayırlar. 

İşləməkdən xoşları gəlir və işdə uğurludular. Hərşeyin ən yaxşısını sevirlər. 

♍️ Qız bürcü 

23 avqust – 22 sentyabr

Detaycı, diqqətli, çalışkan olan Qız bürcü insanları iş həyatında olduqca uğurludular. Uğura çatmaq üçün əlindən gələni edərlər. Yaxşılıq eləməyi xoşlayırlar. Və yaxşılıq edərkəndə onlardan mükəmməllik gözləyirlər. Tənbəllik eləmək onlara çətindir. Münasibətlərində məsafəli olmağı sevirlər. Qaydalara bağlıdır. Heçkime onlardan istifadə etməyə icazə verməzlər. 

♎️ Tərəzi bürcü

23 sentyabr – 22 oktyabr 

Tərəzilər tarazlığa diqqət edirlər. Bir mövzu haqqında onu ölçüb-biçmədən tarazlıq qurmadan qərar verməzlər. Münasibətlərində də belədilər. Ədalətlidilər. Haqsızlığa dözmürlər, hərkəsə adil davranırlar. Asanlıqla hirslənməzlər.amma təkidi də xoşlamırlar. Çox maraqlı olduqlarından başqalarının həyatına girməkdən çəkinməzlər. Həyatlarındakı hərşeyin gözəl olmağını sevərlər və dostlarındakı gözəl şeyləri qısqanıb, onlara çatmaq üçün hər yola baş vurarlar.

♏️ Əqrəb bürcü 

23 oktyabr-24 noyabr

Arzulu, qərarlı, enerjili və özlərinə güvənən insanlardır. Cəsurdular, tutduğunu qoparır və başladıqları işi yarımçıq qoymazlar. Güclərini baxışlarından anlamaq asandır. Məntiqlə hərəkət etsələrdə çox duyqusaldırlar və hisslərinə qapılsalar təhlükəli olurlar. Hərşeyə qarşı çox şübhəlidilər. Dürüstdülər,ikiüzlü, lovğa,özünü bəyənmiş insanları sevmirlər. İşlərində özənli və səbrlidilər. Məqsədlərinə çatmaq üçün əllərindən gələni edərlər. Yoldaşlarının güvənin qazanırlar,çünki sirr tutmağı bacarırlar. Amma yoldaşlarına qarşıda şübhəcidilər. Hissləri olduqca qüvvətlidir. 

♐️ Oxatan bürcü

22 noyabr – 21 dekabr

Oxatanlar başqalarının çətinlik çəkdiyi mövzuları asanlıqla anlayar və yol taparlar. Anlama bacarıqları və qabiliyyətləri sayəsində asanlıqla hər işin öhtəsindən gəlirlər. Sərbəstliyə düşkün olan Oxatanlar məhdudiyyətlərdən və əmir almaqdan xoşlanmazlar. İnsanlarla asanlıqla münasibət qura bilirlər. Pul mövzusunda cömərtdilər. Eyni anda bir neçə mövzu ilə maraqlana bilərlər. 

♑️ Oğlaq bürclərin ayları

22 dekabr – 19 yanvar

Oğlaqlar işləri ilə çox məşğul olurlar. Tənbəlliyi

sevməz, boş zamanlarında bilə eləməyə birşey taparlar. İşlərinin çoxluğundan və utancaq olduqlarından insanlarla asanlıqla münasibət qurmazlar. Ciddi, tutumlu, ciddi iradələri var. Pul məsələsində əli açıq  və yardımsevər olsalarda tutumludurlar. Xəstəliyə qarşı dirənclidilər. 

♒️ Dolça bürcü burclerin tarixleri

20 yanvar – 18 fevral 

Həddsiz xəyal gücləri olsada Dolçalar gerçəkci, dünyagörüşlü və ağıllıdırlar. Eqoist olmayan dolçalar insanlara olan sevgiləri ilə tanınırlar. Humanist, idealist və intellektualdılar. Müasir düşüncələrinə rəğmən dikbaş, inadkar və sabitfikirlidilər. Bir insana bağlanmağı sevmirlər. Yeniliyə və dəyişkənliyə açıq olsalarda vərdişlərini asanlıqla dəyişmirlər.Maddiyyata önəm verməzlər.Dürüst və güvənlidilər. 

♓️ Balıq bürclərin ayları

19 fevral – 20 mart 

Balıqlar çox həssasdılar. Xəyalpərəst və incə ruhludular. Dostluğa önəm verərlər və edilən səhvləri bağışlamazlar. Çox xoşniyyətli və anlayışlıdılar və hərkəslə yaxşı keçinirlər. Hissləri güclüdür. Eyni səhvi təkrar edər, dərs almazlar. Vərdişlərə önəm verdiklərindən dəyişikliyə açıq deyillər. Ailə bağları güclü və sadiqdirlər. Maddiyyata önəm verməzlər.

Xəstəliyə və dərmana qarşı dayanıqsızdılar. Gücsüz bədənləri olduğundan tez xəstələnirlər. 

Ümumi Olaraq burclerin tarixleri bir şəkildə toplanmışdır.

burclerin tarixleri, bürclərin ayları

Burcelerin tarixleri haqqında daha çox məlumatı və bürclər haqqında yazıları digər paylaşımlarımızdan izləyə bilərsiniz.

2 rəylər

    1. Burada sadəcə bürclərin aid olduğu tarixləri verilib. Onların sərhlərinə isə digər, aylıq, həftəlik, günlük bürclər hissəsindən baxa bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button