Almaniyada tehsil almaq ✔︎

Dünyanın ən qabaqcıl universitetlərinin yerləşdiyi Almaniya beynəlxalq tələblər arasında ən çox üstünlük verilən ölkələrdən biridir. Alman təhsili dünyanın ən yaxşılarındandır.Həmçinin dinamik təhsil təcrübəsi ilə fərqlənir. Universitetlərdə təhsil alman dilindədir. Amma siz bəzi universitetlərdə bakalavr və magistr pillələrində ingilis dilində təhsil ala bilərsiniz. Almaniyada özəl və dövlət olmaqla 300-dən artıq universitet fəaliyyət göstərir.

Almaniya universitetlərində verilən diplomlar Amerika, İngiltərə, Avstraliya, Kanada və başqa AB ölkələrində tanınır.

Almaniyada tehsil almaq haqqında daha ətraflı.

Almaniyada tehsil almaq istəyən tələbələr üçün əsas şərtlərdən biri istənilən səviyyədə alman və ingilis dillərini bilməkdir.

Almaniya beynəlxalq tələblər arasında üstünlük verilən 3 – cü ölkədir. Dünyada işə götürülənlər tərəfindən alman təhsilli işcilər daha çox rəğbət görürlər.

Almaniyada tehsil xüsusilə elm və mühəndislik sahələri daha çox məhşurdur.

Almaniya da siz  bakalavr, magistratura və doktorantura pillələrində siz keyfiyyətli təhsil ala bilərsiniz.

Alman dilində Almaniyada tehsil almaq istəyən Azərbaycanlı tələbələr orada bir il hazırlıq kursu oxumalıdır.

Alman universitetləri texniki cəhətdən çox yaxşı təşkil olunmuş labaratoriyalarla yanaşı, həmçinin zəngin kitabxanaya sahibdir.

Almaniyada bakalavr təhsili

Attestatla siz Almaniya universitetlərində keyfiyyətli bakalavr təhsili ala bilərsiniz. DAAD təqaüdü hazırda Azərbaycan üçün bakalavr təhsilinə təqaüd təklif etməməsinə baxmayaraq Almaniyada bakalavr təhsili almağa dəyər.Digər ölkələrlə müqayisədə siz aşağı xərclə bakalavr təhsili ala bilərsiniz.

Almaniyada bakalavr təhsilini 11-ci sinifi bitirdikdən sonra attestatla yalnız özəl universitetlərində ala bilərsiniz. Dövlət universitetlərində bakalavr təhsili üçün burada iki il universitet təhsili almalısınız.

Almaniya da bakalavr təhsili Tibb və Hüquq ixtisası istisna olmaqla bakalavr təhsilinin müddəti 3 ildir.

Almaniyada magistr təhsili

Almaniyada magistr təhsili ixtisas və universitetdən asılı olaraq 2-4 semester davam edir. Qəbul şərtləri universitetdən asılı olaraq dəyişir. Qəbul şərtləri ilə universitetlərin rəsmi saytında tanış ola bilərsiniz.

Magistr təhsilinizi maliyyələşdirmək üçün DAAD təqaüdündən yararlana bilərsiniz. DAAD master təhsili üçün müxtəlif təqaüdlər təklif edir.

DAAD master təqaüdünə müraciət eləmək üçün bakalavr təhsilinin son ilində müraciət eləmək lazımdır.

Həm alman həm ingilis dilində magistr təhsili ala bilərsiniz. Universitetlər sizin seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertifikat tələb edirlər.

Almaniyada magistr üçün IELTS imtahanı lazımdır. Almaniyada Tibb və Hüquqdan başqa bütün ixtisaslarda ingilis dilindən təhsil ala bilərsiniz. Tibb və Hüquq təhsili yalnız almancadır

Almaniyada pulsuz tehsil Haqqında buradan oxuya bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button