Almaniyada pulsuz tehsil

Almaniya təhsili öz keyfiyyəti ilə seçilir. Ümumiyyətlə Almaniya keyfiyyətli bütün məhsulları ilə dünyada tanınır. Xüsusilə də təhsili ilə. Almaniya da iş imkanları da genişdir. Almaniya da təhsil almaq üçün bir səbəb də təhsilinizi bitirdikdən sonra iş tapmaq üçün möhlət verilir. Almaniya universitetlərində təhsil almaq çox gəncin istəyi,məqsədidir. Xüsusilə də Almaniyada pulsuz tehsil almaq.

Dünyanın reytinqli universetləri siyahısında Almaniya universitetləri xüsusi reytinqə sahibdir. Xüsusilə də iqtisadiyyat və texniki elmlər sahəsində Almaniya universitetləri ən keyfiyyətli təhsil verir.

Almaniyada universitetlər dövlət tərəfindən maliyyələşdirildiyi üçün təhsil haqqı yoxdur. Tələbələr sadəcə semester haqqı ödəyirlər.

Necə Almaniyada pulsuz təhsil almaq olar?

Almaniya universitetlərinin əksəriyyəti pulsuz bakalavr və magistr pillələri üzrə təhsil imkanları təklif edir. Yalnız semester xərcləri tələbə tərəfindən ödənilir. Almaniya universitetləri seçərək orada sadəcə yaşamaq haqqınızı təmin edərək pulsuz təhsil ala bilərsiniz.

Almaniyada bakalavr təhsilini dövlət universitetlərində oxuyan tələbələr ödəniş ödəmirlər. Bu həm yerli tələbələrə həm də beynəlxalq tələbələrə aiddir.

Almaniyada magistr təhsili almaq üçün bakalavr təhsilini bitirməlisiniz. Almaniyada magistratura təhsilinin müddəti 1-2 ildir. Almaniyanın əksər universitetlərində bütün tələbələr üçün həm almanca, həm də ingiliscə təhsil ödənişsizdir.

Almaniyada pulsuz tehsil sadəcə alman dilində olan fakultələrə aiddir. Buna görə də alman dilini öyrənməli və alman dili səviyyə təsbit imtahanı verməlisiniz. Bir nüansı da qeyd edim ki alman dili həmçinin Avstriya və İsveçrə də daxil olmaqla 6 inkişaf etmiş ölkədə rəsmi dildir.

Almaniya universitetlərinə qəbul olduqdan sonra semester xərclərinizi qarşılamaq üçün Almaniyadakı təqaüdlərə müraciət edə bilərsiniz.

Tələbələrin akademik göstəriciləri yaxşı olarsa təqaüd qazanma şanslarıda olur. Almaniyanın və dünyanınm böyük təqaüd təşkilatlarından biri DAAD təşkilatıdır. Bu təşkilatda tələbələr ölkədən, universitetdən və proqramdan asılı olmayaraq ehtiyaclarına uyğun təqaüd tapa bilərlər.

DAAD magistr üzrə müxtəlif təqaüdlər təklif edir. DAAD tələbə, məzun və alimlər üçün maliyyə imkanları təklif edir.

Bununla yanaşı ixtisasınız proriritet olarsa Təhsil Nazirliyi və SOCAR tərəfindən təqaüd ala bilərsiniz.

Keyfiyyətli və pulsuz təhsil almaq istəyirsinizsə Almaniya universitetlərini seçə bilərsiniz.

Almaniyada pulsuz təhsil alsanızda yaşamaq üçün xərciniz olacaq. Təhsil vizası almaq üçün bank hesabınızda 7-8 min avro pul göstərməyiniz vacibdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button