4 cu Qrup Fənləri və İxtisasları ✅

4 cu qrup fenleri ve 4 cu qrup ixtisasları haqqında ətraflı məlumatları aşağıdakı yazılarımızdan əldə edə bilərsiniz.

4 cu qrup fənnləri hansılardır? 

4-cü qrup deyiləndə hamımızın ağlına həkimlik gəlir. Elə demək olarki əsasən bu qrupa tibbi təhsil almaq istəyən abituriyentlər müraciət edir. Kimya, biologiya fənnlərinə marağınız varsa bu qrup sizə görədir. IV qrup ancaq tibblə bağlıdır deməkdə olmaz. IV qrupun özünə məxsus maraqlı ixtisasları var. 

4 cu qrup fenleri hansilardir

4-cü ixtisas qrupuna daxil olan fənnlər bunlardır :

  1. Azərbaycan dili 
  2. Riyaziyyat 
  3. Xarici dili 
  4. Kimya 
  5. Fizika 
  6. Biologiya 

IV ixtisas qrupunda ən yüksək bal Biologiya fənnində olur. 200 bal. Qalan fənnlər hər biri 100 bal. Yəni Biologiyaya digərlərinə nisbətən daha çox diqqət etməniz məsləhətlidir. 

İmtahanın 1 ci mərhələsində buraxılış fənnlərindən- Azərbaycan dili, Riyaziyyat və Xarici dildən imtahan verirsiniz. İkinci mərhələdə isə əsas qəbul fənnlərindən – Kimya, Biologiya və Fizika fənnlərindən imtahan verilir. 

4 cu qrup ixtisaslari hansılardır? 

  1. Biologiya müəllimliyi 
  2. Kimya müəllimliyi 
  3. Psixologiya- tədris Azərbaycan və ingilis dilində 
  4. Kimya – tədris Azərbaycan və ingilis dilində
  5. Biologiya – tədris Azərbaycan və ingilis dilində 
  6. Ekologiya – tədris Azərbaycan və ingilis dilində 
  7. Su bioehtiyatları və akvabitkilər
  8. Kimya və biologiya müəllimliyi 
  9. Əczaçılıq 
  10. Müalicə işi
  11. Tibbi profilaktika
  12. Stomatologiya
  13. Bədən tərbiyəsi və idmanda reablitasiya 
  14. Baytarlıq 
  15. Bitki mühafizəsi 
  16. Bağçılıq və tərəvəzçilik

4-cü qrup ən prestijli ixtisaslar 

Psixologiya
Psixoloqların işi bir şəxsin davranışlarını və ya hərəkət etmə formalarını araşdırmaqdır. Psixoloq və psixiatr fərqli sahələrdir. Buna görə də seçimi düzgün etməlisiniz. Psixoloqlar 4 illik bakalavr və istədikləri təqdirdə magistr təhsili alırlar. Psixatrlar isə 6 illik tibbi bakalavr təhsili və rezidentura təhsili alırlar. Psixatrlar əsasən ruhi və psixi xəstələrlə işləyir, diaqnoz qoyur bə müalicə yaza bilirlər. Psixoloqların isə belə bir səlahiyyəti yoxdur. Onların müalicə üsülu “sözləri” və istifadə etdikləri terapiyadır. 

Aşağıdakı universitetlərdə psixologiya təhsili ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Naxçıvan Müəllimlər İnustutu 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • Qərbi Kaspi Universiteti 
  • Bakı Qızlar Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Xəzər Universiteti 

Kimya 
Kimya fundamental tədqiqatların aparıldığı, material və reaksiyaları analiz edən bir sahədir. Maddələr və materiallar üzərində çalışdığı üçün onların xassələrini, reaksiyaların gedişatını öyrənən sahədir. Kimyanı öyrənərək siz bir labaratoriyada karyera qurmaqla kifayətlənməyərək, müxtəlif sahələrdə karyera qura bilərsiniz. Sizin dərəcənizlə birbaşa əlaqəli işlərə aşağıdakılar daxildir :

  • Akademik tədqiqatçı
  • Analitik kimyaçı
  • Kimya mühəndisi
  • Elmi labaratoriya işcisi
  • Ali təhsil müəllimi
  • Elm yazarı
  • Orta məktəb müəllimi 

Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz:

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 

Biologiya 
Biologiya canlı təbiət haqqında elmdir. Biologiya hal-hazirda Yer üzərində olan və məhv olmuş külli miqdarda növ müxtəlifliyi, onların quruluşu və funksiyası, mənşəyi, çoxalması və inkişafı, canlı və cansız təbiətlə əlaqəsini öyrənir. Bioloqlar elmi-tədqiqat işləri aparırlar, metodları təkmilləşdirir və inkişaf etdirirlar. Bioloqlar biologiya, mikrobiologiya, bakteriologiya, sitologiya, genetika, zoologiya, botanika, ekologiya ilə həmçinin tibb və kənd təsərrüfatı ilə əlaqəli elmi biliklərin praktiki tətbiqi ilə məşğul olurlar. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Gəncə Dövlət Universiteti 
  • Sumqayıt Dövlət Universiteti 
  • Qərbi Kaspi Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 

Odlar Yurdu və Naxçıvan Dövlət Universitetində Subbakalavrlar üçündə qəbul var. 

Stomatologiya 
Stomatologiya – diş, üz, boyun, çənə və ağız boşluğu ilə bağlı fərqli problemlər və estetik işlərlə məşğul olan sahədir. Bu sahə həmçinin orqanların və onları təşkil edən toxumaların anatomiyası,fiziologiyası, profilaktikası və müalicəsi ilə də məşğuldur. Stomatologiya aşağıdakı sahələrə bölünür :

  • Stomatoloq terapevt
  • Stomatoloq cərrah 
  • Stomatoloq ortoped
  • Stomatoloq periodentist
  • Stomatoloq ortodontist və s. 

Bu sahə kimya və biologiya ilə maraqlananlar üçün uyğundur. 

Stomatologiya ixtisası aşağıdajı universitetlərdə tədris olunur :

  • Azərbaycan Tibb Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 

 Əczaçılıq 
Bu ixtisas dərmanşünaslığın vacib,ayrılmaz sahəsi olub, dərman vasitələrinin hazırlanması, standartlaşdırılması, keyfiyyətinin qiymətləndirilməsi, saxlanması və buraxılmasına xidmət edir. 

Əczaçılıq  dərmanları sənaye – texnoloji prosesləri ilə bağlı olan sahədir. İxtisasın əsasını dərmanlar, onların xammal vəziyyəti, hazırlanıb aptek və digər tibb müəssisələrinə, ordan isə vətandaşlara çatdırılması kimi çox şaxəli iş sahələri təklif edir. Bu sahə ilə məşğul olan insanlara əczaçı deyilir. 

Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Azərbaycan Tibb Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 
  • Azərbaycan Dövlət Aqrar Universiteti ( Gəncə şəhəri).

4-cü qrup fenleri və 4 cu qrup ixtisaslari haqqında məlumatlar bu qədərdir. Digər qruplar üzrə məlumatları isə aşağıdakı keçidlərdən oxuya bilərsiniz.

2 rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button