1 ci qrup fənnləri və ən yaxşı ixtisasları ✅

Demək olarki 8-9 cu sinifdən hansı ixtisasları seçəcəyimizi və yaxud hansı qrupların bizə uyğun olduğun dəqiqləşdiririk. Və seçdiyimiz qrup fenleri üzrə hazırlıqlara başlayırıq. Dərslərdə də o fənnlərə daha çox üstünlük veririk. 1 ci qrup fənləri hansılardır və hansı ixtisaslar daxildir? sualınıza bu yazıda ətraflı cavab verəcəyik.

Qruplar üzrə fənnlər və ixtisaslar qruplaşmış olur. 

 5 qrup var. Bunlar aşağıdakılardır :

1 ci qrup fenleri hansılardır?

1-ci qrup fənnləri aşağıdakılardır:

  • Kimya
  • Fizika 
  • Riyaziyyat 
  • İngilis dili 
  • Azərbaycan dili 

Bu qrupda üstünlük Fizika və Riyaziyyat fənnlərindədir. Yəni bi suala görə ən çox bal bu fənnlərdədir. 

Deqiq fənnlərə marağınız varsa və yaxud dəqiq fənnlər də daha yaxşı öyrənə bilirsinizsə 1 ci qrupu seçə bilərsiniz. 

1 ci qrup üzrə ən prestijli ixtisaslar

1 ci qrup ixtisaslari tamamilə texniki yönümlüdür demək olar.  1ci qrup üzrə ən yaxşı ixtisasları aşağıdakılardır:

İnformasiya texnologiyaları 
Həm dövrümüzün həm də gələcəyin ən təlabatlı, müraciət olunan ixtisasıdır. İxtisası bitirdikdən sonra həm proqramlaşdırma üzrə, həm də ” Data analtikası”, “Süni intellekt ( Al-Aritifical Intelligence)”, oyun yaratmaq və s.bu tipli sahələrə də yönələ bilərsiniz.  Bəzi universitetlərdə bu ixtisas üzrə İngilis dilində təhsil ala bilərsiniz. 

Bu ixtisas üzrə təhsil alacağınız universitetlər aşağıdakılardır:

  • ADA Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ( ADNSU) 
  • Azərbaycan Texniki Universiteti (AzTU) 
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti ( AZMİU) 
  • Azərbaycan Dövlət İqtisad Universiteti ( UNEC) 
  • Milli Aviasiya Akademiyası ( MAA) 
  • Naxçıvan Dövlət Universiteti (NDU) 
  • Azərbaycan Dövlət Aqrar Universiteti ( AAU) Gəncə şəhəri 
  • Azərbaycan Texnologiya Universiteti ( ATU) Gəncə şəhəri 
  • Sumqayıt Dövlət Universiteti (SDU) 
  • Qərbi Kaspi Universiteti  ( Əvvəlki Qərb Universiteti) 
  • Bakı Avrasiya Universiteti 

Memarlıq 
Bu ixtisas həm daxili, həm də xarici dizayn sahəsində peşəkar olmaq şansı yaradır. Əgər əl qabiliyyətiniz və ya marağınız varsa ixtisas tam sizə görədir. Memarlıq ixtisasının tədris olunduğu ən yaxşı universitetlər bunlardır:

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) 
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ( ADRA) 
  • Bakı Mühəndislik Universiteti (BMU) 
  • Naxçıvan Dövlət Universiteti 

 Komputer elmləri 
” İnformasiya texnologiyaları” və “Komputer mühəndisliyi” ilə oxşarlığı olan bu ixtisas öz spesifikliyi ilə də fərqlənir. İş imkanları geniş olan bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU 
  • ADA Universiteti 
  • Xəzər Universiteti 
  • Gəncə Dövlət Universiteti 
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ( DİA) 
  • Azərbaycan Texniki Universiteti ( ATU ) 
  • Bakı Dövlət Universiteti ( BDU) 
  • UFAZ ( Fransız Azərbaycan Universiteti) – bu universitetin qəbul şərtləri biraz fərqlidir. Əgər siz DİM-in keçirdiyi qəbul imtahanından 500-dən yüksək bal toplamısınızsa, artıq UFAZ-ın daxili imtahanında iştirak edə bilərsiniz. 

Neft – qaz mühəndisliyi
Sizin əgər neft-qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı üzrə əməliyyatları maraqlıdırsa, bu ixtisas tam sizə görədir. Bu prestijli ixtisasda öz daxilində müxtəlif qollara ayrılır. 

  • Bakı Ali Neft Məktəbi 
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Sumqayıt Dövlət Universiteti

Sistem mühəndisliyi
IT və bu tipli ixtisaslarda oxşarlıq təşkil edən Sistem Mühəndisliyində müasir kompüter – informasiya sistemlərinin proqramlaşdırılması, layihələndirilməsi, robot texnikası və komplekslərinin proqramlaşdırılması və s.ilə bağlı bacarıqlara yiyələnə bilərsiniz. Sistem mühəndisliyi ixtisasl aşağıdakı universitetlərdə tədris olunur. 

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – ADNSU 
  • Azərbaycan Texniki Universiteti 
  • Bakı Mühəndislik Universiteti 
  • Milli Aviasiya Akademiyası 

Uçuş mühəndisliyi 
Pilot olmaq istəyirsinizsə bu ixtisas sizin üçündür. Bu ixtisasa qəbul olmaq üçün six “Fiziki hazırlıq”, “Psixofizioloji peşə seçimi” və “Fiziki hazırlıq” üzrə xüsusi qabiliyyət imtahanı verməlisiziniz. Bə yaşınız 23-dən çox olmamalıdır. Gələcəyinə heç bir şübhə olmayan, tələbləri də çox olan bu ixtisasa bu universitetlər də yiyələnə bilərsiniz :

1.Milli Aviasiya Akademiyası 

Kimya mühəndisliyi 
Kimya mühəndisliyi ixtisasına yiyələnərək siz, həyatın bütün sahələrinə xitab edən bir peşə sahibi olacaqsınız. Qida məhsullarının tərkibi, gündəlik istifadə etdiyimiz enerji, geyim mallarının tərkibi və s. bir çox sahələr kimya mühəndisliyindən aslıdır. Kifayət qədər geniş yayılmış bir ixtisasdır. Siz bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz :

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Dövlət Universiteti 
  • Bakı Mühəndislik Universiteti 
  • Bakı Ali Neft Məktəbi 
  • Azərbaycan Texnologiya Universiteti ( Gəncə şəhəri) 
  • Sumqayıt Dövlət Universiteti 
  • Xəzər Universiteti 

Sənaye Universiteti 
İnsan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissəsələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndisliyin bir sahəsidir. Həmçinin sizin üçün prototiplərin yaradılması, satılması və eyni zamanda Fizika, Riyaziyyat və s. fənləri maraqlıdırsa, bu ixtisas tam sizə uyğundur. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnə bilərsiniz:

  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
  • Bakı Mühəndislik Universiteti 
  • Sumqayıt Dövlət Universiteti. 

Qeyd edimki bu universitetlərin demək olar ki əksəriyyətində tədris İngilis dilindədir. 

1ci qrup fenleri və 1 ci qrup ixtisasları haqqında əsas məlumatlar bunlardır. İxtisaslar üzrə universtetləri araşdırmaq üçün aşağıdakı yazını oxuya bilərsiniz.

3 rəylər

    1. Riyaziyat -200 bal
      Azərbaycan dili – 100 bal
      Kimya – 100 bal
      Fizika – 200 bal
      İngils dili – 100 bal
      Əsas Fənnlə Riyaziyyat və Fizikadır
      Buyrun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button