3 cü qrup Fənnləri və İxtisasları ✅

3 cü qrup fenleri və ixtisasları haqqında ətraflı məlumat əldə etmək istəyirsiniz. Aşağıdakı yazımızı tam oxuya bilərsiniz.

3 cü qrup fənləri hansılardır? 

III qrup humanitar fənnlərdən ibarətdir. Bu qrup humanitar fənnlərdə daha uğurlu olan abituriyentlər üçündür. Yəni məsələ, düsturla arsnız yoxdusa, daha doğrusu dəqiq fənnlərdə çətinlik çəkirsinizsə, Tarixi və Ədabiyyatı, oxumağı sevirsinizsə bu qrup tam sizlikdir. 

III qrup fənnləri aşağıdakılardır:

  1. Azərbaycan dili 
  2. Riyaziyyat 
  3. Xarici dili 
  4. Ədabiyyat 
  5. Tarix ( Azərbaycan və ümumi) 

İmtahanın birinci mərhələsində buraxılış fənnlərindən – Azərbaycan dili, Riyaziyyat və Xarici dilindən imtahan verilir. İkinci mərhələdə isə Tarix və Ədabiyyatdan – qəbul fənnlərindən imtahan verilir. 

Azərbaycan dili və Tarixdə maksimum bal 200-dür. Qalan fənnlərdə maksimum bal 100-dür. Ona görədə Azərbaycan dili və Tarixə daha çox diqqət verməlisiniz. 

3 cü qrup ixtisasları hansılardır? 

3 cü qrup ixtisaslari öz rəngarəngliyi ilə seçilir. 

Aşağıda sizə III qrupun ən yaxşı ixtisasları haqında məlumat verəcəm. 

III qrupa daxil olan ən yaxşı ixtisaslar :

Sosial iş
Bu ixtisas insanların onları əhatə edən mühitdə mümkün qədər daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş sahədir. Sosial işçilər sosial planda müdafiə edilməmiş təbəqələrə (yaşlılar, əlillər,ailə mühitindən məhrum olunmuş uşaqlar, QIÇS-yoluxmuş insanlar, qanunla münaqişədə olan insanlar, risk qrupuna daxil olan digər şəxslər) həm onlara yardım edərək qarşılaşdıqları problemlərin qarşısını almağa çalışırlar, həm də bu təbəqələrin maraqlarının təmin edilməsinə və hüquqlarının müdafiə edilməsinə yönəlmiş qanun verici aktların və dövlət proqramlarının hazırlanmasında yaxından iştirak edirlər. Bu ixtisas üzrə aşağıdakı universitetlərdə təhsil ala bilərsiniz :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti 
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 
  • Naxçıvan Dövlət Universiteti 
  • Gəncə Dövlət Universiteti 
  • Azərbaycan Kooperasiya Universiteti 
  • “Azərbaycan” Universiteti 
  • Bakı Avrasiya Universiteti 
  • Odlar Yurdu Universiteti 
  • Bakı Biznes Universiteti 
  • Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası 

Hüquqşünaslıq 
Hüquqşünaslıq həm qədim, həmdə çox ehtiyac duyulan bir ixtisasdır. Hüquqşünaslıq həmişə məhşur olmuşdur. Hüquqşünaslıq bəzi xüsusiyyətlərinə görə başqalarından fərqlənir. Hüquqşünas olmaq üçün böyük məsuliyyət lazımdır. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünasda daim öz üzərində işləməlidir. Hüquqşünaslıq ixtisası aşağıdakı universitetlərdə tədris olunur :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 
  • ADA Universiteti 
  • Milli Aviasiya Akademiyası 
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası 
  • Naxçıvan Dövlət Universiteti 

Jurnalistika
Jurnalistika kütləvi rabitə kanalları vasitəsilə müvafiq məlumatların toplanması, işlənməsi və vaxtaşırı yayılması üçün ictimai fəaliyyət növüdür. Jurnalistka siyasi, bədii, idman, əyləncə, elm və texnologiya, sağlamlıq və fitness, biznes və maliyyə, fotojurnalizm, multi-media və s xüsusiyyətləri özündə birləşdirən geniş bir sahədir. Bu ixtisasa sahib olanlar jurnalist adlanır. Bu ixtisas aşağıdakı universitetlərdə tədris olunur :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Dillər Universiteti – tədris ingilis dilində 
  • Bakı Slavyan Universiteti 

Dövlət və İctimai münasibətlər
Bu ixtisas ictimai işlərin bütün sahələrində anında effektiv təsir göstərmə gücünə malik yüksək intellektual siyasətçilər hazırlayır. Gücləndirilmiş ünsiyyət bacariqları və sosial məsuliyyət bu proqramın ayrılmaz hissəsini təşkil edir. Bu ixtisasa aşağıdakı universitetlərdə yiyələnmək olar :

  • Bakı Dövlət Universiteti – tədris Azərbaycan və ingilis dilində 
  • Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  li>
  • ADA Universiteti 

Tərcümə ( Azərbaycan – Koreya dili) 
Bu ixtisas iki dil arasında tərcümə işini öyrənir. Tərcümə şifahi və yazılı olur. Şifahi tərcümənin ardıcıl, sinxron və pıçıltı ilə kimi növləri var. 

Ardıcıl tərcümə – tərcümə edən danışanın nitqinə bir neçə dəqiqə diqqətlə qulaq asır,qeydlər edir, sonra isə həmin hissəni tərcümə edir. 

Sinxron tərcümə – tərcüməni onun üçün ayrılan yerdə oturaraq, qulaqcıq vasitəsilə ilə danışanı dinləyir və eyni zamanda tərcümə etdiyi mətni mikrafona danışır. 

Pıçıltı ilə tərcümə- bu tərcümə sinxron tərcümənin bir növüdür. Ancaq tərcüməçi bu işi yerinə yetirərkən tərcüməçi üçün ayrılan köşkdə yox, öz müştərisinin yanında duraraq, danışanın fikirlərini hədəf dildə onun qulağına pıçıldayır. ” Korea Corner”  tərcümə fakultəsinun tərkibində 20 ildən çoxdu fəaliyyət göstərir.  

Bu ixtisas üzrə aşağıdakı universitetdə təhsil ala bilərsiniz :

  •  Azərbaycan Dillər Universiteti 

Tərcümə fakültəsində başqa dillərdə mövcuddur. 

3 cü ixtisas qrupuna daxil edilən yeni ixtisaslar 

Bu il Azərbaycanda III qrupda 3 yeni ixtisas yaranıb. 5 ixtisas ləğv olunub. 2 ixtisasın isə adı dəyişdirilib. 

III ixtisas qrupunda Məktəbəqədər təlim və tərbiyə, Kitabşünaslıq, Antropologiya, Teatrşünaslıq və Kinoşünaslıq ixtisasları ləğv olunub. Kitabxanaçılıq və informasiya və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasları müvafiq olaraq Kitabxanaçılıq və informasiya fəaliyyəti və Muzey, arxiv işi və abidələrin qorunması adlandırılıb. III qrupa daxil edilən yeni ixtisasların siyahısında Məktəbəqədər təhsil, İslamşünaslıq və İctimai təhlükəsizlik və idarəetmə ixtisasları yer alıb. Bu il olunan son dəyişikliklərdən sonra III qrupa 24 ixtisas daxildir. Bu ixtisaslar aşağıdakılardır :

  1. Azərbaycan dili və Ədəbiyyat müəllimliyi
  2. Dil və ədəbiyyat müəllimliyi  ( dillər üzrə) 
  3. İbtidai sinif müəllimliyi 
  4. Korreksiyaedici təlim
  5. Məktəbəqədər təhsil 
  6. Tarix müəllimliyi 
  7. Təhsildə sosial-psixoloji xidmət 
  8. Xarici dil müəllimliyi ( dillər üzrə) 
  9. Dinşünaslıq 
  10. Dövlət və İctimai münasibətlər 
  11. Fəlsəfə 
  12. Fililogiya ( dil və ədəbiyyat göstərilməklə) 
  13. Hüquqşünaslıq 
  14. İslamşünaslıq 
  15. Jurnalistika 
  16. Kitabxanaçılıq və informasiya fəaliyyəti – 1
  17. Politologiya 
  18. Tarix 
  19. Tərcümə (dillər üzrə) 
  20. Bədii yaradıcılıq və ekran dramaturigiyası
  21. Muzey, arxiv işi və abidələrin qorunması – 2
  22. Sənətşünaslıq ( sahələr üzrə) 
  23. Sosial iş 
  24. İctimai təhlükəsizlik və idarəetmə

3 cu qrup fenleri və 3 cu qrup ixtisaslari haqqında məlumatlar yuxarıda göstərildiyi kimidir. Yeni əlavə edilən ixtisaslar siyahısına isə buradan baxa bilərsiniz. Digər qruplar üçün məlumatlar isə aşağıdakı keçiddən əldə edə bilərsiniz.

11 rəylər

  1. salam. men 7 ci sinifde oxuyuram ve gelecekde vekil olub insan haqqlarini qorumaq isteyirem. bunun ucun hansi derslere daha cox diqqet yetirmeliyem.

    1. Salam sizin secdiyiniz peşe 3 cu grupdadir (bu grupda 5 fenn var ana dili edebiyyat ingilis tarix riyaziyyat)daha cox ön planda tarix ve anadilidir)

  2. Salam 3 cu Qrup Fenlerinde Rus Sektorlari Ucunde Beledir? Yeni Rus Sektorlari Ucun Azerbaycan Dili Yerine Rus Dili Olur?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button