Yös Nədir? YÖS İmtahanı Haqqında ✅

YÖS nədir? YÖS (Yabancı Öğrənci Sınavı) hazırlığı Türkiyədə bakalavr təhsili almaq üçün şagirdlərin keçməli olduqları imtahandır. YÖS imtahanında uğurlu nəticə əldə edərək Türkiyənin 150-dən çox qabaqcıl universitetinə qəbul ola bilərsiniz. 

Qəbul imtahanı 80 sualdan ibarətdir. Bu sualların 45-i Məntiq, 35-i isə Riyaziyyat biliklərini yoxlayan imtahan suallarıdır. Məntiq sualları ümumiyyətlə namizədin ədədi əlaqələri və mücərrəd düşünmə bacarıqlarını, dərk etmə qabiliyyətini ölçən ölçən suallardan ibarətdir. 

Bu imtahanda 4 əsas meyar var ( oxuma, dinləmə, yazma, danışma). 

YÖS imtahanı 2 hissədən ibarətdir :

  1. Məntiq və Riyaziyyat 
  2. Türk dili

Məntiq və Riyaziyyat bölməsində; 45 sual məntiq, 35 sual riyaziyyatdan olur. İmtahanın müddəti 90 dəqiqə ilə 120 dəqiqə arasında dəyişir. 

Təhsil türk dilində olduğu üçün tələbələrin türk dili biliyi də yoxlanılır. Bu imtahanın vaxtı isə 60 dəqiqədir. YÖS imtahanında maksimum bal 100-dür.

Əgər siz tibb təhsili istisna olmaqla 60+ bal yığsanız Türkiyənin orta səviyyəli universitetlərinə güzəştlə qəbul oluna bilərsiniz. 

YÖS – ə kimlər müracət edə bilər?

Türkiyədə təhsil almaq istəyən  məktəbin 11-ci sinif şagirdləri və 11-ci sinifdən məzun olan şagirdlər YÖS imtahanında iştirak edə bilərlər. YÖS imtahanında həmçinin xaricdə yaşayan türk vətəndaşları da iştirak edə bilərlər. 

Ayrıca, xarici tələbələr YÖS imtahanına girmək üçün müəyyən YÖS şərtlərini yerinə yetirməlidilər. YÖS qəbul edən universitetlər yerləri özləri elan edirlər. YÖS imtahanı ilə xarici tələbələr Türkiyədə Tibb, Mühəndislik, Memarlıq, Hüquq, Əczaçılıq, Psixologiya, Müəllimlik və s bölmələrə daxil ola bilərlər. 

YÖS imtahanı hər bir universitetin özünə verilir. İmtahan Azərbaycanda da təşkil olunur.  YÖS mərkəzi imtahan deyil. 2011ci-dən bəri, YÖS imtahanı müvafiq Türk universitetləri tərəfindən öz adları ilə aparılır.
Məsələn : İÜYÖS, MUYÖS, EGEYÖS, AÜYÖS, AYÖS, OMÜYÖS. 

YÖS imtahanı ilə Türkiyədə Dövlət və Vəqf universitetlərinin hər bölməsində təhsil ala bilərsiniz. Amma bızi universitetlərin Gözəl sənətlər və Musiqi sahəsində təhsil almaq üçün xüsusi istedad imtahanı verməlisiniz. Digər sahə isə Hərbi və Polis akademiyası aiddir. Bu bölmələrə daxil olmaq üçün xüsusi şərtlər tələb olunur. 

İlk YÖS imtahanı 1981 ci – ildə olmuşdur. İldə təxminən 50 000 tələbə bu imtahanı verir. YÖS imtahanı bu günə kimi təxminən 130 000 tələbənin Türkiyədə təhsil almağını təmin etmişdir. 

YÖS – ə müraciət nə vaxt olur? 

YÖS imtahamına müraciətlər adətən Mart- İyun ayları arasında olur. Bu aylar arasında universitetlər müraciət tarixlərini, imtahan vaxtlarını, qəbul yerlərini açıqlayırlar. 

YÖS imtahanının nəticələri – Universitetlərin Yekun qəbulu /Qeydiyyat nəticələri  YÖS imtahanlarından sonra təxminən 3 həftə ilə 6 həftə arasında elan olunur. Adətən nəticələr online olaraq elan olunur. 

Bəzi universitetlərdə isə qəbul edilən tələbələrin siyahısı universitetlərin web səhifəsində qeyd olunur. 

İmtahanlara müraciət üçün heç bir məhdudiyyət yoxdur. Yaşından və milliyətindən asılı olmayaraq hər bir tələbə imtahan verə bilər. Bundan əlavə, müxtəlif universitetlərin imtahanlarına dəfələrlə qatılmaq üçün heç bir məhdudiyyət yoxdur və tələbələr istədikləri qədər imtahan verə bilərlər. 

YÖS imtahanında ən çox üstünlük verilən bölmələr:

  • Tibb fakultəsi ( Türkcə) 
  • Tibb fakültəsi ( İngiliscə) 
  • Diş həkimi
  • Biznes 
  • Hüquq fakültəsi
  • İqtisadiyyat 
  • EEG
  • Psoxologiya – PDR
  • Memarlıq
  • Baytarlıq 

SAT yoxsa YÖS? 

YÖS nedir və SAT-dən nə ilə fərqlənir? Türkiyənin bir çox universitetlərinə həm SAT həm də YÖS imtahanı ilə qəbul ola bilərsiniz. Elə universitetlər var ki, onlar qəbulu yalnız SAT imtahanı ilə aparırlar. Bunlar Türkiyənin ən güclü universitetləridir. Türkiyənin öndə gedən universitetlərində təhsil 100%  İngilis dilində olduğu üçün bu universitetlərə imtahanı SAT ilə verməlisiniz. Bundan əlavə sizin İngilis dili biliyinizi sübut edən sertifikatlardan( TOEFL, Fce və s) olmalıdır. 

Əgər YÖS imtahanı ilə qəbul olunmaq istəyirsizsə siz nisbətən orta səviyyəli universitetlər seçimi etməlisiniz.

SAT imtahanı vahid mərkəzdən həyata keçirilir və orta hesabla 6 dəfə imtahan verə bilərsiniz. Hansı nəticəni istəsəniz universitetə göndərə bilərsiniz. YÖS imtahanında isə bu belə deyil. 2010 cu ilə qədər YÖS – də vahid imtahan mərkəzi idi. Amma bu sistem artıq ləğv olunub. Yəni hər bir universitet öz YÖS imtahanını keçirir. Əgər siz 5 universitetə sənəd vermək istəyirsinizsə, o zaman siz 5 fərqli vaxt da imtahan verməlisiniz. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button