Xaricde tehsil qiyabi ✔︎

Ali və  orta təhsilli mütəxəssislər hazırlamaq və onların ixtisasını artırmaq, həmçinin istehsalatdan ayrılmadan ümumi orya təhsil almaq formalarından biridə qiyabi təhsildir.

Qiyabi təhsilin üstünlüyü odurki siz həm oxuya həmdə eyni zamanda işləyə bilirsiniz.

Bəzən qiyabi təhsillə distant təhsili səhv salırlar. Qiyabi təhsil zamanı ildə iki 2-3 günlük universitetə getmək lazımdır. Distant təhsildə isə buna ehtiyac yoxdur. Sizə sadəcə sürətli internet lazımdır.

Xaricde qiyabi təhsil haqqında daha ətraflı

Xaricde tehsilin qiyabi formasına tələbələrin marağı gündən günə artmaqdadır. Xaricdə qiyabi təhsil aldığınız zamanı ildə iki dəfə universitetə getməyiniz kifayətdir. Bununla da həm də digər ölkə də yaşamaq xərclərindən-yataqxana,yemək pulundan azad olursunuz.

Xaricde qiyabi tehsil aldığınız müddətdə ildə iki dəfə semester vaxtı universitetə getməyiniz tələb olunur. Xaricdə qiyabi təhsil almaq istəyənlər daha çox hazırda işləyən və işində yükəlmək istəyi olanlardır.

Tələbələr Rusiya, Ukrayna, Türkiyə,  və s. kimi ölkələrdə qiyabi təhsil ala bilərlər.

Bəzi Avropa ölkələrində qiyabi təhsil almaq mümkün olmur. Buna səbəb vizanın verilməməsidir. Bunun əvəzinə xaricdə distant təhsil almaq olar.

Tələbələr bəzi Avropa ölkələrində 1 il qiyabi magistr dərəcəsində təhsil ala bilərlər. Amma bu çox az hallarda mümkün olur. Ümumiyyətlə Avropa ölkələrində magistratura təhsili 2 ildir. Qiyabi təhsil onlayn keçirildiyinə görə tədris müddətinin necə bitirilməsi tələbədən asılı olur.

Bu o demekdir ki, yəni onlayn proqramla 2 illik magistratura təhsilini 1 il oxumaq olar.

İngiltərə və Hollandiya universitetlərində qiyabi təhsil daha keyfiyyətlidir.

Türkiyədə heç bir imtahan vermədən attestla qiyabi təhsil almaq mümkündür. Türkiyədə qiyabi təhsil almaq üçün illik təhsil haqqı 1200 TL-dir. Bizim pulla təqribi illik 360 manatdır. Türkiyədə qiyabi təhsil müddəti 4 ildir və cəmi 10 ixtisas üzrə təhsil ala bilərsiniz.

Xaricde qiyabi tehsil almaq üçün əsas şərtlərdən biridə yüksək nəticəli dil sertifikatıdır.

Avropada qiyabi tehsil əsasən MBA ixtisası üzrədir. Universitetin şəxsi portalında tələbələr PDF kitabdan da yararlana bilərlər.

Bunu da qeyd edimki hər ixtisas üzrə qiyabi təhsil almaq mümkün deyil.

Ukrayna və Rusiya universitetlərində aşağıdakı bəzi ixtisaslar üzrə əyani və qiyabi təhsil ala bilərsiniz.

  • Beynəlxalq iqtisadi əlaqələr
  • Maliyye və kredit
  • Hüquq
  • Mühəndislik
  • Mühasibatlıq və s.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button