Turkiyede pulsuz tehsil ✅

Digər məqalədə Türkiyədə təhsil haqqında, tələbələrin nə üçün oxumaq üçün Türkiyəni seçməsi barədə ətraflı məlumat yazmışdım. Qeyd etdiyim kimi tələbələrin Türkiyədə təhsil almaq istəmələrinin bir səbəbi də  yolun yaxın olması, yaşamaq üçün şərtlərin əlverişli, ucuz olması, dilimizin demək olar ki yaxın olmasıdır. 

Tələbələri maraqlandıran bir məsələ də Türkiyede pulsuz tehsildir. Necə Türkiyede pulsuz tehsil almaq olar?

Türkiyede pulsuz tehsil. Burs proqramları.

Türkiyə bursları Türkiyənin məhşur təqaüd proqramı hesab olunur. Bu proqram hər il dünyanın müxtəlif regionlarından minlərlə tələbəyə tam təqaüd təhsil imkanı yaradır.  Təhsil bursları proqramından başqa Türkiyədə burs verən vəqflər də var. 

Vəqflərin təqaüd proqramından fərqi odur ki onlar yalnız bir dəfə kömək edirlər. Ancaq tələbələrə yenidən müraciət üçün də şans verilir. Həmçinin eyni zamanda bir neçə vəqfə müraciət elemək də olar. Türkiyədə təqaüd verən müxtəlif vəqflər fəaliyyət göstərir. 

Türkiyədə böyük universitetlərin bir çoxu özləridə təqaüd proqramı elan edir. Universitetdə pulsuz təhsil almaq üçün ya əvvəlcədən və yaxud da sonradan təqaüd proqramına müraciət edə bilərsiniz. Universitetlərhər il təqaüd proqramını yeniləyir. Buna görə də yeni tədris ilində universiteti və proqramı araşdırmaq lazımdır. 

TQDK qəbul balı yüksək olan tələbələrdə Türkiyede pulsuz tehsil ala bilərlər. Bu zaman adətən ortalama balı 650+ olan tələbələr seçilir. Şərtləri ödəyən tələbə bir başa universitetin özünə müraciət etməli və şərtləri öyrənməlidir. Çünki qərar universitetin özünə aiddir. 

Azərbaycan vətəndaşı olan bütün tələbələr bakalavr, magistr, doktorantura səviyyələri üzrə Türkiyede pulsuz tehsil ala bilərlər. 

Türkiyədə bursların faydaları nələrdir? 

1.Türkiyədə təqaüd proqramına müraciət etmək üçün heç bir ödəniş tələb edilmir. Sizə düşən diqqətli olmaq və aldanmamaqdır. Müraciəti siz özünüz internet vasitəsilə ilə edirsiz. 

2. Qəbul olduğunuz universitetdə pulsuz təhsil alırsınız. 

3. Təqaüdlə təhsil almaq haqqı qazandıqda Türkiyəyə ilk gəlişiniz və məzun olduqdan sonra qayıtmanız üçün Türkiyə bursları tərəfindən sizə təyyarə bileti alınır. 

4. Ən önəmli məsələlərdən biri də budur ki təhsil aldığınız müddətdə sizə təqaüd verilir. Deyə bilərik ki hər il təqaüdün miqdarında artım olur. 

5. Tələbələr pulsuz olaraq yataqxana və qidalanma ilə təmin edilir. 

6. Türkiyə bursları proqramı ilə siz həmçinin tibbi sığorta ilə də təmin edilirsiniz. 

7. Universitetə qəbul zamanı Türkcə imtahanını keçə bilməsəniz əgər, bir il müddətində türk dili öyrənəcəksiniz. Bu müddət ərzində də Türkiyə burslarının bütün imkanlarından yararlanıb təqaüd ala biləcəksiniz. 

Türkiyə burslarının şərtləri nədir? 

Təqaüd proqramına müraciət eləməl üçün təhsil dərəcəsindən asılı olaraq yaş limitləri müəyyən edilib. Yaş limitləri belədir: bakalavr üçün 21,magistratura üçün 30,doktorantura üçün 35.

GPA- ümumi orta təhsil göstəricisi müraciət olunan ixtisas və təhsil pilləsindən asılı olaraq dəyişir. Bakalavr üzrə keçid hədd 70%,magistratura və doktorantura üzrə keçid hədd 75%-dir. Qeyd edim ki təqaüd proqramında yalnız ortalama deyil, həmçinin sosial cəhətdən aktivlik və təcrübə də nəzərə alınır.

Rəylər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button