Türkiyədə tibb təhsili almaq üçün hansı şərtlər tələb olunur?

Bəzilərimiz üçün azyaşlı olduğumuz illərdə “Böyüyəndə kim olacaqsan?” sualının cavabı hazır olar. Öz gəlinciklərinin, oyuncaqlarının həyatını xilas etməyə çalışanlar böyüyüb gələcəkdə milyonların dərdinə şəfa tapmağa çalışır. Təbii ki, burada söhbət öz xəyallarının ardınca sevgiylə, inamla, məsuliyyətlə getməyi seçib əsl peşəkar kadrlar olaraq yetişməyi hədəf seçənlərdən söhbət gedir. Əgər məsələ bənzəri olmayan insan həyatıdırsa, atacağımız hər addımı yüz ölçmək önəmlidir. Təkcə xəyal etməklə kifayətlənməyərək, bu peşə üzrə ən yaxşı təhsili almağa, daha çox araşdırma etməyə çalışmaq lazımdır. Uzun illərdən bu günə qədər öz nüfuzunu itirməyən sektorlar arasında tibb sahəsi üstünlüyünü qorumağa davam edir. Bu isə xəyal etdiyiniz peşə üzrə həm də uğurlu karyera və həyat planı qurmağınıza şərait yaradır. Bəs ən yaxşı tibb təhsilini harada almaq olar?, Necə peşəkar həkim olmaq olar? Gəlin, bu və oxşar sualların cavabını biryerdə aydınlaşdıraq.

Ən yaxşı tibb təhsilini harada ala bilərik?

Günümüzdə gənclər daha peşəkar həkim olaraq yetişmək üçün xarici ölkələrin nüfuzlu universitetlərinə üz tutmağa çalışır. Təhsil müddətinin uzun olması, nisbətən daha çox məsuliyyət, prestij daşıması və s. səbəblərdən dolayı tibb təhsili digər ixtisaslarla müqayisədə daha çox zəhmət, səbr, öyrənmək həvəsi tələb edir. Eyni zamanda bu peşə üzrə təhsil haqqları da digərlərinə nisbətən bir qədər yüksək olur. Buna görə də qərar verərkən büdcənizə, yaşamaq istədiyiniz ölkəyə və s. uyğun qərar vermək önəmlidir. Son dövrlər tibb sektorunda öz sözünü deyən ölkələr siyahısına daxil olan Türkiyə səhiyyəsi sürətlə inkişaf edir. Azərbaycanlı tələbələrin qardaş ölkə Türkiyədə tibb təhsili alması ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Burada təhsil haqqlarının, yaşayış xərclərinin nisbətən ucuz olması, təhsilin isə yüksək səviyyədə təşkili sizi xəyallarınıza doğru uğurla addımlamağa vadar edir. Eyni zamanda universitet şəhərciklərində yer alan xəstəxanalarda təcrübə keçmək imkanlarınız olur ki, bu da öyrəndiklərinizi tətbiq edərək inkişaf etməyinizi təmin edir.

Türkiyə universitetlərində tibb təhsili almaq üçün müraciətlər necə həyata keçirilir?

Qardaş ölkədə tibb təhsili almaq istəyən gənclər üç formada müraciətlərini həyata keçirə bilər.

  • Attestat sənədi ilə
  • YÖS, SAT imtahan nəticələri ilə
  • DİM balı ilə

Attestat sənədiylə imtahanlarsız müraciət zamanı qiymətlərinizin yüksək olması önəmlidir. Ancaq universitetlərdən asılı olaraq sizdən YÖS imtahan nəticəsi və ya ali təhsil ocaqlarının özəl olaraq təşkil etdiyi imtahanlardan keçməyiniz tələb oluna bilər. Əgər ingiliscə təhsil almaq istəyirsinizsə İELTS və ya TOEFL imtahanından uğurla keçməyiniz lazımdır. YÖS və ya SAT imtahan nəticələri ilə müraciətlər zamanı isə balınza uyğun universitetləri seçmək imkanınız olacaq. DİM balı ilə qəbullar zamanı da eyni şərtlər keçərlidir. Ancaq bu zaman yenə də universitetlər sizdən türkcə biliklərinizin yetərli olub-olmaması ilə bağlı imtahanda iştirakınızı istəyə bilər.

Hansı sənədlər tələb olunur?

  • Attestat sənədi
  • Qiymət transkripti
  • Motivasiya məktubu
  • Şəxsiyyət vəsiqəsi
  • Fotoşəkil

Türkiyənin ən yaxşı tibb təhsilli verən universitetləri hansılardır?

Hər il minlərlə beynəlxalq tələbə səhiyyə sektorunda peşəkar karyera qurmaq üçün Türkiyə universitetlərinə axın edir. Aşağıdakı siyahıda tibb sektoru üzrə ixtisaslı kadrlar hazırlayan universitetlərin bəziləri ilə tanış ola bilərsiniz.

  • Atatürk Universiteti
  • İstanbul Medipol Universiteti
  • İstinye Universiteti
  • İstanbul Okan Universiteti
  • İstanbul Atlas Universiteti
  • Altınbaş Universiteti
  • Bahçeşehir Universiteti
  • Üsküdar Universiteti
  • Yeni Yüz Yıl Universiteti
  • Haliç Universiteti
  • İstanbul Aydın Universiteti
  • Yeditepe Universiteti

Türkiyədə tibb fakültəsi üzrə təhsil haqqları nə qədərdir?

Əcnəbi tələbələr üçün tibb fakültəsi üzrə ödənişlər universitetdən asılı olaraq illik 12800 ABŞ dolları ilə 27500 ABŞ dolları arasında dəyişir. Təhsil haqqı seçilən tədris dilinə görə də dəyişir. Belə ki, ingiliscə təhsili seçdiyiniz halda nisbətən daha çox ödəniş emk tələb olunacaq. Təhsil haqqı hər il hər universitetdə birinci hissə sentyabrda, ikinci hissə fevralda olmaqla iki dəfəyə ödənilir. Türkiyə universitetlərindəki tibb təhsilinin beynəlxalq səhiyyə tədrisi standartlarına uyğunlaşdırılmasını nəzərə alaraq Şimali Amerika, İngiltərə və Avropa ilə qiymət cəhətdən müqayisədə çox münasib olduğunu qeyd edə bilərik.

Türkiyədə tibb fakültəsinə qəbul olmaq üçün rəqabət nə dərəcədədir?

Qardaş ölkənin sürətlə inkişaf edən səhiyyə və təhsil sistemi buraya axın edən tələbələrin sayını getdikcə artırır. Eyni zamanda əcnəbi tələbələr üçün ayrılmış yerlərin azlığını nəzərə alsaq, rəqiblərinizdən hər mənada üstün olmağınız önəmlidir. Xüsusilə attestat qiymətlərinin, YÖS, SAT, İELTS, TOEFL (hansı imtahanla qəbulu seçsəniz) imtahan nəticələrinizin və s. yüksək olması üstünlükdür.

Türkiyədə təqaüdlü tibb təhsili almaq mümkündürmü?

Türkiyədə Tibb təhsili almaq istəyən tələbələr üçün müəyyən səviyyəli təqaüdlər mövcuddur. Onlar haqqında daha ətraflı müraciət etdiyiniz universitetlərin rəsmi saytlarından və ya əlaqə vasitələrinə müraciət edərək məlumat almaq mümkündür.  Eyni zamanda Türkiyə burslarına qeydiyyatlar elan olunan zaman açıqlanan siyahıdan təhsil almaq istədiyiniz bölmənin olub-olmadığına diqqət yetirərək uyğun olduğu halda müraciət edə bilərsiniz.

Türkiyədə ingilis dilində tədris təklif edən tibb fakültələri mövcuddurmu?

Türkiyədə bir çox dövlət və özəl universitetlər tibb proqramının ingilis dilində tədrisini təklif edir. Ümumilikdə qardaş ölkədə tibb təhsili Amerika və Avropa tədris qaydalarına əsaslanır. Bu isə məzunlara Amerika, Kanada və Avropanın səhiyyə qurumlarına çıxış etməyə imkan verir.

Tibb fakültəsi üzrə hansı ixtisasları seçmək imkanı var?

Yuxarıda qeyd etdiyimiz kimi Türkiyə səhiyyə sektorunda öz sözünü deyən ölkələrdən olduğu üçün burada tibbin demək olar ki, bütün sahələri üzrə təhsil ala bilərsiniz. Stomotologiya, Fizioterapiya, Cərrahiyyə, Urologiya, Ailə həkimliyi, Kardiologiya, Təcili tibbi yardım və s. kimi bölmələr var.

Son olaraq bildirək ki, Türkiyə tələbə olaraq dəyərləndirməli olduğunuz ən yaxşı və münasib ölkələrdəndir. Universitetlərin diplomları ölkəmizdə və Avropada  beynəlxalq səviyyədə tanınır.

Ən çox verilən suallar

Türkiyədə tibb təhsili neçə ildir?

Türkiyədə tibb təhsili 6 ildir.

Təhsil haqqları nə qədərdir?

Əcnəbi tələbələr üçün tibb fakültəsi üzrə ödənişlər universitetdən asılı olaraq illik 12800 ABŞ dolları ilə 27500 ABŞ dolları arasında dəyişir. 

Türkiyədə tibb təhsili beynəlxalq səviyyədə tanınırmı?

Bəli, Türkiyədəki tibb fakültələrinin əksəriyyəti dünya səviyyəsində akkreditasiyadan keçib.

Türkiyədə tibb təhsili üçün hansı imtahanlar tələb olunur?

Universitetlərədn asılı olaraq YÖS, SAT, İELTS, TOEFL imtahan nəticələriniz tələb oluna bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button