Türkiyede distant tehsil✅

Distant təhsil bugün inkişaf etməkdə olan təhsil sahəsidir. Xarici ölkədə gedib yaşamaq imkanı olmayan və yaxud da işləyib amma işini itirmək istəməyən hər kəs bu gün distant təhsil alıb tam qanuni və tanınmış bir diploma sahib ola bilər. 

Distant tehsil nədir? 

Distant təhsil – müəyyən məsafədən keçirilən təhsil sistemidir. Distant təhsil anlayışı ilk dəfə İngiltərə də yaranıb. Amma sonralar Almaniya, ABŞ və digər ölkələrdə geniş yayıldı. Bir çox insan qiyabi təhsillə distant təhsili səhv salırlar. Amma ikisi də tamamilə fərqli sahələrdir. Distant təhsil internetdə e-poçt, çat sistemləri, saytlar və digər proqram vasitəsilə ilə keçirilir. Dərs materialları kimi elektron materiallar və video dərsliklərdən istifadə edilir. 

 Distant təhsillə həm bakalavr həm də magistr təhsili almaq olar. Bu təhsil sistemi hal-hazırda dünyanın inkişaf etmiş və etməkdə olan ölkələrində tətbiq olunur. 

Distant təhsil dünyada geniş yayılsa ds ölkəmizdə o qədər də maraq dairəsində deyil.  Distant təhsilin bir çox müsbət xüsusiyyətləri var:

  • Evdə oturaraq xarici universitetlərdə təhsil ala bilərsiniz 
  • Həm oxuyub, həm də işləmək imkanınız olur. 
  • Sərbəst təhsil alma sistemidir
  • Ödənişi kredit ilə ödəmə şansınız var
  • İşdən sonra evdə oxuma imkanı 

Distant təhsildə vaxt itirmədən xarici universitetlərdə təhsil almaq olar. İstənilən təhsil proqramı sahəsində distant təhsil almaq olar. 

Biziç universitetlərdə distant təhsil təsdiqlənsədə amma hələ də tam olaraq inkişaf

etməyib. Ancaq artıq siz heç bir xarici ölkəyə getmədən xarici universitetlərdə distant tehsil ala bilərsiniz. Bunun üçün Azərbaycanda xarici ölkələrdə distant təhsil almaq üçün şirkət və kurslar fəaliyyət göstərir. 

Türkiyede distant tehsil haqqinda

Tələbələrin distant təhsil almaq istədikləri ölkələrdən biri də Türkiyədir. Dil, mədəniyyət və s baxımdan bizə yaxın olan Türkiyede distant tehsil geniş yayılıb inkişaf etmişdi. Hər il çox sayda tələbə Türkiyə universitetlərində distant təhsil alır. 

Türkiyədə bakalavr üzrə distant təhsil yoxdur. Tələbələr magistr distant təhsil ala bilərlər. 

Amma bir şeyi də qeyd edim ki hər ixtisas üzrədə distant təhsil almaq mümkün olmur. 

Distant tehsille siz həmçinin sertifikatlara da sahib ola bilərsiniz. 

Distant təhsilin qiyabi təhsildən bir fərqi odur ki siz harda olmağınızdan asılı olmayaraü distant tehsil alırsınız. Sizə lazım olan yalnız intrnetdi. İnternet olan hər yerdə distan formada təhsil almaq olar. 
Türkiyede distant tehsil almaq üçün Azərbaycanda fəaliyyət göstərən kurs və şirkətlərə müraciət edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button