Taun Xesteliyi Haqqında Məlumatlar ✅

Taun xesteliyi bəşəriyyətin gördüyü ən ağır bakterial infeksiyalardan biridir. Taun insan və heyvanlar da kəskin təbii ocaqlı, epidemik yayılmağa meyilli,taun çöpü tərəfindən törədilən transmissiv infeksion xəstəlikdir. O, kəskin qızdırma ağır ümumi intoksikasiya və limfatik düyünlərin, ağciyərin və başqa orqanların hemmoragik – nekrotik iltihabı ilə təzahür edir. 

Olduqca təhlükəli olan taun yalnız yolxucu deyil həmdə ölümcül xəstəlikdir. 

Tədqiqatlar göstərirki taun kənd yerlərində daha çox yayılmışdır,lakin bulaşıcı təbiəti sayəsində bu bölgələrdən asanlıqla şəhərə yayıla bilər. 

Taun xesteliyi

Xəstəliyə səbəb olan Yersinia Pestis adlı bakteriya 1894cü ildə Alexandre Yersin tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilmiş və adını tədqiqatçıdan götürmüşdür. Bu bakteriya basillus adlanan qalın və qısa bir quruluşa malikdir və olduqca asanlıqla çoxala bilir. Bədənin xaricində də qaranlıq və nəmli mühitdə illərlə yaşaya bilər. Bakteriyaların xüsusi bir formaya keçərək həftələr boyu, birə nəcisində bir aya qədər, iltihab və bəlğəmdə bir neçə həftə yaşaya biləcəyi məlumdur. 

⬇️ Taun xesteliyi haqqında daha ətraflı..

Tədqiqatlarçılar taun xesteliyinin Çin və orta Asiyadan ortaya çıxdığını, miqrasiya ilə buradan geniş coğrafiyalara yayıldığını göstərir. Qara ölüm kimi xaraqterizə olan taun keçmişdə Avropa əhalisinin yarısının ölümünə səbəb oldu. Xəstəlik yalnız insanların deyil heyvanların ölümünə səbəb olmuşdur. 

Taun xesteliyinin əlamətləri hansıları? 

Taun xesteliyinin növleri çox olduğundan,əlamətləri olduqca müxtəlifdir. Yüksək atəş, baş, bel və ayaq ağrılarından başqa ” Bubonik taun” adlanan taun növünün simptomları arasındadı. 

“Septicemic Taun” adlanan taun növündə titrəmə, kilo itkisi, bağırsaq nizamının pozulması, qusma, yüksək hərarət, ağızdan və burundan qanaxma, toxumaların ölümü və daxili qanaxmalar nəticəsində qaralma(nekroz) ən vacib simptomlardandır. Öskürək, tənəffüsdə çətinlik, şok, bəlğəmdə qan, üz rənginin dəyişməsi və həddindən artıq susuzluq hissi “ağciyər taunu” adlanan tanunun növüdür. Yüksək temperatur və daxili orqanlardakı qanaxmalar hərcür taun xəstəliyinin ümumi əlamətləridir. 

Taun xesteliyinin səbəbləri nələrdir? 

Tauna səbəb olan bir növ bakteriya olan Yersinia Pestis vəhşi gəmiricilərlə yoluxur. Dünyada baş verən taun xesteliklərinin 95%-i Afrika qitəsinin yoxsul ərazilərində olur. Vəhşi heyvanlarda parazit olan bitlər, xəstə heyvanın qanı ilə qidalandıqları üçün bakteriyaların yayılmasında aktiv rol oynayırlar. Bu birələrin taun yaradan bakteriyalar üçün vəhşi heyvanlar ilə insanlar arasında vasitəçi rolunu oynadığı da söylənilə bilər. Xəstəlik daha çox gəmiricilərdə görülsədə, xəstəlik bu heyvanların yoxsul hissələrində tükənməsi səbəbindən geniş kütlələrə yayıla bilər. 

Taun xesteliyinin hansı növləri var? 

Bubonik Taun, Septicemic Taun, Ağciyər Taunu və Mədə-bağırsaq Taunun bir neçə növləri var. Ən çox görünən taun növü olan Bubonik Taun bütün taun xesteliklərinin 75%-ni təşkil edir. 

Taundan ən çox təsirlənən orqanlardan biri də ağciyərdir və bakteriyalar ağciyərə çatdıqda “Pulmoner Taun” adlanan xəstəlik növü yaranır. 

Bu mərhələdə xəstəlik ən mühüm mərhələyə çatmışdır. Yoluxuculuğu  digər taun növlərindən yüksəkdir. 

Taun xesteliyinə necə diaqnoz qoyulur?

Xəstəliyin simptomları kifayət qədər yüksək olduğundan, diaqnoz mərhələsində xəstə bir çox cəhətdən qiymətləndirilməlidir. Şəxsdə taun əlamətləri müşahidə olunarsa, bəzi müayinələr labaratoriya mühitində aparılır. Bakteriyaların inkubasiya müddəti 2-8 gün arasında olduğundan bu mərhələdə qan testləri çox vacibdir. Bundan başqa bakteriya birbaşa limfa düyünlərimə təsir edə bildiyindən, limfa düyünlərin in biopsiyası da tətbiq oluna bilər. 

Taun xesteliyinin müalicə üsulları 

Xəstəliyin müalicəsində ən uğurlu üsul erkən diaqnozdur. Erkən diaqnoz qoyulmuş xəstəlik 100% sağala bilər. Tamamilə dərman üsulları ilə müalicə olunan taun xesteliyində heçbir cərrahi müalicəyə ehtiyac yoxdur. Bədəndə bakteriyalar aşkar edildikdən sonra dərman müalicəsinə tez başlamaq lazımdır. Dərman qəbul edilməyə gecikilərsə, xəstəlik çox daha sürətli inkişaf edir. Bu vəziyyət müalicə müddətimi uzadır və çətinləşdirir. Xüsusi və güclü antibiotiklər taun xesteliyinin müalicəsində istifadə olunur,çünki bu bakterial xəstəlikdir və tək bir bakteriya növüdür. 

Xəstəliyi müalicə üsullarından biri də yaradan zəli ilə qan almaq, yaranın deşilərək qanın çıxarılması üsullarından biridir. 

Tarixdə 3 güclü taun epidemiyası baş vermişdir :

  • Birinci epidemiya 541 – 590cı illəri əja edir. Tarixə “Yustinian” taunu adı ilə daxil olmuşdur. Bizans imperatoru Yustinian hakimiyyətdə olduğu dövrdə yayıldığından bele adlanır. Xəstəliyin Misirdən gəldiyi güman olunurdu. 
  • İkinci epidemiya 1346-1353cü illəri əhatə edir. Xəstəlik zamanı çox insan öldüyü üçün “qara ölüm” adlanırdı. Çindən Avropaya gəldiyi güman edilir. 
  • Üçüncü epidemiya 1853 – 1959 cu illəri əhatə edir. Bu epidemiya Çindən yayılmağa başlamışdır. Xəstəlik başladığı ilk illərdə 12 milyon insan məhv olmuşdur.

Oxşar Yazılar:
➡️ Coronavirus haqqında
➡️ Maraqlı Tarixi faktlar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button