Elektron mağazalar siyahısı ✅

Elektron mağazalar haqda məlumat verməzdən əvvəl elektron ticarət haqda, onun üstünlükləri, nə üçün daha çox müraciət edilir, bele geniş yayılması haqda məlumat verəcəm. 

Elektron ticarət – internet vasitəsilə  alların alqı-satqısı, xidmət göstərilməsi, və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür.

Hazırda dünyanın inkişaf etmiş ölkələrinin çoxunda və ölkəmizdə insanlar ticarətlərini elektron (onlayn) üsulla həyata keçirir. Elektron ticarət ilk dəfə ABŞ da meydana gəlib. İlkin forması 1960 cı ildə ortaya çıxıb. 1960 cı ildə “American Airlines” və İBM şirkətləri aviabiletlərin satışını online vasitəsi ilə həyata keçiriblər. Bu ilk təcrübə hesab edilir. Azərbaycanda isə elektron ticarət ilk dəfə 2008 ci ildə qurulub. Lakin bununla bağlı yəni Elektron ticarət haqda qanun 2005 ci ildə qəbul olunub. Gec tətbiq olunmasının səbəbi isə budur ki həmin vaxt ölkəmizdə onlayn ödəmə mümkün olmamasıdır. Elektron ticarət bir başa, ünsiyyət olmadan məhsulun satılması və ya xidmətin göstərilməsidir. Yəni müştəri satıcının veb-saytına daxil olur, istədiyi məhsulu seçir sonra isə ödənişi etmək üçün lazım olan veb-sayta istiqamətləndirilir. Pul müştərinin hesabından çıxdıqdan sonra məhsul çatdırılır. 

Elektron ticarətin üstünlüyü odurki, siz evdən çıxmadan rahat şəkildə istədiyiniz məhsulu sifariş verib gətizdirə bilərsiniz. 

İnsanların onlayn sisteme güvensiz ya aşması ın bir səbəbi var. Əsas da ölkəmizdə. İnsanlar kart sistemləri ilə bağlı məlumatları paylaşmaqdan narahat olurlar. Ama hal hazirda bunun üçün çox da narahat olmağa dəyməz. Çünki elektron mağaza işlədənlər və ya bu sistəmlə məşğul olanlar zəruri olan təhlükəsiz tədbirləri görürlər. Azərbaycanda istifadə olunan Visa, Visa Electron, Master Card kimi plastik kartlar xüsusi təhlükəsiz koduna sahibdirlər. Heçkim sizin kartınızın kodunu bilmədən istifadə edə bilməz. Hətta oğurlansa belə. 

Əgər siz elektron mağazadan mal alarkən aldanmaq istəmirsinizsə diqqət etməli olduğunuz bəzi məqamlar var. Yəni daxil olduğunuz veb-saytda satıcının – “elektron mağaza” sahibinin adı, ünvanı, əlaqə məlumatları(telefon, faks, elektron poçt), VÖEN-i, malların və xidmətlərin qiymətləri, çatdırılma pulunun kimin ödəyəcəyi barədə məlumatlar və elektron müqavilə bağlamaq üçün imkanlar və digər məlumatların olması vacibdir. 

Ölkəmizdə fəaliyyət göstərən və daha çox müraciət edilən elektron mağazalar aşağıdakılardır. 

  • Maxi.az- elektronika və məişət texnika internet mağazası. Burada siz kreditlə mobil telefon, məişət texnikası  və digər elektron məhsullarını sifariş edə bilərsiniz. 

  • Bakı electronics mağazaları mağaza  akıda bir neçə filialda fəaliyyət göstərir. Həmçinin mağazanın Azərbaycanda 22 filialı fəaliyyət göstərir. Bunun 10 – u Bakıda fəaliyyət göstərir. Həmçinin mağaza 60 dan çox xarici brendin rəsmi distribütorudur. Burdada elektronika və məişət texnikalarının onlayn satışıdır. 

  • Soliton mağazalar şəbəkəsi-mağaza 1992 ci ildən fəaliyyət göstərir. Mağazanın Bakı və digər bölgələrdə filiallar fəaliyyət göstərir. Həmçinin mağaza onlayn olaraq elektronika məhsullarının, məişət texnikaların satışını yata keçirir. Həmçinin satışdan sonra quraşdırma və texniki xidmətlərlədə ixtisaslaşıb demək olar. 

  • Kontakt.az- Əgər siz öz büdcənizə uyğun  al axtarırsınızsa onda kontakt Home mağazalarına müraciət edə bilərsiniz. Mağaza müştərilərə uyğun qiymətə müxtəlif çeşidli mallar təqdim edir. Elektron mağazalardan ən çox müraciət ediləni demək olar. 

  • DostTech-dosttech.az- elektron mağaza – şirkət 2004 cü ildə yaradılmışdır. Hal Hazırda onlayn mağazası və 3 satış məntəqəsi fəaliyyət göstərir. Siz mağazadan ev, bağ, ofis üçün iri və xırda məişət əşyaları, komputer və planşetlər, mobil telefonlar və s.məhsullar sifariş edə bilərsiniz. Mağaza hər bir məhsuluna zəmanət verir. 

  • megamart.az-  sayta daxil olub kateqoriyalar bölməsindən siz onlayn olaraq elektronika əşyaları və yaxudda digər geyim, bəzək və s məhsulları onlayn sifariş edə bilərsiniz. 

Aşağıda sizə Azərbaycanın digər böyük elektron mağazalarının siyahısını verəcəm. Bunlar ölkəmizdə fəaliyyət göstərən ən böyük elektron mağazalardır. 

  • Optimal Electronics.
  • İrşad Electonics
  • World Telecom
  • West Telecom
  • Music Galerry
  •  Wentto. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button