SEO nədir? Necə SEO öyrənə bilərsiniz?

SEO nədir sualı son illərin ən çox axtarılanlarındandır. Bu termin və sahə yeni yeni dillərə düşsə də, illərdir hər bir onlayn marketinqlə məşğul olan insanların əsas köməkçisi olmuşdur. Daha ətraflı izahı isə aşağıdakı yazıdan oxuya bilər, bu sahənin əsl vacibliyini öyrənə və öyrənmək üçün mənbələri kəşf edə bilərsiniz.

SEO nədir niyə bu qədər önəmlidir?

SEO (Search Engine Optimize) axtarış sistemi optimizasiyası deməkdir. SEO saytınızın Google, Yandex, Bing və s kimi axtarış sistemlərində axtarılan açar sözə uyğun görülməsini təmin edən prosesdir. Onunla siz saytınıza trafik əldə edə bilər və müştərilərinizin axtarışlarına cavab verə bilərsiniz.

Seo nədir nə üçün önəmlidir.

SEO prosesinin əsas məqsədi nədir?

SEO hər bir sahibkarın və veb sayt üzərindən pul qazanmaq və tanınmaq istəyən şəxslərin ən ehtiyac duyduğu bir prosesdir. Bu proses saytınızı Googla sevdirmək və müştəriləriniz üçün sizi əlçatan və ilk görünən etmək üçündür.

Son illərdə bu sahənin tend almasının səbəbi isə hər keçən gün rəqəmsal marketinqin inkişafıdır. Bir çox şirkətlər də artıq özlərini onlayn olaraq mövcudluğunu təmin edir və güclü rəqabətin formalaşmasına burada da zəmin yaradır. Bu rəqabətdə üstün olmaq üçün isə sizə daha yaxşı SEO işlərinin görülməsi və axtarışlarda rəqilərinizdən üstə olmaq lazımdır.

Məsələn son illərin statistikasına baxaraq bunu daha aydın görmək mümkündür.


Google axtarışlarının 28%-i alış qərarının verilməsi ilə nəticələnir. (Think with Google)

Axtarışlar zamanı ilk 5-likdə çıxan nəticələr  67.6% daxil olma ilə nəticələnir. ( Zero Limit Web)

2019-cu ilin mart ayından google-da günlük axtarış sayı 3 milyardı keçmişdir.

Google-da hər saniyədə 75 mindən çox axtarış olur.

Adi günlərdə baş verən milyardlarla axtarışların 15%-i Google üçün yenidir.

Marketoloqların 70%-i SEO-nu PPC-dən daha effektli hesab edir.

SEO ilə saytınızın trafikini necə artıra bilərsiniz?

SEO uzunmüddətli və həqiqətən düzgün strategiya və zaman tələb edən bir prosesdir. Bunun üçün əgər biznes saytınızın daha yaxşı nəticələr əldə etməsi üçün təcrübəli SEO mütəxəssisləri və ya şirkəti ilə işləməyiniz daha məqsəsə uyğundur. Bu xidmət prosesində görülən işləri buradan ətraflı oxuya bilərsiniz.

SEO ilə uğurlu nəticələ almaq üçün onun ən əsas təməl qaydalarına əməl etməlisiniz. Bu proses zamanı isə saytınız yenidirsə, qısa müddətdə uğurlu nəticələr almağınız biraz çətin ola bilər. Adətən bu iş 3-6 ay arasında vaxt tələb edə bilir. Daha tez nəticələr üçün isə siz sıralamada ödənişlə SEM xidmətindən istifadə edərək görünə bilərsiniz.

Google bir sayt üçün sıralama qərarı verərkən 200 dən çox faktora fikir verir və bu faktorlar alqoritmanı sizin sıralamanızı təyin etmək üçün istiqamətləndirir.

SEO xidmeti haqqında bütün məlumatlar burada.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button