Təhsil

Rus Dili Oyrenmek Metodları ✅

Ölkəmizdə əhalinin yarıdan çoxu demək olarki rus dilində danışır. Hətta rus dilli məktəblərimizdə var. Yəni təhsil həyatınıza başlayarkən azərbaycan dili əvəzinə rus dilini seçə bilərsiniz. İşə girərkən də özəl müəssisələrin 90%-i rus dili biliyi tələb edir. 

Buna görə də bu gün ölkəmizdə rus dilinə təlabat böyükdür. 

Nə üçün rus dili oyrenmeliyik? 

Rus dili dünya üzrə ən çox danışılan 8 ci dildir. Rus dili sadəcə Rusiyanın deyil, eyni zamanda Belarusiya, Qazaxıstan və Qırğızıstanında rəsmi dilidir. Həmçinin Gürcüstanda, Baltikyanı ölkələrdə, Ukraynada, Özbəkistanda və İsraildə geniş istifadə olunan bir dildir. 

İş tapmaq üçündə rus dili oyrenmek vacibdir. Həm öz ölkəmizdə həm də Rusiya və digər Avropa ölkələrin iş tapmaq üçün rus dilini öyrənmək zəruridir. 

Zəngin bir mədəniyyətini öyrənmək – rus ədəbiyyatını və onun bir çox vacib yazıçılarını ( Puşkin, Tolstoy, Dostoyevski…), Böyük Teatrı, Sankt – Peterburqdakı Ermitajın zəngin qədim xəzinələrini və ya Moskva kimi böyük şəhərlərin gözəl memarlığını kəşf etmək üçün. 

Şəxsi inkişaf üçün : Yeni bir dil öyrənmək əsil bir mübarizə tələb edir, xüsusilə ilə də quruluşu tamamilə fərqli olan Rus dilini öyrənmək heç də asand deyil. Özünüze aşmaq başqalarının əldə edə bilməyəcəyi bir uğuru qazanmaq sizi məmnun edəcək. 

Reklamlara klikləyin 😊
loading...

Bəlkə də dil öyrənmənizə səbəb bu sadaladıqlarımdan heç biri deyil, özününüzün tamamilə fərqli səbəniniz var. 

Rus dilini necə öyrənmək olar? 

Xarici bir dili öyrənmək üçün ilk növbədə dadə şeylərdən başlamaq lazımdır. Rus dilini öyrənməyə nə qədər həvəsli olsanızda, Rus dilinin qrammatikasında kı çətinliklər sizi yolunuzdan döndərə bilər. Buna görədə Rus dilini öyrənərkən bütün qaydalara uymaqdan qaçın. 

Atacağınız ilk addım Kiril əlifbasını öyrənmək olmalıdır. 

İngilis və Roman dilində ki əlifbalardan fərqli olsa da Rus dili oyrenmek o qədərdə çətin deyil. 

Bütün qəribə simvolları və səsləri ilə kiril əlifbasını öyrənmık çətin ola bilər,lakin digər dilləri öyrənməkdən iki üstünlüyü var :

Məsələn, bir sözün İngilis dilindəki tələffüzü və yazılışı fərqli ola bilər. Bunun əksinə olaraq, demək olar ki, rus dilində bütün sözlər yazıldığı kimi oxunur. Oxunmayan hərflər və sait düşməz. 

Rus dilini öyrənməyi asanlaşdıran digər bir cəhət də “bir hərf, bir səs” qaydasıdır; yəni rus əlifbasında kı hər bir məktub təklif etdiyi hərf birləşməsindən asılı olmayaraq tələffüzünü qoruyur. İngilis dili ilə müqayisədə ‘th’ və ya ‘ea’ kimi iki hərf birlikdə oxunur və ya ümumiyyətlə tək səs çıxarır, amma rus dilində belə deyil. 

Dil öyrənməyin ilk addımlarından biri də motivasiyadır. Psixoloji olaraq özünüzü hazırlayın. 

Rus dilini oyrenmeyin yolları 

Qrammatikaya fikir verin. Rus dilinin özəyi onun qrammatikasıdır. Özünüzün qrammatikanı öyənməyiniz sizə həm sıxıcı həm də çətin gələ bilər. Fərdi müəllimdən qrammatikaya dair dərslər almağınız məsləhətdir. Həmçinin internet resurlasından da istifadə edə bilərsiniz. 

Danışığın ilk addımlarından biri də əsas sözləri, gündəlik ifadələri öyrənməkdir. Yaxşı bir danışıq kitabının sizə bu mövzuda köməyi dəyə bilər. 

Yaxşı, təcrübəli, keyfiyyətli müəllimlər-kurslar tapın. Tapşırıqları vaxtinda düzgün edin. Rus dilində filmlər izləyin. Rusca tələffüzü öyrənmək vacib amildir. Əvvəlcə alt yazılı filmlər izləyin. Sosial şəbəkələrdə rus dilində dostlar tapın. Onlarla rus dilində danışmağa çalışın. 

Rus dilini öyrənmək üçün telefonunuza pulsuz proqramlar yükləyin. Rus dili danışıq üçün pulsuz proqramlar :

  1. Duolingo 
  2. Hellotalk
  3. Opentalk
  4. Speaky
  5. Tandem
  6. Prolingo
  7. Drops

Danışıq və qrammatika öyrənmək üçün kitablar istifadə edin. Bədii kitablar  və ya qəzetlər – də oxuya bilərsiniz. Rus dilini öyrənmək üçün yazmağa başlayın. Bu üsulla çox yaxşı öyrənə bilərsiniz. Rus dilində danışın:Sadə dialoqlardan istifadə edin. Bu danışığınızı və dinləmə qabiliyyətinizi artıracaq. Dili öyrənməyə hər gün zaman ayırın. 

Online resurslar vasitəsilə rus dilini pulsuz öyrənə bilərsiniz. Bu mənbələr aşağıdakılardır :

  • pushkininstitute.ru– burada test edərək dil səviyyənizi müəyyənləşdirib, qeydiyyatdan keçib, istənilən səviyyə üzrə online kursa ödənişsiz yazıla bilərsiniz 
  • morfologija. ru– sözləri axtarışa verib onların zamalarlar, hallar və s.üzrə dəyişmiş formalarını cədvəl şəklində tapa bilərsiniz. 
  • gramota.ru – Rus dilinin izahlı lüğətidir. Sözlərin mənalarını, istifadə qaydalarını öyrənə, nümunə cümlələr oxuya bilərsiniz 
  • annagroup.ru– Burada video dərslər, qrammatikaya aid izahlar və tapşırıqlar tapa bilərsiniz 
  • learnrussian.rt.com – 100 pulsuz dərs vasitəsilə ilə rus dilini öyrənə, hər dərsə aid tapşırıqlar işləyə və 5 dərsdən bir öyrəndiklərinizi test vasitəsilə yoxlaya bilərsiniz. İzahlar İngilis dilindədir.
  • learnrussianstepbystep.com
  • ruspeach.com
  • sklonenie.ru
  • mezhdunami.org
  • pa-russki.com
  • learnrussianwords. com
  • havefunrussianwords.com
  • russianforfree.com
  • russky. info
  • realrussianclub.com

Rus dili öyrənmək ilə oxşar məqalələrimiz:
➡️ İngilis dili öyrənmək
➡️ Rus dili kursları Bakıda

Etiketlər

Dopinqçi

Devdoping.az saytı üçün bütün maraqlı məlumatları sizlər üçün axtarıb, araşdırıb yeni məqalə halına salaraq paylaşırıq. Əgər yazılar sizin üçün faydalı oldusa rəy yazaraq fikirlərinizi bildirə bilərsiniz.

Əlaqəli mövzular

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button